Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4342/2024 24.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Miryusifli Mirhaşim Ağa oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə Maraqlı şəxs Qənbər oğlu 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydləri kitabında 616 nömrəli rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan 08 oktyabr 2024-cü il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. xx.xx.2024-cü il tarixdə aralarında olan nikahın pozulmasl, uşağın himayədə saxlanılması və aliment tələbinə dair mübahisənin həll edlməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində 17 iyun 2023-cü il tarixdə Bərdə regional “Asan Xidmət” mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 616 nömrə ilə rəsmi nikalarının pozulmasına, birgə nikahlarından olan 08 oktyabr 2024-cü il təvəllüdlü X4 adlı övladları onun himayəsində saxlanılmasına və uşağın saxlanılmasına görə hər ay 200 manat sabit pul məbləğində aliment və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1 maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment olmaqla, cəmi 250 manat aliment məbləğini onun xeyrinə ödənilməsi tələbinə dair Maraqlı şəxs ilə razılığa gəlmişdirlər. Barışıq sazişi hər iki tərəfin könüllü razılığı ilə imzalanmış və bağlanmışdır. Bərdə 1 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” bağlansa da, nikahın pozulması, məhkəmənin səlahiyyətinə aid olduğuna görə, bu səbəbdən barışıq sazişinin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin izahatı: Məhkəmə iclasında ərizəçi izahatında barışıq sazişinin bütün tələblərinin icra olunduğunu, maraqlı şəxslə aralarında sazişin icrası ilə bağlı heç bir anlaşılmazlığın olmadığını, maraqlı şəxsin alimenti vaxtlı vaxtında ödəməsini, gecikdirməməsini, uşağın ounun himayəsində saxlanılması, göstərdikləri ilə bağlı heç bir problemin olmadığını, maraqlı şəxsin aliment ödəməyə və uşağın onun himayəsində saxlanılmasına etiraz etmədiyini, barışıq sazişin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin izahatı: Məhkəmə iclasında maraqlı şəxs izahatında barışıq sazişinin tələblərinin icarasına maneçilik yaratmadığını, uşağın ərizəçinin yanında saxlanılmasına, uşağın saxlanılması üçün hər ay 200 manat aliment və 50 manat saxlama pulu ödəməyə etiraz etmədiyini, razı olduğunu bildirmişdir. İcraat materiallarına istinad: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.2002-ci ildə doğulmuşdur. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1997-ci ildə doğulmuşdur. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ İİ579646 nömrəli çıxarışdna görünür ki, Maraqlı şəxs və Ərizəçi 17 iyun 2023-cü ildə 616 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ- V044903 nömrəli doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə rəsmi nikahlarından xx.xx.2024-cü ildə Əsmər adlı uşaqları anadan olmuşdur. xx.xx.2024-cü il təvəllüdlü X3 “ata” qrafasında atası kimi Maraqlı şəxs, “ana” qrafasında anası kimi Ərizəçi qeyd edilmişdir. X1 iştirakı ilə tərtib edilən 27 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01332 saylı Barışıq Sazişinin: 1-ci bəndindən görünür ki, birinci tərəf (Ərizəçi, AA*******, xxxxxxx, xx.xx.2002) Mediasiyaya müraciət edərək, bildirir ki, ikinci tərəf (Maraqlı şəxs, AA*******, xxxxxxx, xx.xx.1997) ilə rəsmi nikaha daxil olmaqla ailə quurmuşlar və nikahları 17 iyun 2023-cü il tarixdə Bərdə regional Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsi akt qeydləri kitabında 616 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladları olmuşdur. Tərəflər bir müddət birlikdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətlər pisləşmiş və ayrılmışlar. Halhazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və ayrı yaşayırlar. Birinci tərəf bildiridi ki, ikinci tərəf ilə aralarında bağlanmış 17 iyun 2023-cü il tarixdə Bərdə regional Asan Xidmət mərkəzinin qeydiyyat Şöbəsində akt qeydlər kitabında 616 nömrə ilə qeyd edilmiş rəsmi nikahın pozulması, aliment və uşaqların himayədə saxlanılması tələbi ilə təklif verdi. 1-ci bəndinə görə birinci tərəf bu barışıq sazişinin (1.1,1.2, 1.3) birinci bəndində göstərilən təklifləri təklif edir. 1.1-ci bəndinə görə Nikahın pozulması, birgə nikahdan olan uşağın himayədə saxlanılması, həmin uşağa dair 200 (iki yüz) manat aliment. 1.2-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin85.1.1-ci maddəsinə uyğun olaraq aralarında razılığa gəlinmiş 50 (əlli) manat aliment. 1.3-cü bəndinə görə Müdiasiya xərclərinin birinci tərəfin öz öhdəsinə götürməsi. 2.-ci bəndinə görə ikinci tərəf bu barışıq sazişinin (2.1) ikinci bəndində göstərilən təklifləri təklif edir. 2.1-ci bəndinə görə ikinci tərəfin hər hansı təklifi və tələbi yoxdur. 3-cü bəndinə görə barışıq sazişinin birinci və ikinci tərəfləri bu barışıq sazişinin 2.1 yarımbəndində göstərilənlərlə razılaşırlar. 4-cü bəndinə görə Sazişin imzalanması buu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. 5-ci bəndinə görə bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı müübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. . 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. İstinad edilən hüquq: Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM): 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə ərizə üzrə tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və X1 iştirakı ilə 27 noyabr 2024-cü il tarixdə tərəflər arasında barışıq sazişi bağlanmışdır. Ərizəçi nə ərizəsində, nə də məhkəmə iclasında verdiyi izahatında maraqlı şəxsin barışıq sazişinin icrasından boyun qaçırmasına dair heç bir əsas irəli sürməmiş və bu əsası təsdiq edəcək sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinin maraqlı şəxs tərəfindən pozulması barədə ərizəçi məhkəməyə sübut təqdim etmədiyindən Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 27 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01332 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizəçi Maraqlı şəxs qаrşı “Barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 27 noyabr 2024-cü il tarixli MŞB/MT039-2024-01332 reyestr nömrəli barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-4342/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4342/2024
24.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver