Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4410/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi İddiaçı Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə İddiaçı 12 noyabr 2015-ci rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından 04 sentyabr 2011-ci ildə X3, 09 oktyabr 2012-ci ildə X7, 03 iyun 2014-cü ildə X9, 10 iyun 2023-cü ildə X10 və X14 anadan olmuşdur. Tərəflərin arasında olan ər-arvad münasibətləri pozulmuş, faktiki olaraq ayrılmışlar, uşaqlar ərizəçinin himayəsində qalmışdır. Tərəflər xeyli müddətdir ayrı yaşayırlar. Uşaqların bütün maddi və mənəvi ehtiyyaclarını ərizəçi ödəyir. Keçən müddət ərzində Maraqlı şəxs uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Ərizəçi İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 16 yanvar 1994-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ 071836 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Maraqlı şəxs və X11 11 noyabr 2015-ci ildə 474 saylı nikah akt qeydi ilə Bakı şəhəri, Xətai rayonu, Qeydiyyat Şöbəsində evlənmişlər, nikahdan sonra arvada Kərimova soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 798717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 04 sentyabr 2011-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş AZ-İİİ 798716 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 09 oktyabr 2012-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş AZ-İİİ 798715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 03 iyun 2014-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş AZ-İV 887442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 10 iyun 2023-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş AZ-İV 887442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 10 iyun 2023-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş AZ-İV 887441 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 10 iyun 2023-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası İddiaçı Kərim qızıdır. Mülki işə əlavə edilmiş Bərdə rayon, Mustafaağalı kənd inzzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 240 saylı, 24 avqust 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində daimi yaşayır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 16 oktyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 12 noyabr 2015-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 474 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 04 sentyabr 2011-ci il təvəllüdlü X5, 09 oktyabr 2012-ci il təvəllüdlü X7, 03 iyun 2014-cü il təvəllüdlü X9, 10 iyun 2023-cü il təvəllüdlü X10 və 10 iyun 2023-cü il təvəllüdlü X14 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayn yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından 04 sentyabr 2011-ci il təvəllüdlü X5, 09 oktyabr 2012ci il təvəllüdlü X7, 03 iyun 2014-cü il təvəllüdlü X9, 10 iyun 2023-cü il təvəllüdlü X10 və 10iyun 2023-cü il təvəllüdlü X14 oğlunun onun himayəsində saxlanılmasını və azyaşlı övladlarını saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və etibarnamə üzrə nümayəndəsi (X8 AZE 15539062; FİN: 4UC0EJG) iştirak edərək bildirdi ki, birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Apanlmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında 12 noyabr 2015-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 474-nömrə ilə rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 04 sentyabr 2011-ci il təvəllüdlü X5, 09 oktyabr 2012-ci il təvəllüdlü X7, 03 iyun 2014-cü il təvəllüdlü X9, 10 iyyun 2023-cü il təvəllüdlü X10 və 10 iyun 2023-cü il təvəllüdlü X6 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün isə hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 250 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. Birinci tərəfin etibarnamə üzrə nümayəndəsi (Vəkil Fani oğlu AZE ********; FİN: xxxxxxx) bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 50 manat olmaqla ümumilikdə 250 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir. X4 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi X12 maraqlı şəxs KərimovŞikar Kərim oğluna qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X12 maraqlı şəxs KərimovŞikar Kərim oğlu arasında 12 noyabr 2015-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 474 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 04 sentyabr 2011-ci il təvəllüdlü X5, 09 oktyabr 2012-ci il təvəllüdlü X7, 03 iyun 2014-cü il təvəllüdlü X9, 10 iyun 2023-cü il təvəllüdlü X10 və 10 iyun 2023-cü il təvəllüdlü X6 İddiaçı himayəsində saxlanılması, 04 sentyabr 2011-ci il təvəllüdlü X5, 09 oktyabr 2012-ci il təvəllüdlü X7, 03 iyun 2014-cü il təvəllüdlü X9, 10 iyun 2023-cü il təvəllüdlü X10 və 10 iyun 2023-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 50 manat, cəmi 250 manat alimenti Maraqlı şəxs hər ay ödəməyi öhdəsinə götürməsi barədə X12 və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-4410/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4410/2023
23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver