Məhkəmə qərarları › İş №2(021)-4126/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4126/2024

06.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4126/2024 06.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə Bərdə Rayon Qeydiyyat Şöbəsində 14 aprel 2009-cu il tarixində nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildə X7 və xx.xx.2014-cü ildə X8 adlı övladları olmuşdur. Bir müddət normal münasibətlərdə yaşadıqdan sonra aralarında olan münasibətlər pisləşməyə başlamışdır. Onların xasiyyətləri bir-birinə uyğun gəlmir və bu minvalla aralarında tez-tez münaqişələr yaranır. Nəhayyət onlar faktiki olaraq ayrılmışlar, ayrı-ayrı təsərrüfatlar idarə edirlər. Ər-arvad münasibətlərini kəsmişlər. Aralarında olan mübahisə ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Bərdə 1 saylı Mediasıya Təşkilatında aralarında xx.xx.2024-cü il tarixli “barışıq sazişi” bağlansa da maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırır. Ərizəçinin izahatı: Məhkəmə iclasında ərizəçi izahatında barışıq sazişinin bütün tələblərinin icra olunduğunu, maraqlı şəxslə aralarında sazişin icrası ilə bağlı heç bir anlaşılmazlığın olmadığını bildirərək, sazişin yalnız nikahın pozulması hissəsində təsdiq edilməsini məhkəmədən xahiş etdi. İcraat materiallarına istinad: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu Qaraməmmədli kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1989-cu ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri S.Vurğun küçəsi döngə 5-də qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 14 aprel 2009-cu il tarixli AZ-İ 483522 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X3 14 aprel 2009cu ildə 150 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Bəşirova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22 aprel 2010-cu il tarixli AZ-İİ 444152 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 25 yanvar 2010-cu ildə Cəlal adlı uşaqları anadan olmuşdur. 25 yanvar 2010-cu il təvəllüdlü X4 “ata” qrafasında atası kimi Ərizəçi, “ana” qrafasında anası kimi Maraqlı şəxs qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 iyun 2014-cü il tarixli AZ-İİİ 345201 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 08 aprel 2014-cü ildə Ləman adlı uşaqları anadan olmuşdur. 08 aprel 2014cü il təvəllüdlü X5 “ata” qrafasında atası kimi Ərizəçi, “ana” qrafasında anası kimi Maraqlı şəxs qeyd edilmişdir. X1 iştirakı ilə tərtib edilən 04 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01207 saylı Barışıq Sazişinin: 2.1-ci bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 aprel 2009-cu il tarixdə Bərdə Rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 150 nömrəli rəsmi nikahın pozulmasına tam razılaşır və öz öhdələrinə götürürlər. 2.2-ci bəndinə görə birgə nikahlarından olan 25 yanvar 2010-cu il təvəllüdlü X4 birinci tərəf-Ərizəçi himayəsində saxlanılmasına və 08 aprel 2014-cü il təvəllüdlü X9 adlı övladlarının ikinci tərəf-Maraqlı şəxs himayəsində saxlanılmasına tam razılaşaraq öz öhdələrinə götürürlər. 3-cü bəndinə görə birgə nikahlarından olan azyaşlı övladlarının saxlanılması üçün tərəflər aliment tələbi olmadığını bildirirlər və qarşılıqlı razılaşaraq öz öhdələrinə götürürlər. 4.1-ci bəndinə görə ikinci tərəf ona məxsus olan cehiz və geyim əşyalarını birinci tərəfdən təhvil ala bilər. 4.2-ci bəndinə görə tərəflərin himayəsində olan uşaqla digər tərəf, uşağın mənafeyinə zidd olmadığı hallarda ünsiyyətdə olmalarına şərait yaratmağı öhdələrinə götürürlər. 4.3-cü bəndinə görə mediasiya prosesi zamanı tərəflər razılığa gəlirlər ki, birgə nikah dövründə “Access Bank”ın Bərdə rayon filialından götürülmüş kreditin ödənilməmiş 19 000 (on doqquz min) manat kredit məbləğini birinci tərəf hər ay hissə-hissə ödəyəcəyinə razı olaraq qarşılıqlı razılığa gəlirlər. 5-ci bəndinə görə nikahın pozulması Mediyasıyanın səlahiyyətində olmadığı üçün tərəflərin məhkəməyə müraciət edə bilmələri onlara izah edilmişdir. 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İstinad edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM): 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə 04 noyabr 2024-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Ərizəçi ərizəsində maraqlı şəxsin barışıq sazişinin icrasından boyun qaçırdığını bildirsə də bu barədə ərizəsinə mötəbər sübut əlavə etməmiş, Maraqlı şəxs isə məhkəməyə ərizə göndərərək barışıq sazişinin təsdiq edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən pozulması barədə ərizəçi məhkəməyə sübut təqdim etmədiyindən Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01207 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 04 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01207 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar