Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-425/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, övladı 29 sentyabr 2018-ci il təvəllüdlü X5 doğum faktının qeyd edilməsinə, doğum haqqında şəhadətnamənin ata qrafasında X9, ana qrafasında isə Ərizəçi kimi qeyd edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 ilə 2014-cü il tarixdə qeyri-rəsmi olaraq ailə həyatı qurub evlənmişdirlər. Onların birgə yaşayış dövründə 29 sentyabr 2018-ci il tarixdə Ayla adında qız övladı anadan olmuşdur. Lakin baş qarışıqlığından 29 sentyabr 2018-ci il tarixdə anadan olmuş X6 doğum haqqında şəadətnamə ala bilməmişdirlər. Halhazırda onlar övladlarna doğum haqqında şəhadətnamə almaq istiyirlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, uşaq ev şəraitində doğulmuşdur. Bununla bağlı heç yerdə qeydiyyata düşməmişdir. Uşağa kənd tibb məntəqəsində iki dəfə peyvənd vurdurmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 836 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Gərənə kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Seriya AZE №16905384 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 xx.xx.1990-ci il tarixdə anadan olmuşdur. Bərdərayon Gərənə kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş vəkilin sorğusuna əsasən Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş cavab məktubundan görünür ki, Həsənova ..... Vasif qızı Bərdə RMX-nın Ailə Sağlamlıq Mərkzində xx.xx.2023-cü il tarixdə qeydiyyata götürülmüş və sağlam olması təsdiq olunmuşdir. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna əsasən Bərdə Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Ərizəçi müraciəti ilə bağlı tərəflərindən araşdırma aparılmış və Bərdə RMX-nın tabeliyində fəaliyyət göstərən Gərənə kənd həkim məntəqəsinin müdiri X1 yazılı məlumat alınmışdır (məktuba əlavə olunur). Məlum olmuşdur ki, Ərizəçi hazırda Gərənə kəndində yaşamır. Onun övladı X6 Gərənə kənd həkim məntəqəsinin işçiləri tərəfindən xx.xx.2023 və xx.xx.2024 tarixlərdə müvafiq olaraq QPMı və QPM2 peyvəndləri vurulub. Lakin, uşağın şəxsiyyətini təsdiqləyən sənəd olmadığından elektron sistemdə rəsmiləşdirmək mümkün olmamışdır. Həmin məktuba əlavə olunmuş Bərdə RMX-nın tabeliyində fəaliyyət göstərən Gərənə kənd həkim məntəqəsinin müdiri X2 Bərdə RMX-nın X10 direktoruna ünvanlanmış Məlumatdan müəyyən olunur ki, Ərizəçi hazırda Gərənə kəndində yaşamır. Onun övladı X6 Gərənə kənd həkim məntəqəsinin işçiləri tərəfindən xx.xx.2023 və xx.xx.2024 tarixlərdə müvafiq olaraq QPMı və QPM2 peyvəndləri vurulub. Lakin, uşağın şəxsiyyətini təsdiqləyən sənəd olmadığından elektron sistemdə rəsmiləşdirmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumun qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin iclasında şahid qismində iştirak edən X4 bildirmişdir ki, o, yaşadıqları Bərdə rayon Gərənə kəndin bələdiyyə sədridir. Ərizəçi onların kəndinə ərə gəlmişdir. Ərizəçinin qaynanası onun dayısı qızıdır. Onlar həm də qonşudurlar. Ərizçinin 2018-ci il tarixdə ev şəraitində uşağı doğulmuşdur. Uşağın adı Ayladır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsin əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci madəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.10. atalığın etiraf olunması faktının; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ayla adlı uşaq 29 senyabr 2018ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Anası Ərizəçidır. X5 doğum tarixinin “29 senyabr 2018-ci il, doğum yerinin Bərdə şəhəri olması, anasının Ərizəçi olması faktı müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, X9 məhkəməyə gəlib ifadə vermədiyindən ərizə uşağın atasının X9 olması faktının təsdiq edilməsi hissəsində təmin oluna bilməz. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi qismən təmin edilsin. X5 29 sentyabr 2018-ci il tarixdə Bərdə şəhərində anadan olması, anasının Ərizəçi olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-425/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-425/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver