Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3887/2025 24.11.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının cavabdehin payına münasibətdə kompensasiya ödənməklə mülkiyyət hüququnun itirilməsi və həmin hissədə mülkiyyətin tanınması » tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı məhkəməyə cavabdeh Abdullayeva S\ədiqə Rəhim qızına qarşı iddia ərizəsi ilə müraciət edərək paylı mülkiyyətdə olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 45.5 kv/m olan qeyri-yaşayış binası bəbərxananın 21.5 kv/m hissəsində olan paylı mülkiyyətin mülkiyyətçilərə bölünmüş 1/2 hissəsinin yəni, 10.75 kv/m hissəsinin cavabdehə 3000 manat kompensasiya ödənilməklə həmin hissədə onun həmin paya olan mülkiyyət hüququnun itirilməsina həmin hissədə onun mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpaq sahasi üzərində inşa edilmiş 45.5 kv/m xidmət təyinatlı qeyriyaşayış binasının 21.5 kv/m hissəsi üzərində 1/2 hissədə payın mülkiyyətçisi Cavabdeh, yerde qalan payın mülkiyyətçisi isə odur. Bərdə rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-82/2016 nömrəli qətnaməsi ləğv edilmiş va iddia qismən təmin edilmiş, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 21.5 kv/m hissəsi sahəsində inşa edilmiş 5 kv.m xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kv/m hissəsi tərəflərin birgə mülkiyyəti hesab edilməsi və həmin əmlaın hissəsinə iddiaçı Cavabdeh payı müəyyən olunması qət edilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6228 saylı 16 may 2019-cu il tarixli rəyindən müayyən olunur ki, iddiaçı X1 və cavabdeh İddiaçı bərabər paylarla mülkiyyətlərində olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpaq sahasində inşa edilmiş 45.5 kv/m xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kv/m hissəsinin mövcud texniki pasportunda mövcud xx.xx.2003-cü il tarixli istismara qəbul edilmə aktı və 2003-cü il tarixli texniki pasportda, hamçinin xx.xx.2009-cu il tarixli daşınmaz amlakın texniki pasportuna vo obyektin istismara qəbul edilməsinə dair xx.xx.2008-ci il tarixli aktına müvafiq olaraq yerləşdiyi nöqtələrə, sahəyə müvafiq olaraq bərabər paya tərəflər arasında naturada bölünməsi İnşaat Norma va Qaydaları 2.08.01.89-un İ.2, 2.9 bəndlərinin va metodik tövsiyənin tələblərinə müvafıq olaraq texniki cəhətdən mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti va Arxitektura Komitəsi Baş X2 va Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsi tərəfindən tərtib olunmuş texniki pasportda göstərilan 24.0 kv/m qeyri-yaşayış sahəsinin arxasında yerləşdiyini, eyni zamanda həmin tikilinin yan divarları qonşu sahələr ilə əhatə olunduğunu va arxa divarı yer səthindən hündürdə yerləşdiyi həmin sahə başqa şəxslərin istifadəsində (çay evi kimi istifadə olunur) olduğunu nəzərə alaraq, 45.5 kv/m xidmət təyinatlı qevriyaşayış binasının 21.5 kv.m hissəsinin bərabər payla va bərabər payla tərəflər arasında naturada bölünməsi mümkün olmadıqda yenidən qurma işləri görülməklə (əlavə qapı açılmaqla və arakəsmə hörülməklə) bölünməsi Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Beləliklə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpaq sahəsində inşa edilmiş 45.5 kv/m xidmat tayinatlı qeyri-yaşayış binasının tərəflər arasında 1/2 va 1/2 paylarına uyğun olaraq iki təcrid hissəyə bölünməsi mümkün olmadığından iddia tələbi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0.0054 ha torpaq sahəsində inşa edilmiş 45.5 kv. Metr xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kv/m hissəsi üzərində 2/1 hissəsinin naturada bölünməsinə, payına düşən hissədən maneəsiz istifədə hüququnun təmin edilməsinə dair hissədə təmin oluna bilməzdi. Mübahisəli qeyri-yaşayış binası bərbərxanadır, 45.5 kv/mdir. Həmin bərbərxananın 24.0 kv/m hissasi sırf onun mülkiyyətindər. Yerdə qalan 21.5 kv/m isə qeyd etdiyi 24.0 kv/m hissənin arxasıdır. Binanın arxa hissəsinə heç bir çıxış yoxdur. Həmin 21.5 kv'm hissənin yarısı onun olmaqla, yarısıda hazırki cavabdehindir. Ümumilikdə nəzərə alınsa da 45.5 kv/m qeyri-yaşayış binasının 34.075 kv/m hissəsi onun mülküdür. Yerda qalan 10.75 kv.m hissəsi anklavdır. Heç bir girişi çıxışı yoxdur. O, həmin hissəyə 3000 manat kompensasiya verməklə paylı mülkiyyətin bu hissəsini mübahisələndirir. Bu səbəbdəndə Mülki Məcəllənin 220.4-cü maddosino görə paylı mülkiyyətin mülkiyyatçisinə ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənəsübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi vo kompensasiya yolu ila aradan qaldırılır. Bu səbəbdən də şəxsə 3000 manat kompensasiya verilməklə ümumi əmlakda paya olan hüququn itirilməsinə dair itirilməsinə və həmin paya onun mükiyyət hüququnun müəyyən edilməsinə dair müvafiq qərarın qəbul edilməsini qanuni va əsaslı hesab edir. Tərəflərin izahatı: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli obyektin giriş-çıxış qapısı olmuşdur. Aralarında həmin obyektə mübahisə başlayan zaman ekspert tərəfindən baxış keçirilən zaman iddiaçı həmin obyektin giriş çıxış qapısını qərəzli şəkildə bağlatmışdır. Bundan başqa həmin obyekt şəhərin mərkəzində yerləşəməklə iddiaçı ona məxsus hissə daxil olmaqla bütünlükdə istifadə etməkə yüksək gəlir əldə edir. İddiaçı tərəfindən ona təklif edilən 3000 manatı qəbul etmir. Əksinə iddiaçıya iddiaçıya məxsus payın alınması üçün 9000-12000 manat kompensasiya ödəməklə ona verilməsini təklif edir. Əmlak üzərində olan payını satmaq niyyətində deyil, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. İş materiallarına istinad: Azərbaycan Respublikası Əmlak Məsələləlri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov yerləşən 0,0054 kv. Metr qeyri-yaşayış binası tam mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Bərdə Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(021)65/202 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı ümumi birgə mülkiyyətdə olan qeyri-yaşayış sahəsinin naturada bölünməsi, payına düşən hissədən maneəsiz istifadə hüququnun təmin edilməsinə ve cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş ziyan tələbinə dair iddiası təmin edilməmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-82/2016 nömrəli, 16 fevral 2016-cı il tarixli qətnamənin surətindən görünür ki, birgə nikah dövründə əldə edilmiş qeyri-yaşayış binasının bərabər bölünməsi və VAZ2106 markalı, avtomobilin dəyərinin ½ hissəsinin cavabdehdən alınması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı 21 noyabr 2009cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində adına qeydə alınmış, birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 54 kv. Metr torpaq sahəsinin yarısı yəni 27 kv. Metr sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 45.5 kv. M olan xidmət təyinatlı qeyriyaşayış binasının 21.5 kv. Metr sahəsinin ½ hissəsi yəni 10,75 kv. Metr sahəsinə iddiaçı Cavabdeh payı müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(104)-1117/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-82/2016 nömrəli, 16 fevral 2016-cı il tarixli,qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0,0054 ha torpaq sahəsində inşa edilmuiş 45,5 kv. Metr xidmət təyinatlı qeyri-yaşayış binasının 21.5 kv.metr hissəsi tərəflrin birgə mülkiyyəti hesab edilməsi və həmin əmlakın ½ hissəsinə Cavabdeh payı müəyyən olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli, 2(102)51283/16 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh və İddiaçı kasassiya şiakyətləri təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin 07 iyun 2016-cı il tarixli, 2(104)-1117/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 16 may 2019-cu il tarixli rəyindən görünür ki, Bərdə rayon məhkəməsinin 2(021)-216/19 saylı mülki iş üzrə ekspertiza təyin edilmiş ekspert rəyinə əsasən iddiaçı Cavabdeh və cavabdeh İddiaçı bərabər paylarla mülkiyyətklərində olan Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən 0,00054 ha torpaq sahəsində inşa edilmiş 45,5 kv.m xidmət təyinatlıı qeyri-yaşayış binasının 21,5 kv. Metr hissəsinin mövcud texniki pasportda mövcud 05 may 2003-cü il tarixli istismara qəbul edilmə altı və 2003-cü il tarixli texniki pasportda, həmçinin 05 yanvar 2009-cu il tarixli daşınmaz əmlakın texniki pasportuna və obyetkin istismara qəbul edilməsinə dair 19 may 2008-ci il tarixli aktına müvafiq olaraq yerləşdiyi nöqtələrə, sahəyə müvafiq olaraq bərabər apaya tərəflər arasında naturada bölünməsi İnşaat norma və Qaydaları 2.08.01.89-un 1.1.2.9 bəndlərinin və metodiki tövsiyyənin tələbilərinə müvafiq oaraq texniki cəhətdən mümkün deyildir. İstinad edilən hüquq: Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı”qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM):213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə,məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki,məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə gətirib çıxarardı. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.Hazırki işdən görünür ki, iddiaçı ümumi paylı mülkiyyətdə olan əmlakda olan payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi tələb edir.Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də görünür ki, iddiaçının tələb etdiyi kimi payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda həyata keçirilə bilər. Yəni,payın naturada ayrılması mümkün deyildirsə payın sahibi onun digər mülkiyyətçilər tərəfindən ödənilməsini tələb edə bilər. Məhkəmə xüsusilə qeyd edir ki, hazırki iddianın təmin edilməsinin ən vacib məqamlarından biri cavabdehin iddianı qəbul etməsi və iddiaçının tələb etdiyi kompensasiyanı ona ödəməsidir.Lakin, işdən cavabdehin iddianı qəbul etməsi və iddiaçının payının qarşılığı olaraq tələb etdiyi kompensasiyanın ödəməyə razı olması nəticəsinə gəlmək olmur.Məhkəmə hesab edir ki, cavabdehin üzərinə iddiaçının payının qarşılığı olaraq tələb etdiyi kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməz. Belə ki, Mülki Məcəllənin 6.1.1-ci maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul etmədiyindən və onun üzərinə kompensasiyanın ödənilməsi öhdəliyi qoyula bilməyəcəyindən iddia təmin edilə bilməz. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 220.5. qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Maddə 107. məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə119.1-ci məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməliidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiаçı İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan qeyri-yaşayış binasının cavabdehin payına münasibətdə kompensasiya ödənməklə mülkiyyət hüququnun itirilməsi və həmin hissədə mülkiyyətin tanınması” tələbinə dаir iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-3887/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3887/2025
24.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver