Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-3963/2025 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, ölüm faktı. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, anası X2 17 iyul 2020-ci ildə, qardaşı X3 isə 11 iyul 2006-cı ildə ölmüş elan edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X7 17 iyul 2020-ci ildə, qardaşı X8 11 iyul 2006-cı ildə, anası X9 isə 18 oktyabr 2018-ci ildə vəfat etmişdir. Qardaşı subay oub. Atasına ölüm şəhadətnaməsi alsa da anası və qardaşının ölüm şəhadətnaməsini almamışdır. Həm anası X9, həm də qardaşı X1 şəhərində İmamzadə adlanan qəbristanlıqda dəfn edilmişdir. O ata-anasının yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini öz adına keçirmək istəyir. Bunun üçün “Asan Xidmət” mərkəzində ondan atasının, anasıının və qardaşının ölüm şəhadətnamələrinin surətlərini istəyirlər. Ərizəçi məhkəməyə ərizə verərək, ərizəsində texniki səhv olaraq anası X2 ölüm tarixini xx.xx.2019-cu il əvəzinə xx.xx.2018-ci il kimi qeyd etmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə verərək, ərizədə qeyd olunan şəxslərin ölmüş elan edilməsi deyil, ölüm faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək, təmin olumasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. AЭ №1591590 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Ata qrafasında ata adı X7, ana qrafasında ana adı X4r. Seriya AZE №04255220 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1940-cı il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Seriya AZE №01813824 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.1970-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmuşdur. İ-ИЕ №547427 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1940-cı ildə Bərdə rayonu Qasımbəyli kəndində doğulmuşdur. Ata qrafasında ata adı X13, ana qrafasında ana adı X6r. AЭ №1851994 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1970-ci ildə Bərdə şəhərində doğulmuşdur. Ata qrafasında ata adı X7, ana qrafasında ana adı X4r. AZ-İİ №094361 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X2 doğum tarixi xx.xx.1943-cü il, ölüm tarixi xx.xx.2019-cu il kimi qeyd olunmuşdur. Qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X5 doğum tarixi xx.xx.1970-ci il, ölüm tarixi xx.xx.2006-cı il kimi qeyd olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktublardan görünür ki, Ərizəçi mərhum anası X2 və qardaşı X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Bərdə şəhər “İmamzadə” məscidi dini icması tərəfindən verilmiş 02 nömrəli xx.xx.2026cı il tarixli arayışdan görünür ki, Bərdə şəhər Nizami küçəsi ev 54 ünvanında yaşamış X8 11 iyul 2006-cı il tarixdə,anası X9 isə xx.xx.2019-cu ildə vəfat etmişdir. Hər iki mərhum Bərdə şəhərindəki “İmamzadə” qəbirstanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 bildirmişdir ki, o, Asəmin qonşusudur. Onun anası Dilbər 2019-cu ildə, qardaşı Vüqar isə 2006-cı ildə vəfat etmişlər. Vüqar xəstə idi, Dilbər isə qocalıqdan rəhmətə gedib. Onlar Bərdə şəhəri İmamzadə qəbirstanlığında dəfn edilib. Dilbərin həyət yoldaşı Zahiddə həmin qəbiristanlıqda dəfn edilib. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 bildirmişdir ki, Asəm onun dostudur. Onun anası Dilbər 2019-cu ildə, qardaşı Vüqar isə 2006-cı ildə vəfat etmişlər. Vüqar xəstə idi, Dilbər isə qocalıqdan rəhmətə gedib. Onlar Bərdə şəhəri İmamzadə qəbirstanlığında dəfn edilib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum anası – X2 xx.xx.2019-cu il tarixli ölüm faktı və qardaşı - X5 xx.xx.2006-cı il tarixli ölüm faktı işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 18 oktyabr 2019ci il tarixdə və X5 11 iyul 2006-ci il tarixdə vəfat etmələri faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 10 fevral 1940-cı ildə anadan olmuş X2 18 oktyabr 2019-cu il tarixdə ölüm faktı müəyyən edilsin. 15 mart 1970-ci ildə anadan olmuş X5 11 iyul 2006-cı il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-3963/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-3963/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver