Məhkəmə qərarları › İş №2(021)-4452/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4452/2025

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4452/2025 26.01.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayonu Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum övladı 18 iyul 2001-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində anadan olmuş X2 xx.xx.2001-ci il tarixdə Bərdə şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum X4 onun qızıdır. O, xx.xx.2001-ci il tarixdə Bərdə şəhəri Koroğlu küçəsində anadan olmuş xx.xx.2001-ci il tarixdə Bərdə şəhərində vəfat etmişdir. Qızı vəfat etdikdə 4 aylıq olduğundan Bərdə şəhər qəbristanlığında dəfn edilmiş və balaca olduğundan qəbrüstü daş qoyulmamışdır. Savadsızlığından ölüm haqqında şəhadətnamə almamışlar. Övladına ölüm haqqında şəhadətnamə verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Qeydiyyat Şöbəsinə ərizə ilə etdiyi müraciətə xx.xx.2025-ci il tarixli, 3-16-5/8-3-651/2025 saylı məktubla cavab verilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə vəya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyildir. Ölüm faktını müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, yaşadığı evin sənədləşdirilməsi üçün vacibdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəməyə məktub göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını şahid ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərvbaycan Respublikası vətəndaşının AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1974-cü ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-/3-651/2025 nömrəli məktubdan görünür ki, ərizəçinin qızı X2 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizənin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli, 18-1-28/2-2491/2025 nömrəli məktubdan görünür ki, 18 iyul 2001-ci il təvəllüdlü X2 ölümü ilə bağlı Bərdə Rayon Mərkəzi Xəstəxanasında hər hansı bir məlumat(xəstəlik tarixi, tibbi şəhadətnamə və s) aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 3073 nömrəli arayışdan görünür ki, X1 şəhəri Səttərxan küçəsində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2025-ci il tarixli, 3096 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı X5 2001-ci ildə anadan olub və 4 aylıq olanda vəfat edib və şəhər qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 oktyabr 2025-ci il tarixli, 139797 nömrəli arayışdan görünür ki, X5 18 iyul 2001-ci ildə anadan olmuş atası Ərizəçi, anası X11 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 18 iyul 2001-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə ilə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, ərizəçi bacısı oğludur. Ərizəçinin hazırda 2 oğlu 1 qızı var.Bir qızı isə 2001-ci ildə 4 aylıq olanda vəfat etmiş. Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində göstərmişdir ki, ərizəçinin qaynıdır. Ərizəçinin hazırda İbrahim və Rəhim adlı iki oğlu, Nərminə adlı 1 qızı var. Ərizəçinin Vüsalə adlı qızı isə 2001-ci ildə 4 aylıq körpə uşaq olanda xəstəlikdən vəfat etmişdir. Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X17 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qohumdurlar. Ərizəçinin hazırda iki oğlu və 1 qızı var. Ərizəçinin qızı Vüsalə 2001-ci ildə 4 aylıq körpə uşaq olanda xəstəlikdən vəfat etmişdir. Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir. 12 yanvar 2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X6 ifadəsində göstərmişdir ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin hazırda iki oğlu və 1 qızı var. Ərizəçinin qızı Vüsalə 2001-ci ildə 4 aylıq körpə uşaq olanda xəstəlikdən vəfat etmişdir. Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qızı X2 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-ci il təvəllüdlü X2 xx.xx.2001-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar