Məhkəmə qərarları › İş №2(021)-4566/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4566/2023

05.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4566/2023 05.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi maraqlı şəxs Cavabdeh qаrşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 01 avqust 2018-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründən 23 dekabr 2019-cu il təvəllüdlü həyat yoldaşı kimi saymır, tez-tez evdə əsassız söz-söhbətlər yaradır. Onların arasında olan ərarvad münasibətləri tamamilə pozulmuşdur. Cavabdehlə birlikdə ailə kimi yaşamaqlarını bildirsə də heç bir nəticəsi olmamışdır. Dahada əksinə cavabdeh onunla normal yaşamaq istəmir. Bunun üçündə nikahları formal xarakter daşıyır, nikahlarının pozulmasında israrlıdır. Ayrılmaqlarının səbəbi də cavabdehin onlara heç bir maddi yardım göstərməməsidir. Cavabdeh nə ona, nə də ki, övladlarına ayrıldıqları gündən bu vaxta qədər heç bir köməklik etməyibdir. O, isə övladlarını təkbaşına saxlamaqda çətinlik çəkir, cavabdeh isə övladlarının saxlanılması üçün heç bir yardım və maddi köməklik etmir. Ayrılmaqlarının səbəbidə cavabdehin onlara baxmamasıdır. Bunun üçündə o, ilkin prosedur kimi Mediasiya şurasına müraciət etmişdir və Mediasiya təşkilatından onların işinə baxması üçün X2 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış 01 avqust 2018-ci il tarixli nikahın pozulmasına, 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2021-ci il təvəllüdlü X6 birinci tərəfin himayəsində qalmasına heç bir etitrazı olmadığını və birinci tərəfin təklif etdiyi hər ay hər uşaq 100 manat olmaq cəmi 200 manat məbləğində ödəməyə maddi imkanı olduğunu bildirərək, hər ay 200 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Bununla bağlı 16 oktyabr 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında 01468 saylı Barışıq sazişi bağlanmışdır. Bunun üçündə barışıq sazişinin təstiq olunmasını istəyir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəməyə gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1998-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 1990-cı ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZ-İİ 271959 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh və X7 01 avqust 2018-ci ildə 07 saylı nikah akt qeydi ilə Yardımlı RİH Başçısının Şırıq İƏD üzrə nümayəndəliyində evlənmişlər, nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. Mülki işə əlavə edilmiş AZ-İV 420008 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 23 dekabr 2019-cu ildə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş AZ-İV 600870 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 05 aprel 2021-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası Ərizəçidır. Mülki işə əlavə edilmiş Mediasiya Şurasının 31 avqust 2022-ci il tarixli qərarı ilə təsdiq edilmiş, 16 oktyabr 2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahlarını 01 avqust 2018-ci il tarixdə Yardımlı rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 495 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2021-ci il təvəllüdlü X10 adlı övladları olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və azyaşlı övladları ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiyaya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını, birgə nikahlarından olan 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2021-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmasını və azyaşlı övladlarının saxlanılması üçün aliment tələbi ilə təklif vermişdir. Birinci tərəf Mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildrimişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında 01 avqust 2018-ci il tarixdə Yardımlı rayon Qeydiyyat Şöbəsi akt qeydlər kitabında 495-nömrəli rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2019-cu il təvəllüdlü X6 birinci tərəfin himayəsində qalmasına heç bir etirazı olmadığını və azyaşlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləğini birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və öz öhdəsinə götürür. Birinci tərəf bildirdi ki, ikinci tərəfin hər ay hər uşaq üçün 100 manat olmaqla ümumilikdə 200 manat aliment məbləği ödənilməsi təklifi ilə tam razılaşır və qəbul edir.X4 şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 214, 216- 220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında 01 avqust 2018-ci ildə 07 saylı nikah akt qeydi ilə Yardımlı RİH Başçısının Şırıq İƏD üzrə nümayəndəliyində bağlanmış nikahın pozulması, 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2021-ci il təvəllüdlü X6 Ərizəçi himayəsində saxlanılması, 23 dekabr 2019-cu il təvəllüdlü X9 və 05 aprel 2021-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat alimenti Cavabdeh hər ay ödəməyi öhdəsinə götürməsi barədə Cavabdeh və Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış 16 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Alimentin tutulması 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar