Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-419/2023 07.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X3 24 mart 2*22-ci ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, vəfat etmiş X6 onun doğma anasıdır, X6 24 mart 2*22-ci ildə vəfat etmişdir, Bərdə rayonu, Güloğlular kənd qəbristanlığında dəf edilmişdir. Sosial məsələlərin həlli ilə bağlı X3 ölüm haqqında şəhadətnamə tələb olunur. X3 ölüm faktının məyyən oluması haqqında şəhadətnamə alınması ilə əlaqədar Bərdə rayon, Qeydiyyat Şöbəsinə müraciət etmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Ərizəçi ilə qohumdur. Aytənin anası X6 vəfat edib. Onun dəfn və yas mərasimində o, da iştirak etmişdir. Lakin ölümü qeyd edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, Ərizəçi qohumdur. Aytənin anası vəfat edib, Güloğlular kənd qəbristanlğında dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatına göstərdi ki, həm Nadirovaa Aytən, həmdə vəfat etmiş X6 onun qohumudur. Gülçöhrə Nadirova vəfat edib. Lakin başları qarışıq olduğundan ölüm haqqında şəhadətnamə alınmayıb. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA 26589** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi *6 noyabr 2*22-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE 15132971 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 *6 dekabr 1979-cu ildə Yevlax şəhərində doğulmuşdur, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan AZE *527**46 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 18 mart 1955-ci ildə Yevlax rayonunda doğulmuş, Bərdə şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 1333635* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 29 sentyabr 196*-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 13196821 nömrəli şşəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 *1 yanvar 1959-cu ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, Füzuli küçəsi ev 4 ünvanında qeydiyyatdadır. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında İ-JQ 355594 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X1 Gülçöhrə Səfdər qızından 16 fevral 1999-cu ildə doğulmuş X4 atası hesab edilmişdir. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6*85 nömrəli, 24 oktyabr 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, X6, 24 mart 2*22ci ildə vəfat etmiş, Bərdə rayonu, Güloğlular kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 6298 nömrəli, *1 noyabr 2*22-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə şəhəri, ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan AZ-İ 325832 nömrəli arayışdan müəyyən olunur ki, Ərizəçi *6 noyabr 2*22-ci ildə doğulmuşdur, atası X14, anası X5r. İş materiallarında olan qəbrin fotoşəkildən müəyyən olunur ki, X6 24 mart 2*22-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1 noyabr 2*22-ci il tarixli, 664-*5/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi Vaqiif qızına ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 3*7.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X3 24 mart 2*22-ci ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 22*, 227, 3*7, 3*8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. *6 dekabr 1979-cu ildə doğulmuş X3 *6 dekabr 2*22-ci ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-419/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-419/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver