Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4430/2023 23.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi Maraqlı şəxs qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh - Maraqlı şəxs ilə 03 sentyabr 2014cü il tarixdə Ağdam rayon Seyidli kənd İƏD-nin nümayəndəliyinin akt qeydlər kitabında 20 nömrə ilə qeydə edilmiş rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 13 fevral 2016-cı il təvllüdlü X6 və 03 mart 2019-cu il təvllüdlü X12 adlı iki övladları dünyaya gəlmişdir. Bir neçə il ər-arvad kimi normal münasibətlərdə yaşadıqdan sonra cavabdeh Maraqlı şəxs ilə aralarında olan münasibətlər pisləşməyə başlamış və Bərdə Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(021)-3377/2023 saylı qətnaməsi ilə aralarında bağlanmış rəsmi nikah pozulmuş və birgə nikahlarından olan 13 fevral 2016-cı il təvəllüdlü X6 və 03 mart 2019cu il təvəllüdlü X12 adlı övladları onun himayəsində saxlanılmışdır. Hal-hazırda Bərdə rayon Qazıqurdalı kəndində valideynlərinin yaşadığı evdə onlarla birlikdə yaşayır. Həmin ev darısqal olduğundan, onun adının da qeyd edilərək Dövlət tərəfindən verilmiş mənzilə köçüb orada yaşamaq istəyir. Cavabdeh isə həmin evdən istifadə etməyinə, orada yaşamağına imkan vermir. Həmin mənzildə hazırda qardaşı yaşayır. Ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onların bütün maddi və mənəvi ehtiyyaclarını o, ödəyir. Maraqlı şəxs uşağın saxlanması üçün heç bir yardım göstərmir. 15 sentyabr 2023-cü il tarixdə Mediasiya şurasına övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmə tələbinə dair müraciət etmişdir və Mediasiya prosesi zamanı “Evə köçürülmə tələbinə dair” Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən Barışıq Sazişini imzalayıblar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları 15 sentyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən barışıq sazişinin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxx 1989-cu ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İ 952150 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Maraqlı şəxs və X4 03 sentyabr 2014-cü ildə 20 saylı nikah akt qeydi ilə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Seyidli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində evlənmişlər, nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İİİ 686254 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 13 fevral 2016-cı ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İV 257239 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 03mart 2019-cu ildə doğulmuşdur, atası X8, anası X5r. Mülki işə əlavə edilmiş AZ-İİİ 798715 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 03 iyun 2014-cü ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Bərdə rayon, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1143 saylı, 04 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ağdam köçkünü X1 rayonu, Qaradəmirçi kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon, Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Bədə rayon Mənzil-X11 tərəfindən verilmiş 1093 saylı, 01 sentyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ağdam rayonundan məcburi köçkün Ərizəçi Bərdə rayonu, Həsənqya kəndi ünvanında yerləşən 588 yerlik məcburi köçkün qəsəbəsi, bina 6, mənzil 16 ünvanında müvəqqəti məskunlaşmışdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 15 sentyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları 03 sentyabr 2014-cü il tarixdə Ağdam rayon Seyidli kənd İƏD-nin nümayəndəliyinin akt qeydlər kitabında M20-ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 13 fevral 2016-cı il təvllüdlü X6 və 03 mart 2019- cu il təvllüdlü X12 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşanuş və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayn yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək bildirdi ki, ünvan 3 ünvanında yerləşən mənzillə təmin edilərkən, onun da adı orderdə qeyd edilmişdir, lakin ikinci tərəf onu və uşaqlarım evə buraxmır. Bu səbəbdən övladları ilə birlikdə sözügedən evə yaşayış hüququnun verilməsi və evə köçürülmə tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığım bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ünvan 4 ünvanında yerləşən mənzildə övladları ilə birlikdə birinci tərəfin yaşamasına və evə köçürülməsinə heç bir etirazı olmadığını və orada köçüb yaşamalarına heç bir maneəçilik törətməyəcəyini öz öhdəsinə götürür. X3 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında ünvan 4 ünvanında yerləşən mənzildə övladları ilə birlikdə Ərizəçi yaşamasına və evə köçürülməsinə heç bir etirazı olmaması və orada köçüb yaşamalarına heç bir maneəçilik törətməyəcəyini Maraqlı şəxs öz öhdəsinə götürməsi barədə mediasiya prosesi nəticəsində bağlanmış 15 sentyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-4430/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4430/2023
23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver