Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-4165/2024 02.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi Maraqlı şəxs olmaqla “Şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsini nəzərdən keçirib Müəyyənetdim: Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1939-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, 1992-ci il 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş Əliyeva (Nurəliyeva) Dilarə Oruc qızının ölmüş elan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM və ya MPM) 149-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmiş, ərizə xüsusi icraat qaydasında verilməli olduğu halda ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Maraqlı şəxs ünvan 1 ünvan Bərdə şəhəri H.Əliyev prospekti kimi qeyd edilmişdir. Yəni, ünvan tam və dəqiq göstərilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.2-ci maddəsinə görə, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 150.0 və 150.0.7-ci maddələrinə əsasən, ərizəyə maraqlı şəxslə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Ərizəçi qeyd olunan maddələrin tələblərinə əməl etməyərək, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini, yəni ölüm faktının müəyyən edilməsi ilə bağlı müafiq orqana müraciət etməsini təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. MPM-nin: 152.1 və 152.1.1-ci maddələrinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1 və 152.1.6-cı maddələrinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İstinad edilən qanunvericilik normalarının tələblərinə əsasən Ərizəçi Maraqlı şəxs olmaqla “Şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi geri qaytarılmalıdır. Ərizəçiyə izah edilir ki, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152-ci maddələrini rəhbər tutaraq Qərarverdim: Ərizəçi Maraqlı şəxs olmaqla “Şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4165/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-4165/2024
02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver