Məhkəmə qərarları › İş №2(021)-4032/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4032/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4032/2025 09.12.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, ölüm faktı. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X3 08 noyabr 2013-cü il tarixdə ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X5 04 iyun 1959-cu ildə anadan olmuşdur. X5 08 noyabr 2013-cü ildə vəfat etmişdir və Nefçala rayonu, Birinci Qaralı kənd qəbirsanlığında dəfn edilmişdir. Baş qarışıqlığından mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdirlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün isə sənədləşdirmə aparmaqda çətinliklər yaranır. Ölüm haqqında şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, mərhumun ölümündən uzun müddət keçdiyi üçün, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, həyat yoldaşı Göyçay rayonunda yaşayıb. Neftçala rayonunda dəfn olunub. O, 1997-ci ildə həyat yoldaşından ayrılıb Bərdə rayonuna köçüb gəlmişdir. O, keçmiş həyat yoldaşı ilə rəsmi olaraq ayrılmamışdır. Mərhumun anasının adına ev var. Həmin evi öz adına keçirmək üçün həyat yoldaşının ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə anadan olmuşdur. Bərdə rayon Qazaxlar kəndində qeydiyyatdadır. İ-ИЕ №328541 Doğum bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. X2, anası X4 olmuşdur. İV-ЖГ №433384 Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi 25 noyabr 1988-ci il tarixdə Bərdə rayon VVAQ şöbəsində nikah bağlamışdırlar. Nefçala rayon İcra Hakimiyyəti Başçısının Aşağı Qəhrəmanlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 648 nömrəli arayışdan görünür ki, X5 xx.xx.2013-cü il tarixində Nefçala rayonu Qədimkənd kəndində vəfat etmiş və Neftçala rayonunun Birinci Qaralı kənd qəbirstanlığında dəfn edilmişdir. Qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X3 doğum tarixi xx.xx.1959-cı il, ölüm tarixi xx.xx.2013-cü il kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası “TƏBİB” PHŞ “Bərdə rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 1959-cu il təvəllüdlü X3 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X3 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X1 onun bacısı Ərizəçi ilə ailə qurub Göyçay rayonunda yaşayıblar. Onların nikahları rəsmi qaydada pozulmasa da onlar ayrı yaşayıblar. Onların birgə nikahlarında Fəridə adlı övladları var. Mərhum X10 2011-2013-cü illər arasında vəfat edib. Məhkəmə iclasında şahid qismində iştirak edən X8 bildirmişdir ki, Ərizəçi onun bacısıdır. X1 onun bacısı Ərizəçi ilə ailə qurub Göyçay rayonunda yaşayıblar. Onların nikahları rəsmi qaydada pozulmasa da onlar ayrı yaşayıblar. Mərhum X10 2013-cü ildə vəfat edib. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum həyat yoldaşı – X3 08 noyabr 2013-ci tarixdə ölüm faktı işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 08 noyabr 2013-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 04 iyun 1959-cu ildə anadan olmuş X3 08 noyabr 2013-cü il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar