Məhkəmə qərarları › İş №2(021)-4164/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4164/2023

03.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4164/2023 03.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi İddiaçı və Maraqlı şəxs iştirakları ilə , Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, aramızda bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, işin baxılmamış saxlanılması və sənədlərin özünə qaytarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi ” barədə ərizəsi baxılmamış saxlanılmalı və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi “ barədə ərizəsi baxılmamış saxlanılsın və ərizəyə əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar