Məhkəmə qərarları › İş №2(021)-4358/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4358/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4358/2023 07.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə maraqlı şəxs-Maraqlı şəxs ilə 18 iyun 2014-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 261nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarıdan 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04 yanvar 2014-cii il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Ər-arvad kimi onların ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Qeyd edir ki, ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyyaçlarını o, ödəyirəm. Maraqlı şəxs uşağın saxlanması üçün heç bir yardım göstərmir. 19 oktyabr 2023cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqların onun himayəsində saxlanılması, alimentin təyin olunması və yaşayış hüququnun verilməsi tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasıya prosesində 18 iyun 2014-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 261 nömrə ilə rəsmi nikahımızın pozulmasına, birgə nikahlarından doğulmuş 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04 yanvar 2014-cü il təvəllüdlü X7 adlı övladlarının onun himayəsində saxlanılmasına, övladlarının ehtiyaclarının ödənilməsi üçün yetkinlik yaşma çatana kimi hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə cəmi 200 manat aliment məbləğinin onun xeyrimə ödənilməsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində köçüb orada övladları ilə birgə yaşamaq tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişdir. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs-Maraqlı şəxs mediasiya prosesində bağladıqları 19 oktyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi 16 avqust 1994-cü ildə Bərdə rayonunda doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxx 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5121 saylı, 17 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş AZ-İ 968306 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Maraqlı şəxs ilə X3 18 iyun 2014-cü il tarixdə 261 saylı nikah akt qeydi ilə evlənmişlər, nikahdan sonra arvada Əzizova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-T 225642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 21 yanvar 2012-ci il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası X1r. Mülki işə əlavə edilmiş AZ-İİİ 345258 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 04 yanvar 2014-cü il tarixdə doğulmuşdur, atası Maraqlı şəxs, anası X1r. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 06 oktyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə 2011-ci il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşdur və nikahlarını 18 iyun 2014ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 261nömrə ilə qeyd edərək rəsmiləşdirmişdirlər. Tərəflərin birgə nikahlarından 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04yanvar 2014-cü il təvəllüdlü X7 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək bildirdi ki, İkinci tərəfilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılmasını, övladlarının saxlanılması üçün aliment və övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yaşayış hüququnun verilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında 18 iyun 2014-ci il tarixdə Bərdə rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında M261-İİ rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi, övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür və birgə nikahlarından olan 21 yanvar 2012-ci il təvəllüdlü X9 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 və birinci tərəfin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış hüququnun verilməsin heç bir etirazı olmadığını bildirdi və orada köçüb yaşamalarına heç bir maneçilik törətməyəcəyini öz öhdəsinə götürür. Tərəflər aralarında bağlanmış rəsmi nikahın pozulmasına tam razılaşırlar, birgə nikahlarından olan 21 yanvar 2012ci il təvəllüdlü X9 və 04yanvar 2014-cü il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına tam razılaşırlar, ikinci tərəf hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat sabit pul məbləğində alimentin birinci tərəfin xeyrinə ödənilməsinə tam razılaşırlar və birinci tərəfin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində köçüb orada yaşamasına tam razılaşırlar. X5 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 19 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında 18 iyun 2014-cü il tarixdə Bərdə rayonu Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 261 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 Ərizəçi himayəsində saxlanılması, 21 yanvar 2012-ci il təvəllüdlü X6 və 04 yanvar 2014-cü il təvəllüdlü X4 Ərizəçi saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi, Ərizəçi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində köçüb orada övladları ilə birlikdə yaşaması barədə Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 19 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 19 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar