Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3853/2023 03.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurmuş, nikahları 02 yanvar 2006-cı ildə rəsmən qeydiyyata alınmış, birgə yaşayış dövründə 10 may 2009-cu il təvəllüdlü X4, 31 yanvar 2011-ci il təvəllüdlü X6 adlı iki övladları doğulmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli vaxtdır ki, pozulmuşdur. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymamış, əsassız söz-söhbətlər salmış, yaşayışlarını mümkünsüz etmişdir. Ailə münasibətləri tamamilə pozulmuşdur. Ailənin bərpasına çalışsa da heç bir nəticəsi olmamışdır. Onların nikahları formal xarakter daşıyır. Belə ki, xeyli vaxtdır ayrı yaşayırlar. Bunun üçün də o, ilkin presedur kimi Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və mediasiya təşkilatından onların işinə baxılması üçün X7 təyin edilmişdir. Ailənin bərpası mümkün olmamış, ancaq ilkin mediasiya prosesində cavabdeh onunla ortaq fikirə gələrək nikahın pozulması, 10 may 2009-ci il təvəllüdlü Nərminənin, 31 yanvar 2011-ci il təvəllüdlü Sədiqənin onun (anası Ərizəçimın) yanında qalması və hər uşaq üçün 50 manat, cəmi 100 manat onun xeyrinə aliment verilməsi razılığına gəlmişdir. Bununla bağlı 23 sentyabr 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təstiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1976-cı ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1979-cu ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Lək kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Qaradəmirçi kənd X12 üzrə nümayəndəliyi tərəfindən verilmiş 1176 saylı, 08 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Lək kəndində yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 214331 nömrəli nikah haqqında şəhdaətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs və X8 02 yanvar 2006-cı il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsində 01 saylı akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Piriyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 836647 nömrəli arayışın surətindən müəyyən olunur ki, X4 10 may 2009-cu ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İİ 636648 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 31 yanvar 2011-ci ildə doğulmuşdur, atası Maraqlı şəxsdur, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 23 sentyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 02 yanvar 2006-cı il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 1 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 10 may 2009-cu il təvllüdlü X4 və 31 yanvar 2011-ci il təvəllüdlü X6 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur.Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar.Birinci tərəf Mediasiyaya müraciət edərək İkinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 10 may 2009-cu il təvllüdlü X4 və 31 yanvar 2011-ci il təvllüdlü X2 onun himayəsində saxlanılmasını və övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında 02 yanvar 2006-cı il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 1 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından 10 may 2009-cu il təvllüdlü X4 və 31 yanvar 2011-ci il təvllüdlü X2 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 100 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və hər ay birinci tərəfə ödəməyi öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 100 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. X5 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 23 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs və Ərizəçi 02 yanvar 2006-cı il tarixdə, Bərdə rayon Qeydiyyat Şöbəsində 01 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 10 may 2009-cu il təvllüdlü X4 və 31 yanvar 2011-ci il təvllüdlü X2 Ərizəçi himayəsində saxlanılması, 10 may 2009-cu il təvllüdlü X4 və 31 yanvar 2011-ci il təvllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi barədə Maraqlı şəxs və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 26 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-3853/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3853/2023
03.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver