Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-3831/2024 25.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlu, Ərizəçi Maraqlı şəxsnə oğluna qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyənetdim: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən mərhumə qızı X2 xx.xx.1980-ci il tarixdə vəfat edərək Bərdə şəhəri İmamzadə adlı qəbirstanlığında dəfn olunması və X1 isə xx.xx.2013-cü il tarixdə vəfat edərək Rusiya Federasiyasının Markov şəhərində dəfn olunması faktının müəyyən edilməsinə dair qatnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi mülki işə baxılan zaman qeydiyyat ünvanı müəyyən olunmamışdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətandaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının 04 aprel 1996-cı il tarixli Qanunun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətandaşı barədə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 37-ci maddəsinə əsasən Tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyətli olan fakların müəyyən edilməsi barədə işlərə ərizəçinin qeydiyyatda olduğu yerdə baxılır. Məhkəmə hesab edir ki, Ərizəçi hazırki iddia ərizəsinə ərazi aidiyyəti qaydalarına uyğun olan məhkəmədə baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bu Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Qeyd olunan prossesual normalara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə oğluna qarşı “ölüm faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsinə ərazi aidiyyəti üzrə baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən Ərizəçi Maraqlı şəxsnə oğluna qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRARVERDİM:
1. Ərizəçi Maraqlı şəxsnə oğluna qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın.
2. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Hakim: Ziya Abdullayev