Məhkəmə qərarları › İş №2(021)-4030/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4030/2025

08.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4030/2025 08.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı xx.xx.1987-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsi ev 14-də anadan olmuş X1 xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X4 onun qardaşıdır. O xx.xx.1987-ci il tarixdə Bərdə şəhəri Gəncə küçəsi ev 14-də anadan olmuş, xx.xx.2023-cü il tarixdə Bərdə şəhərində vəfat etmişdir. qardaşı vəfat etdikdən sonra Bərdə şəhər qəbristanlığında dəfn edilmişdir. Savadsızlıqdan ölüm haqqında şəhadətnamə almamışlar. Qardaşına ölümü haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə ərizə ilə etdiyi müraciətə xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-365/2024 saylı məktubla cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəiyyəti aktlarının dövlət qeydiyyatı qaydasınının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətənsaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyai üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüş, Ona görə d məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, qardaşı evdə ürək tutumasından vəfat etmiş, həmin vaxt təcili tibbi yardım çağırmış, təcili tibbi yardımın əməkdaşları gələrək qardaşının öldüyünü bildirsələrdə bu barədə heç bir sənəd verməmişlər. Qardaşının ölüm faktının müəyyən edilməsi nənəsindən miras qalmış fərdi yaşayış evinin adına sənədləşdirilməsi üçün vacibdir. Belə ki, mərhum qardaşı həmin evdə qeydiyyatda olmuş, hazırda sədənləşdirmə işlərinin aparılması üçün ondan qardaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1984-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13197712 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 xx.xx.1987-ci ildə ünvan 2-də qeydiyyatda olmuşdur. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Xİİ_JQ 439680 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 dekabr 1987-ci ildə anadan olmuş atası X5, anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 10 dekabr 1987-ci ildə 850 nömrə ilə qeyd edilmişdir. Bərdə Rayon VVAQ Şöbəsi tərəfindən verilmiş İX_JQ 497827 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 29 avqust 1984-cü ildə anadan olmuş atası X5, anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 06 sentyabr 1984-cü ildə 548 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 15 iyul 2025-ci il tarixli, 3-16-5/8-15-365/2024 nömrəli məktubdan görünür ki, ərizəçinin qardaşının ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 02 sentyabr 2025-ci il tarixli, 18-1-28/2-2058/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Bərdə şəhəri Gəncə küçəsi ev 14 ünvanında yaşamış X1 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat(xəstəlik tarixi, tibbi şəhadətnamə və s) aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş qəbr abidəsinin foto şəkillərindən görünür ki, foto şəkildə olan qəbr daşı abidəsinin üzərində X1 xx.xx.1987-ci ildə doğulduğu, xx.xx.2023-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Bərdə rayon X10 Bölməsinin müstəntiqi, polis kapitanı X6 cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanmasına əsas 21 aprel 2023-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri zamanı saat 16:00 radələrində ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 narkotik vasitələrin saxlanmasında şübhəli bilindiyi üçün üzərində şəxsi axtarış və götürmə aparılan zaman 01 ədəd şəffaf sellofanda 0,692 qram çəkidə narkotik vasitə olan heroinin aşkar edilərək götürülməsi səbəb isə həmin faktla bağlı toplanmış material olmuşdur. Təqsiləndirilən şəxs X4 Azərbaycan Respublikası CM_nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra öldüyü üçün ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. 22 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur. Ailədə 3 qardaş olmuşlar. Ərizəçinin qardaşı Rizvan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Həmin tarixdə ərizəçi ona zəng edərək qardaşının vəziyyətinin ağır olduğunu və Bərdə Mərkəzi rayon Xəstəxanasında olduğunu bildirmiş.Bundn sonra oraya getmiş, ərizəçinin qardaşı həmin vaxt orada vəfat etmişdir. Bərdə rayonunda Şəhidlər Xiyabanının yanında yerləşən qəbristanlıqda dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. 22 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə kirvəsidir. Ərizəçigil ailədə 3 qardaş olmuşlar. Ərizəçinin qardaşı Rizvan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Rizvan xəstə olmuşdur. Bərdə rayonunda dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. 22 dekabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur. Ailədə 3 qardaş olmuşlar. Ərizəçinin qardaşı Rizvan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bərdə rayonunda Şəhidlər Xiyabanının yanında yerləşən qəbristanlıqda dəfn edilmişdir. Dəfn və yas mərasimində iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qardaşı X1 08 iyul 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X1 08 iyul 2023-cü ildə tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar