Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4498/2023 29.11.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırkı iş, üzrə maraqlı şəxs - Maraqlı şəxs ilə 13 avqust 2022- c i il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 397 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 03 sentyabr 2022-ci il təvəllüdlü X3 adlı övladları doğuluşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaqları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. 06 noyabr 2023-cü il tarixdə aralarında olan nikahın pozulması, uşaqla ünsiyyət və uşağın ananın himayəsində saxlanılması tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişdir. Mediasiya prosesində 13 avqust 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 397 nömrə ilə rəsmi nikahlarının pozulmasına, birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X3 adlı övladı ilə günün istənilən vaxtı ünsiyyətdə olmağına və birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanılması tələbinə dair Maraqlı şəxs ilə qarşılıqlı razılığa gəlmişdir. Bu səbəbdən Barışıq sazişini imzalayıblar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları 06 noyabr 2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müracitə etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1994-cü ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Maraqlı şəxs xx xxxxxxxx 2001-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş 3-16-5/7-69-Ə-992/2-2023 saylı, 15 oktyabr 2023-cü il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ilə X8 arasında nikah Lənkəran rayon Qeydiyyat Şöbəsində 13 avqust 2022-ci ildə 397 nömrəli akt qeydi ilə bağlanmışdır, nikahdan sonra arvada Əsədullzadə soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-T 241157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 03 sentyabr 2022-ci ildə doğulmuşdur, atası Ərizəçidur, ansı Maraqlı şəxsdır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 06 noyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikah 13 avqust 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 397 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 03 sentyabr 2022-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdı yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibəti pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmış, ayrı yaşayır, birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış 13 avqust 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 397 nömrə ilə qeyd edilmiş nikahın pozulmasını və birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X3 ilə ünsiyyət hüququnun verilməsi tələbi ilə təklif vermişdir. İkinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olmuş, tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf aralarında 13 avqust 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 397 nömrəli rəsmi nikahın pozulmasına tam razıdır və birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X3 ilə günün istənilən vaxtı ünsiyyətdə olmasına heç bir etirazı yoxdur və onların ünsiyyətdə olmasına heç bir maneçilik törətməyəcəyini bildirir və öz öhdəsinə götürür. İkinci tərəf bildirdi ki, birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması tələbi ilə qarşılıqlı təklif vermişdir. İkinci tərəf bildirdi ki, övladının saxlanılması üçün heç bir aliment tələbi yoxdur. Birinci tərəf bildirdi ki, birgə nikahlarından olan 03 sentyabr 2022-ci il təvəllüdlü X1 ikinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi. X7 şərtləri izah olundu.Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 06 noyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında 13 avqust 2022-ci il tarixdə Lənkəran rayon Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 397 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqları 03 sentyabr 2022-ci il təvəllüdlü X1 Maraqlı şəxs himayəsində qalması, Ərizəçi 03 sentyabr 2022-ci il təvəllüdlü X3 ilə istənilən vaxtı görüşüb ünsiyyətdə olmasına etiraz etməməsi barədə Ərizəçi Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 06 noyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-4498/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4498/2023
29.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver