Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4004/2025 25.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.1971-ci ildə Bərdə rayonu Lənbəran kəndində anadan olmuş və xx.xx.1992-ci ildə Bərdə rayonu Lənbəran mərhum qardaşı X6 ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1971-ci il təvəllüdlü X2 rayon Lənbəran kəndində anadan olmuş. Və xx.xx.1992-ci ildə Bərdə rayonu Lənbəran kəndində vəfat etmişdir. Bərdə rqyonu Lənbəran kənd qəbristanlığından dəfn edilmişdir. Həmin vaxtlarda yas mərasimi ilə əlaqədar başları qarışıq olduğundan X13 ölüm faktını qeyd etdirməmişdirlər, Mərhum qardaşına ölüm haqqında şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-526/2025 saylı məktubla cavab verilmişdir ki, “qardaşınızın ölümünü təsdiq edən sənəd olmadığından ərizənin təmin edilməsi mümkün deyil. Odur ki, məhkəməyə müraciət etməyi məsləhət görülür. X13 ölməsi faktını məhkəmədə şahidlər təsdiq edə bilərlər. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət eədərk qardaşı X1 ilə əlaqədar Bakı şəhərinə aparacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılaraq yekun məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 22 sentyabr 2025-ci il tarixli, 315727 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə anadan olmuş, atası X4, anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 26 fevral 1986-cı il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 sentyabr 2025-ci il tarixli, 065674 nömrəli arayışdan görünür ki, X9 05 sentyabr 1971-ci ildə anadan olmuş, atası X4, anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 15 sentyabr 1971-ci il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Lənbəran Bələdiyyəsi tərəfindən verilmiş 08 sentyabr 2025-ci il tarixli, 51 nömrəli arayışdan görünür ki, Lənbəran kənd sakini X9 xx.xx.1992-ci il tarixdə vəfat etmiş və Lənbəran kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “ Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 22 sentyabr 2025-ciil tarixli, 18-1-28/2-2219/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Bərdə rayon Lənbəran kənd sakini X6 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat(xəstəlik tarixi, tibbi şəhadətnamə və s) aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 25 avqust 2025-ci il tarixli, 3-16-5/8-15-526/2025 nömrəli məktubdan görünür ki, ərizəçinin qardaşı X6 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. Mülki işə əlavə edilmiş qəbr abidəsinin foto şəkillərindən görünür ki, foto şəkildə olan qəbr daşı abidəsinin üzərində X6 xx.xx.1971-i ildə doğulduğu, xx.xx.1992-ci ildə vəfat etdiyi qeyd edilmişdir. 25 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə vermiş X15 ifadəsində göstərmişdir ki, ərizəçionun həyat yoldaşının əmisi oğlu olmaqla qonşdurlar. Ərizəçi ailədə 10 bacı qardaş olmuşlar, oğlanların adları Gülməmməd, Güloğlan, İmran, Elxan, Əlvan, qızların adı isə Səviyə, Sədicə, Səriyə, Rəsmiyyə və Həqiqətdir. Ərizəçinin iki qardaşı Güloğlan və Elxan vəfat etmişdir. Elxanın vəfat etməsi tarixinı xatırlamasa da Elxan Bərdə rayonu Şirvanlı kəndində baş vermiş avtomobil qəzasında vəfat etmişdir. Dəfn və yas mərasimlərində iştirak etmişdir. Elxan Bərdə rayonu Lənbəran kənd qəbristanlığında valideyinlərinin yanında dəfn olunmuşdur. 25 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Ailədə 10 uşaq olmuşlar. oğlanların adları Gülməmməd, Güloğlan, İmran, Elxan, Əlvan, qızların adı isə Səviyə, Sədicə, Səriyə, Rəsmiyyə və Həqiqətdir. Ərizəçinin iki qardaşı Güloğlan və Elxan vəfat etmişdir. Elxan 1992-ci ildə Bərdə rayonu Şirvanlı kəndi ərazisində avtomobil qəzası nəticəsində vəfat etmişdir. X21 rayonu Lənbəran kənd qəbristanlığında dəfn olunmuşdur. 25 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Ailədə 5 bacı-5 qardaş olmuşlar. Qardaşlarından Güloğlan və Elxan hər ikisi avtomobil qəzasında vəfat etmişdir. Elxan 1992-ci ildə Bərdə rayonu Şirvanlı kəndi ərazisində avtomobil qəzası nəticəsində vəfat etmişdir. X21 rayonu Lənbəran kənd qəbristanlığında anasının yanında dəfn olunmuşdur. Həmin vaxt savadsızlıqdan xəstəxanaya müraciət etməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qardaşı X6 23 sentyabr 1992-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X6 23 sentyabr 1992-ci ildə tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.1992-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-4004/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4004/2025
25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver