Məhkəmə qərarları › İş №2(021)-4248/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4248/2024

16.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4248/2024 16.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” xüsusi icraat qaydasında ərizəsinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 2017-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründən 27 avqust 2018-ci il təvəllüdlü X4 adlı bir övladı anadan olmuşdur. Uzun müddət ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra onların aralarında olan münasibət pisləşməyə başlayıbdır və halhazırda onlar ayrı yaşayırlar. Rəsmi olaraqda ayrılmışlar. Bərdə rayon məhkəməsinin qətanməsi ilə aralarında bağlanmış nikahları pozulduqdan sonra 27 avqust 2018-ci il təvəllüdlü X4 onun himayəsində qalmış Maraqlı şəxs ilə ayrı yaşadıqları vaxtdan bu vaxta qədər övladı ilə heç bir zan maraqlanmamışdır, övladna heç zaman baxmamışdır və onun saxlanılması üçün heç maddi və mənəvi köməklik göstərməmişdir. Bərdə rayon Məhkəməsinin qətnaməsi övladının yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment tutulmasına baxmaya Maraqlı şəxs bu vaxta qədər heç bir zaman aliment ödəməmiş, heç bir zaman qayğı göstərməmişdir. Maraqlı şəxs bir valideyin kimi üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Bunun üçün də o, valideynlik hüququndan məhrum edilməsi tələbinə dair ilkin presedur kimi Mediasiya şurasına müraciət etmişdir və Media təşkilatından onların işinə baxılması üçün X3 təyin edilmişdir. İlkin mediasiya prosesində maraqlı şəxs onunla ortaq fikrə gələrək Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Bərdə rayon İcra probasiya şöbəsinin icraatında olan aliment işi üzrə icra sənədindən birinci tərəfin iştirak etməyinə və bunun qarşılığında ikinci tərəfin birgə nikahlarından doğulmuş xx.xx.2018 təvəllüdlü X1 valideynlik hüququndan məhrum edilməsinə razı olduğunu bildirmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təsdiq olunmasını istəyir. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, bildirdi ki, maraqlı şəxs atalıq vəzifələrini yerinə yetirmir, ona görə də övladına olan valdeyinlik hüququndan məhrum edilməlidir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki işə əlavə edilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1994-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs 07 avqust 1992-ci ildə Bərdə şəhərində doğulmuşdur, Bərdə şəhəri, S.Zöhrabbəyov küçəsi ev 33-də yaşayır. Mülki işə əlavə edilmiş AA5519279 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 27 avqust 2018-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İV 178618 saylı doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 27 avqust 2018-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası X2r. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 19 iyun 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirir ki, ikinci tərəf ilə rəsmi evlənmişdit və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Sonradan münasibətləri pozulduğundan Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında aralarında bağlanmış nikahları pozulmuş və Bərdə rayon Qeydiyyat şöbəsindən xx.xx.2022-ci il tarixli 163 nömrə ilə nikahın pozulması haqqında şəhadətnamə almışdır. Birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 adlı bir övladı onun himayəsində qalmaqla uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat olmaqla sabit pul məbləğində aliment onun xeyrinə ödənilməsi qət edilmişdir. Həmin vaxtdan bu günə qədər ikinci tərəf uşaqları ilə bir ata kimi maraqlanmayaraq demək olar ki, övladını heç tanımır və qətnamə üzrə aliment borcunu müxtəlif bəhanələr gətirərək qəsdən ödəmir. Birinci tərəf bildirdi ki, ikinci tərəfilə aralarında bağlanmış rəsmi nikahımız pozulduğu gündən övladı ilə bir ata olaraq maraqlanmayıb, hətta müvafiq məhkəmə qətnaməsi əsasında qət edilmiş aliment məbləğini ödəməkdən qəsdən müxtəlif bəhanələr gətirərək boyun qaçırmışdır. Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında olan alimentin ödənilməsi barədə icra sənədi Bərdə rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Məhkəmə qərarı üzrə 650-700 manat aliment borcu yığılmışdır. Ata kimi övladna baxmadığı, ona heç bir ata qayğısı göstərmədiyindən və aliment pulunu ödəmədiyindən ikinci tərəfin atalıq hüquqlarından məhrum edilməsini tələb edir. İkinci tərəf bildirir ki, alimentin ödənilməsindən birinci tərəf imtina etsə, o da valideynlik hüququndan imtina edər. Aliment məbləğini ödəməyə maddi imkanı yoxdur. Yekun olaraq tərəflər razılığa gəldi ki, Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icraatında olan aliment işi üzrə icra sənədindən birinci tərəf imtina edir, bunun qarşılığında ikinci tərəf birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 valideynlik hüququndan məhrum edilməsinə etirazı yoxdur. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu və tərəflər qarşılıqlı razılıq əsasında heç bir təsir olmadan Barışıq sazişinə imza etdilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. İş materiallarından və ərizəçinin məhkəmə iclasında verdiyi izahatındadn da müəyyən olundu ki, ərizəçi və maraqlı şəxs aralarında valdeyinlik hüququndan məhrum etmə bardə barışıq sazişi bağlanmışdır, ərizəçi həmin sazişin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir Mediasiya barışıq sazişi tərəflər arasında ailə və Kommersiya məsələləri ilə bağlı gəldiyi razılıqdır, həmin müqvilə o halda təsdiq edilə bilər ki, tərəflərdən biri mediasiya sazişi ilə bağlı öhdəlikləri icra etmir, valdeyinlik hüququndan isə məhrum etmə məsələsinə ayrıca icraat qaydasında, mediassiya aszişi ilə deyil, məhkəmədə iddia icraatı qaydasında Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-65-ci maddələrinə əsasən baxılır, hazırki mediasiya sazişi isə qanunvericiliyə uyğun deyildir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən: 64.0. Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: 64.0.1. öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; 64.0.2. alimenti qəsdən ödəmədikdə; 64.0.3. heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə; 64.0.4. valideynlik hüquqlarından sui-istifadə etdikdə; 64.0.5. uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;https://eqanun.az/framework/46946 64.0.6. xroniki alkoqol və narkomaniya xəstəsidirsə; 64.0.7. uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə; 64.0.8. uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 65-ci maddəsinə əsasən: 65.1. Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. 65.2. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, prokurorun, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən müvafiq icra hakimiyyəti orqanının iştirakı təmin edilməlidir. 65.3. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. 65.4. Valideynlik hüquqlarından məhrumetmə işinə prokurorun iştirakı olmadan baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. 65.5. Valideynlik hüquqlarından məhrumetmə barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında” xüsusi icraat qaydasında ərizəsi təsdiq edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar