Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4259/2025 03.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə QƏTNAMƏ Açar sözlər: hüquqi əhəmiyyətli fakt, ölüm faktı. Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Mülki işin mahiyyəti Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 02 avqust 1994-cü il tarixdə vəfa etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1968-ci il tarixdə anadan olmuş qardaşı X6 02 avqust 1994-cü il tarixdə vəfat etmiş və Bərdə rayon Bəcirəvan kənd qəbirsanlığında dəfn olunmuşdur. Atası ilə anası baş qarışıqlığından qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Daha sonra vəfat etdikləri üçün sənədi alınmamışdır. Hazırda o atasından və anasından miras olaraq qalmış fərdi yaşayış evini öz adına sənədləşdirmək üçün notariat kontoruna müraciət etdiyi zaman ondan qardaşı Elmirin doğum haqqında şəhadətnaməsini və şəxsiyyət vəsiqəsini tələb edirlər. Həmin vaxt ona məlum olmuşdur ki, qardaşının ölüm haqqında şəhadətnaməsi alınmamışdır. O mərhum qardaşı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin imtina olunaraq məhkəməyə müraciət etməyini tövsiyyə etmişdirlər. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və əlavə etdi ki, qardaşının ölüm faktının müəyyən edilməsi onun anasından qalmış miras əmlaka vərəsəlik hüququnun müəyyən edilməsi üçün vacibdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İİİ. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: Seriya AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 147352 nömrəli Arayışdan görünür ki, X6 xx.xx.1968-ci il tarixdə anadan olmuşdir. Ata qrafasında ata adı X7, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Qəbir daşının əks olunduğu foto-şəkildən görünür ki, X2 doğum tarixi 1968-ci il, ölüm tarixi 1994-cü il kimi qeyd olunmuşdur. Bərdə rayon Bəcirəvan kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 481 nömrəli arayışdan görünür ki, X6 1994-cü ildə vəfat etmiş və Bəcirəvan kənd qəbirstanlığında dəfn olunmuşdur. Bərdə rayon İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliynin verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Bəcirəvan kəndində yaşayır. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşı X2 ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarətmə X10 Şəxs Bərdə Rayon X4 Hüquqi Şəxsin Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, 1968-ci il təvəllüdlü Bərdə rayon sakini X2 ölümü ilə bağlı Bərdə RMX-da məlumat aşkar olunmamışdır. X5 tibbi şəhadətnamə vermək mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid2 bildirmişdir ki, Sahib onun kəndcisidir. Sahibin qrdaşı Elmir Bərdə rayonu Bəcirəvan kəndində yaşayıb, Rusiya Federasiyasında yol nəqliyyat hadisəsində 1994-cü ildə rəhmətə gedib və Bəcirəvan kənd qəbiristanlığında dəfn olunub. Sahib anasından qalmış miras əmlaka vərəsəlik hüququ əldə etmək üçün qardaşı Elmirin ölüm faktı təsdiqlənməlidir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid1 bildirmişdir ki, Sahib və Elmir onun əmisi oğludur. Elmir 1994-cü Rusiya Federasiyasında avtoqəzada rəhmətə gedib. O, Bərdə rayonunun Bəcirəvan Kəndində dəfn olunub. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qardaşı – X2 xx.xx.1994-cü il tarixli ölüm faktı işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, Ərizəçi xx.xx.1994-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 09 fevral 1968-ci ildə anadan olmuş X2 02 avqust 1994-cü il tarixdə ölüm faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-4259/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4259/2025
03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver