Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4230/2023 06.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X15 Qasım oğlunun sədrliyi, Qarayev Vüsal Yusif oğlunun katibliyi, ərizəçi İddiaçı və maraqlı şəxs Ərizəçi iştirakları ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) maraqlı şəxs Ərizəçi (bundan sonra maraqlı şəxs və ya Ərizəçi) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi ilə 2020-ci il tarixdə qeyrirəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını 13 fevral 2022-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikah dövründən 27 dekabr 2021-ci il təvəllüdlü X6 və 12 oktyabr 2023-cü il təvəllüdlü X7 adlı 2(iki) övladları anadan olmuşdur. Aralarında olan narazılığa görə ailə münasibətləri xeyli zamandır pozulmuşdur. Belə ki, əri Ərizəçi onu bir həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Onların aralarında olan ərarvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehə birlikdə ailə kimi yaşamalarını bildirsə də heç bir nəticəsi olmamışdır. Əksinə, cavabdeh onunla normal yaşamaq istəməmişdir. Bunun üçün də nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Cavabdeh nə ona, nə də ki, övladına ayrıldıqları gündən bu vaxta qədər heç bir köməklik etməmişdir. O isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Bunun üçün İlkin prosedur kimi Mediasiya şurasına müraciət etmiş və Mediasiya təşkilatından onların işlərinə baxılması üçün X2 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında 13 fevral 2022-ci il tarixdə Bərdə regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 194 nömrəli rəsmi nikahın pozulmasına tam razı olduğunu, birgə nikahlarından olan 27 dekabr 2021-ci il təvəllüdlü X4 onun himayəsində saxlanmasına heç bir etirazı olmadığını və azyaşlı övladının saxlanması üçün hər ay bir uşaq üçünn 80 manat aliment məbləğinə imkanı çatdığını və onun xeyrinə ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı 19 sentyabr 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Lakin barışıq sazişi bağlanan zaman o ikinci övladına hamilə olmuşdur. Barışıq sazişi bağlandıqdan bir neçə gün sonra isə övladını dünyaya gətirmişdir. İlkin barışıq sazişi sadəcə bir övladı ilə bağlı olduğu üçün ilkin olaraq barışıq sazişinin təstiq olunmasını istəyir. Daha sonra ikinci övladı üçün yenidən Mediasiyaya müraciət edəcəkdir. Məhkəmə iclasında İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Ərizəçi göstərdi ki, ərizəçi ilə 2020-ci ildə evlənmiş, birgə nikahlarından iki uşaqları doğulmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Ərizəçi aralarında olan nikahın pozulması ilə əlaqədar olaraq Mediasiya şurasına müraciət etmiş, ərizəçi ilə razılığa gəldiklərinə görə 19 sentyabr 2023-cü il tarixdə aralarında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildə Bərdə rayonu Piyadalar kəndində anadan olmuşdur, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Bərdə rayonu Kətəlparaq kəndində anadan olmuşdur, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kətəlparaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli 835 nömrəli arayışdan görünür ki, İddiaçı Bərdə rayonu Piyadalar kəndində yaşayır. Bərdə regional “ASAN xidmət” X10 tərəfindən verilmiş 13 fevral 2022-ci il tarixli AZ- İİ 480190 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi və X8 13 fevral 2022-ci ildə 194 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Orucova soyadı verilmişdir. Bərdə regional “ASAN xidmət” X10 tərəfindən verilmiş 04 may 2022-ci il tarixli AZ-İV 718886 nömrəli Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 27 dekabr 2021-ci ildə Cəmilə adlı uşaqları anadan olmuşdur. 27 dekabr 2021-ci il təvəllüdlü X4 atası cavabdeh Ərizəçi, anası İddiaçıdır. X1 iştirakı ilə tərtib edilən 19 sentyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01313 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf-Ərizəçi, birinci tərəf-İddiaçı ilə aralarında 13 fevral 2022-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 194 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan 27 dekabr 2021-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması, azyaşlı övladının saxlanılması üçün hər ay 80 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 19 sentyabr 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda maraqlı şəxs Ərizəçi tərəfindən icra edilməmişdir. Bu səbəbdən də ərizəçi İddiaçı maraqlı şəxs Ərizəçi qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf Ərizəçi, birinci tərəf İddiaçı ilə aralarında 13 fevral 2022-ci il tarixdə Bərdə regional ASAN Xidmət mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 194 nömrəli rəsmi nikahın pozulmasına tam razı olması, birgə nikahlarından olan 27 dekabr 2021-ci il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazının olmaması, azyaşlı övladının saxlanılması üçün hər ay 80 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyi öz öhdəsinə götürməsi barədə İddiaçı və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 19 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-4230/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4230/2023
06.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver