Məhkəmə qərarları › İş №2(021)-431/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-431/2025

04.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-431/2025 04.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Cavabdehnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum bacısı X6 25 avqust 1987-ci il tarixdə Bərdə rayon İmamzadə qəbirstanlığında yerləşən qəbirsanlıqda dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, bacısı X10 03 mart 1986-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X10 25 avqust 1987-ci il tarixdə baş vermiş qızdırmadan vəfat etmiş və Bərdə şəhərində İmamzadə ərazisində yerləş qəbirstanlıqda dəfn olunmuşdur. Onlar baş qarışıqlığından mərhum bacılarına ölüm haqqında şəhadətnamə ala bilməmişdirlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan bacısının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Lakin ölüm kağızı olmadığı üçün sənədlərini hazırlaya bilmir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etsə də imtina edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, mərhum bacısı Yeganə Mehdiyeva yaş yarımlıq olarkən vəfat etmişdir. O, bacısından kiçikdir. Anası sağlığında Yeganənin 25 avqust 1987-ci il tarixdə vəfat etdiyini bildirmişdir. Bacısının “Ölüm haqqında şəhadətnaməsi” ona atasının mükiyyətində olan evin onun adına keçirməsi üçün lazmdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Cavabdeh nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. Laçın rayon Ələkçi kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayon M.Quliyev küçəsində yaşayır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ №427881 Arayışdan görünür ki, X12 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. X5, anası X7 olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ №411615 Arayışdan görünür ki, X10 xx.xx.1986-ci il tarixdə anadan olmuşdur. X4, anası X7 olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum bacısının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bildirmişdir ki, Ərizəçi onun övladıdır. Həyat yodaşı Şəhla olmuşdur. O, rəhmətə getmişdir. Mərhum övladı X10 1987ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Həmin vaxt onlar Şərq küçəsində yaşamışdırlar. Övladını xəstəxanaya çatdıra bilməmişdirlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X3 bildirmişdir ki, Ərizəçi onun bacısı qızıdır. X2 1986-cı il tarixdə anadan olmuşdur. Uşaqda çanaq problemi var idi. Yaş yarımında vəfat etmişdir. Hər şey onun gözünün qarşısında baş vermişdir. Həmçinin bildirdiki, onlar iki bacı, bir qardaş olmaqla 3 uşaq olmuşdurlar, bacısı Şəhla rəhmət getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X9 bildirmişdir ki, Ərizəçi onun qardaşı qızıdır. Ərizəçinin anası Şəhla isə onun xalası qızı olmuşdur. Mərhum X1 keçirmiş və vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə şəxsin ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum bacısı – X6 1987-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi qismən təmin edilməli, X6 1987-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, X6 dəqiq ölüm vaxtını müəyyən edən sübutlar təqdim edilmədiyi üçün onun ərizədə göstərilən ayda və gündə ölməsi təsdiq edilə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. 03 mart 1986-cı il tarixdə anadan olmuş X6 1987-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ərizə digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar