Məhkəmə qərarları › İş №2(021)-4543/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4543/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4543/2025 10.02.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Aypara Adil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə xx.xx.2026-cı il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Tələb Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş, Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatda olmuş və yaşamış X4 26 sentyabr 2025-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində vəfat etməsi faktı müəyyən edilməsini xahiş etmişdir. Tələbin əsası Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ölüm faktının müəyyən olunması üçün bu ərizə ilə müraciət etdiyi xx.xx.1937-ci ildə Bərdə rayonu Böyük Göyüşlü kəndində anadan olmuş və xx.xx.2025-ci ildə həmin kənddə vəfat etmiş X9 onun doğma anasıdır. X28 isə hələ bir neçə il bundan əvvəl vəfat etmişdir. X3 vəfat edərkən 89 yaşında və yaşı ilə əlaqədar bir çox xəstəliklərdən, xüsusən də hipertoniya (qan təzyiqi) xəstəliyindən əziyyət çəkən qadın idi. Vəfat etməzdən əvvəlki bir neçə ildə hər hansı tibb müəssisəsində müalicə almamışdır. Yalnız ara-sıra ev şəraitində həkimlərin məsləhət bildikləri dərman preparatlarını qəbul edirdi ki, qan təzyiqini normada saxlasın. Lakin 26 sentyabr 2025-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində birlikdə yaşadıqları evdə qan təzyiqinin qəflətən kəskin yüksəlməsi səsəbindən anası vəfat etmişdir. Onun ölümü evdə və ailə üzvlərinin gözü qarşısında baş vermişdir. Anasını elə həmin gün Böyük Göyüşlü kənd qəbirstanlığında atasının məzarı yanında dəfn etmişlər və qəbri üzərində övladlarından xatirə olaraq məzarüstü abidə də qoydurmuşdurlar. Anası vəfat etməzdən bir neçə dəqiqə əvvəl vəziyyəti qəfil pisləşdiyinə görə "103" təcili yardım xidmətinə zəng vurmaqla həkim göndərilməsini xahiş etmişdirlər. Lakin Bərdə Rayon Təcili və X8 Stansiyasının həkimi gəlib çatanda anası artıq vəfat etmişdir. Odur ki, həkim onun ölümünü "Həkimə qədərki ölüm" kimi qeydə alaraq bu barədə onlara xx.xx.2025-ci il tarixli 18148 nömrəli arayış da təqdim edilmişdir. Bundan başqa anasının ölümü faktının rəsmiləşdirilməsi üçün onu dəfn etməzdən əvvəl Böyük Göyüşlü həkim məntəqəsinin həkimi Saray Balayevaya məlumat vermişdirlər. X23 anasının nəşinə baxış keçirib müayinə apardıqdan sonra onun həqiqətən də beyindaxili qan sızmadan xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə Ölüm haqqında məlumat vərəqəsi tərtib edərək onlara vermişdir. Lakin onlar qaydaları bilmədiklərinə görə həm Bərdə Rayon TTTYS-nin arayışını, həm X23nın verdiyi "Ölüm haqqında məlumat" vərəqəsini, həm də Böyük Göyüşlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş anasının həqiqətən də xx.xx.2025-ci il tarixdə Böyük Göyüşlü kəndində vəfat etməsi və həmin gün həmin kəndin qəbirstanlığında dəfn olunması barədə Böyük Göyüşlü kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışı anasının ölüm faktını təsdiq edən tibbi Şəhadətnamə almaq üçün Bərdə RMX X19 vaxtında təqdim etməmişdirlər. Odur ki, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün müraciətinə cavab olaraq Bərdə RMX Publik Hüquqi şəxsi tərəfindən verilmiş 3 noyabr 2025-ci il tarixli 18-1-28/2-0-366-31-120/2025 Nli cavabla ona məlumat verilmişdir ki,"Siz ananızın adına ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün, ölümündən bir ay sonra Bərdə RMX-na müraciət etmişsiniz. Odur ki, X4 ölümündən bir aydan çox müddət keçməsini nəzərə alsaq, qaydalara uyğun olaraq tərəfimizdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Bunun üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə müraciət etməyiniz məqsədə müvafiqdir". Anasının ölüm faktının qeydə alınması və onun adına X12 verilməsi barədə etdiyi xx.xx.2025-ci il tarixli müraciətinə Bərdə Regional "Asan Xidmət" Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 noyabr 2025-ci il tarixli, 3-16- 5/8-11xx/xx-2025 №-li cavabla ona bildirilmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qedyiyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi ilə bağlı Məhkəməyə müraciət etməyinizi məsləhət görürük". Beləliklə də, göründüyü kimi o, mərhum X1 adına X12 əldə etmək üçün təşəbbüs göstərərək aidiyyatı dövlət orqanına müraciət etsə də onu ala bilməmişdir. X1 ölüm faktının məhkəmə qaydasında müəyyən olunması, bundan sonra isə onun ölümü haqqında şəhadətnamə almaq isə ona və digər ailə üzvlərinə mərhum anasından miras qalmış daşınar və daşınmaz əmlaklara qanuni vərəsələri kimi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün lazımdır ki, gələcəkdə vərəsəlik hüquqlarını həyata keçirə bilsinlər. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatı Məhkəmə iclasında Ərizəçi ərizə tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 bildirdi ki, Lətif qonşusudur. xx.xx.2025-ci il tarixdə Əhmədova Güllü vəfat etmişdir. Göyüşlü kənd qəbiristanlığında dəfn olunmuşdur. O, dəfndə iştirak etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirdi ki, Lətif onun bibisi oğludur. Güllü bibisidir. 26 sentyabr 2025-ci il tarixdə vəfat etmişdir. Göyüşlü kənd qəbiristanlığında dəfn olunmuşdur. O, dəfndə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur. xx.xx.1977-ci il tarixli 322371 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə anadan olmuşdur. X7, X3dır. xx.xx.1999-cu il tarixli 011950 saylı müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, Ərizəçi veterandır. xx.xx.2025-ci il tarixli 220 saylı ünvan 3.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X11 xx.xx.1937-ci il tarixdə Bərdə rayon Böyük Göyüşlü kəndində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə həmin ünvanda vəfat etmişdir. Böyük Göyüşlü qəbiristanlığında dəfn edilmişdir. xx.xx.2025-ci il tarixli 18-1-28/2-Ə-366-31-120/2025 saylı Bərdə RMX-nin Publik hüquqi şəxsinin verdiyi arayışdan görünür ki, X4 ölümündən bir aydan çox müddət keçməsini nəzərə alaraq, qaydalara uyğun olaraq tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. xx.xx.2025-ci il tarixli 3-16-5/8-11xx/xx-2025 saylı Bərdə regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin verdiyi arayışdan görünür ki, ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət olunmağı məsləhət görülmüşdür. xx.xx.2025-ci il tarixli 217 saylı ünvan 3.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, X9 xx.xx.1937-ci il tarixdə Bərdə rayon Böyük Göyüşlü kəndində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Böyük Göyüşlü kənd qəbiristanlığında dəfn edilmişdir. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1971ci il tarixdə anadan olmuşdur. AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1988ci il tarixdə anadan olmuşdur. xx.xx.2025-ci il tarixli 18148 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə xx.xx.1937-ci il təvəllüdlü X6 həkimə qədərki ölüm diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli ölüm haqqında məlumat vərəqəsindən görünür ki, X9 “beyin daxili qansızma” nəticəsində vəfat etmişdir. AZE seriyalı 15310111 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1966-cı il tarixdə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 230 saylı ünvan 3.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Göyüşlü kəndində yaşayır. 229 saylı Bərdə RİHB-nin Böyük Göyüşlü kən i.ə.d üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Ərizəçi yaşadığı ünvanda ailə üzvləri, həyat yoldaşı X10r. AZE seriyalı 04312359 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 rayonu Göyüşlü kəndində anadan olmuşdur. Bərdə rayonu Böyük Göyüşlü kəndində qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli Qərarı Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumun 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin qərarın 9.5-ci bəndinə istinadən şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum anasına ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. Ərizə qanuni və əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara, tərəfin və şahidin izahatına əsasən X4 26 sentyabr 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. MPM 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət rüsumu haqqında Qanun. 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. İddiaçı Ərizəçi müharibə veteranı olduğundan həmin kateqoriyaya daxil olan şəxsdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. X4 26 sentyabr 2025-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar