Məhkəmə qərarları › İş №2(021)-4181/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4181/2023

31.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4181/2023 31.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 13 mart 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat Şövbəsində 25 nömrə ilə qeydə alınaraq nigahlarını bağlanmışdır. Onların birgə nigahından 30 sentiyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019cu il təvəllüdlü X8 anadan olmuşdu. Onlar uzun müddət bir yerdə birgə təsərüfat idarə etsələr də, hal-hazırda birgə təsərüfat bir yerdə idarə etmirlər. Cavabdehlə hər iki övladının saxlanılması üçün 11 sentyabr 2023-cü il tarixdə Mediasiyada barışıq sazişi bağlanaraq hər bir övladının saxlanılması üçün 150 manat olmaqla cəmi 300 manat alimenti ödəməyə razılıq vermişdir. Bəzi məsəllər həll olunsada nigahlarının pozulması mediasiya tərəfindən mümkün olmamışdır. Aralarında olan mübahisə ilə bağlı mediasiya şurasına müraciət etmişdir. Mediasıya şurası tərəfindən onlara 11 sentyabr 2023-cü il tarixli “barışıq sazişi" bağlansa da maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırdı. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasını vaxtı və yeri brədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilmədiyindən, işə iştirakı olmadan baxılmaqla barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1990-cı ildə Rusiya Fedarasiyasında doğulmuşdur, Şuşa rayonu, Xələfli kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA 193976 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Şuşa rayonundan məcburi köçkündür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzzil-Komunal İstismar sahəsi tərəfindən verilmiş 1348 saylı, 02 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1i ünvanında yerləşən 588 yerli məcbuuri köçkün qəsəbəsi bina 5, mənzil 16 ünvanında müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bərdə rayon Mənzzil-Komunal İstismar sahəsi tərəfindən verilmiş 1347 saylı, 02 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Maraqlı şəxs ünvan 1i ünvanında yerləşən 588 yerli məcbuuri köçkün qəsəbəsi bina 5, mənzil 16 ünvanında müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə edilmiş AZ-İ 727712 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X3 13 mart 2012-ci il tarixdə 25 saylı nikah akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Səfərova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 320652 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 30 sentyabr 2014-cü ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş AZ-İV 151334 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 11 yanvar 2019-cu ildə doğulmuşdur, atası Ərizəçidur, anası Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 11 sentyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 13 mart 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 25-ilə qeyı edilmişdir. Tərəflərin birgə nikahlarından 30 Sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X8 adlı övladlar olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış, ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinc tərəf ilə aralarında bağlanmış 13 mart 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 25 nömrəli rəsmi nikahın pozulmasının tələbi ilə təklif vermişdir, ikinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında 13 mart 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 25- li rəsmi nikahın pozulmasına tam razıdır. Birgə nikahlarından olan 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılmasını və övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 300 manat aliment məbləğinin ödənilməsi tələbi ilə qarşılıqlı təklif vermişdir. Birinci tərəf bildirdi ki, birgə nikahlarından olan 30 Sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X5 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı yoxdur. Övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 300 manat aliment məbləği ikinci tərəf ödənilməsinə tam razılaşır və qəbul edərək öz öhdəsinə götürür. Tərəflər, aralarında bağlanmış rəsmi nikahın pozulmasına tam razılaşır, birgə nikahlarından olan övladlarının ikinci tərəfin himayəsində saxlanılmasına tam razılaşır və birinci tərəf uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat aliment məbləğinin ikinci tərəfə ödənilməsinə tam razılaşır və öz öhdəsinə götürür. X4 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi oğu ilə Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 11 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs İsmayıl qızı arasında 13 mart 2012-ci il tarixdə Şuşa rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 25 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X5 Maraqlı şəxs İsmayıl qızının himayəsində saxlanılması, 30 sentyabr 2014-cü il təvəllüdlü X7 və 11 yanvar 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimenti Ərizəçi hər ay ödəməyi öhdəsinə götürməsi barədə Ərizəçi ilə Maraqlı şəxs İsmayıl qızı arasında mediasiya prosesi nəticəsində bağlanmış 11 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar