Məhkəmə qərarları › İş №2(021)-3836/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3836/2023

20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3836/2023 20.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 28 iyul 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum anası X3 01 aprel 1938-ci ildə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuş, Bərdə rayonu, Cəyirli kəndində yaşamışdır. Mərhum anası X4 28 iyul 2023-cü il tarixdə İnsult- Hipertenziya. Beyinə qansızma xəstəliyindən ölmüş və Bərdə rayonu Cəyirli kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin fakt Bərdə rayon İHB-nin Güloğlular kənd İƏD üzrə icra nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1779 nömrəli arayışı ilə təsdiq olunmuş və həmin faktı şahidlər də təsdiq edə bilərlər. Lakin yas ərəfəsində və bundan sonrakı günlərdə anası Şəfa Paşayevanın ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almağı lüzum bilməmişdir. Hazırda mərhum anası Şəfa Paşayevanın ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdı. Belə ki, mərhum anası Şəfa Paşayevanın mülkiyyətində müəyyən əmlaklar vardır. Anası öləndən sonra miras əmlakını faktiki qəbul etməyinə baxmayaraq onun barəsində ölüm haqqında şəhadətnamə olmadığına görə gələcəkdə miras qalan əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi ala bilməyəcəkdir və anasının mülkiyyəti olan əmlaklar haqqında Qanun üzrə vərəsəlik şəhadətnaməsi amlaq istəyir. Bu səbəbdən də vərəsəliyin və miras əmlakın təyin edilməsi ilə bağlı bəzi problemlər yaranmışdı. Bununla bağlı Maraqlı şəxsnə müraciət edilmiş, lakin məhkəməyə mürciət etməyi tövsiyyə edilmişdir. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1785 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Güloğlular kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE № 04252853 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X3 01 aprel 1938-ci il tarixdə Bərdə rayon Cəyirli kəndində anadan olmuşdur. Bərdə rayon Cəyirli kəndində qeydiyyatda olmuşdur. İş materiallarına əlavə edilmiş AЭБ №065527 nömrəli Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş qəbir daşının əks olunduğu foto-şəkillərdən görünür ki, X2 doğum tarixi 01 aprel 1938-ci il, ölüm tarixi 28 iyul 2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1779 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 28 iyul 2023-cü il tarixdə Bərdə rayon Cəyirli kəndində vəfat etmiş və Cəyirli kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş Ölüm haqqında məlumat vərəqəsindən görünür ki, 01 aprel 1938-ci il təvəllüdlü X2 28 iyul 2023-cü il tarixdə ölümünün ilkin səbəbi “İnsult- Hipertenziya beyinə qansızma” olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum anasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məhkəmə qəbzindən görünür ki, məhkəməyə müraciət etmək üçün ərizəçi tərəfindən 100 manat dövlət rsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası - X2 28 iyul 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 28 iyul 2023-cü il tarixdə “İnsult-Hipertenziya beyinə qansızma” nəticəsində Bərdə rayon Cəyirli kəndində vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 28 iyul 2023-cü il tarixdə “İnsult-Hipertenziya beyinə qansızma” nəticəsində Bərdə rayon Cəyirli kəndində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar