Məhkəmə qərarları › İş №2(021)-415/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-415/2022

17.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-415/2022 17.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X2 03 sentyabr 2002ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X8 10 dekabr 1971-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. Qardaşı 03 sentyabr 2002-ci il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayon Xanərəb kənd ərazisində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. Onlar başları qarşıdığından mərhum qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında qardaşının ölüm kağızını ondan tələb edirlər. Mərhum qardaşı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş , lakin orda ölümdən uzun müddət keçdiyindən ona ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər və məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X7, X12 və X9 Ərizəçi qardaşı X2 03 sentyabr 2002-ci ildə vəfat etdiyini və Bərdə rayonu Xanərəb kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X8 10 sentyabr 1971-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 09 aprel 1974-cü il tarixli İİ-ЖГ 401559 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1974-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 24 dekabr 1964-cü il tarixli АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X4 02 oktyabr 1964-cü ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 29 iyun 1981-ci il tarixli Vİİİ-ЖГ 332348 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 09 iyun 1981-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd sovetliyi tərəfindən verilmiş 04 avqust 1978-ci il tarixli V-ЖГ 463660 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 13 iyul 1978-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X3, ana qrafasında anası kimi X6 qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 01 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 06 aprel 1987-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Xanərəb kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 dekabr 2009-cu il tarixli AZ-İ 354614 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 13 noyabr 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 17 yanvar 2022-ci il tarixli 20- 05/16 saylı məktubdan müəyyən olunur ki, X2 nikahı haqqında akt qeydi şöbənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Xanərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 53 saylı 29 noyabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayon Xanərəb kənd sakini X8 03 sentyabr 2002-ci ildə vəfat etmiş, vəfat edənə kimi Bərdə rayonu Xanərəb kəndində yaşamış və Xanərəb kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X2 baş daşı üzərində ölüm tarixi 03 sentyabr 2002-ci il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 768-05/15 nömrəli 03 dekabr 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X2 03 sentyabr 2002-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X2 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə qardaşına ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. 10 sentyabr 1971-ci ildə anadan olmuş X2 03 sentyabr 2002-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar