Məhkəmə qərarları › İş №2(021)-4702/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-4702/2023

20.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-4702/2023 20.12.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı (bundan sonra ərizəçi və ya İddiaçı) maraqlı şəxs Cavabdeh (bundan sonra maraqlı şəxs və ya Cavabdeh) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə mürаciət edərək aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs Cavabdeh ilə 20 noyabr 2013-cü il tarixdə, Bərdə rayonu Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyinin akt qeydlər kitabında 69 nömrə ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahlarından 18 dekabr 2013-cü il təvəllüdlü X7, 07 mart 2015-ci il təvəllüdlü X8 və 21 sentyabr 2018-ci il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Ər-arvad kimi ailə münasibətləri normal olmuşdur. Daha sonra münasibətləri pisləşmiş, xasiyyətləri uyğun gəlməmiş və bu səbəbdən ailə münasibətləri pozulmuşdur. Ər-arvad kimi yaşamaları mümkün deyildir. Xeyli müddətdir ki, ayrı yaşayırlar. Ayrı yaşadıqları müddətdə birgə nikahlarından olan övladları onun yanında qalır və onun bütün maddi və mənəvi ehtiyaclarını o ödəyir. Maraqlı şəxs Cavabdeh uşaqlarının saxlanması üçün heç bir yardım göstərmir. xx.xx.2023-cü il tarixdə aralarında olan nikahın pozulması tələbinə dair mübahisənin həll edilməsi üçün mediasiya şurasına müraciət etmişlər. Mediasiya prosesində 20 noyabr 2013-cü il tarixdə, Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyinin akt qeydlər kitabında 69 nömrə ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına, eləcə də, birgə nikahlarından olan, 18 dekabr 2013-cü il təvəllüdlü X7, 07 mart 2015-ci il təvəllüdlü X8 və 21 sentyabr 2018-ci il təvəllüdlü X9 adlı övladlarının onun himayəsində saxlanılması tələbinə dair maraqlı şəxs Cavabdeh ilə qarşılıqlı razılığa gəlmişlər və bu səbəbdən barışıq sazişi imzalamışlar. Maraqlı şəxs Cavabdeh mediasiya prosesində bağladıqları xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərinə əməl etmir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri H.Əliyev prospekti 149, ev 8-də qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə rayonu Şirvanlı kəndində qeydiyyatdadır. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı 19 may 2012-ci il tarixdən Bərdə şəhəri H.Əliyev prospekti ev 149, mənzil 8-də qeydiyyatdadır. Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 20 noyabr 2013-cü il tarixli AZ-İ 910369 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X6 20 noyabr 2013-cü ildə 69 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Aslanlı soyadı verilmişdir. Bərdə rayon Şirvanlı kənd İƏD üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 01 may 2014-cü il tarixli AZ-İİİ 261942 nömrəli, 28 aprel 2015-ci il tarixli AZ-İİİ 512239 nömrəli və Bərdə regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 yanvar 2019-cu il tarixli AZ-İV 213395 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 18 dekabr 2013-cü ildə Fatimə, 07 mart 2015-ci ildə Yağmur və 21 sentyabr 2018-ci ildə Elşən adlı uşaqları anadan olmuşdur. 18 dekabr 2013cü il təvəllüdlü X2, 07 mart 2015-ci il təvəllüdlü X3 və 21 sentyabr 2018-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. X1 iştirakı ilə tərtib edilən 29 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01565 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf Cavabdeh, birinci tərəf-İddiaçı ilə aralarında 20 noyabr 2013-cü il tarixində, Bərdə rayon Şirvanlı kənd İƏD üzrə İcra nümayəndəliyinin akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına razı olması, birgə nikahlarından olan 18 dekabr 2013-cü il təvəllüdlü X7, 07 mart 2015-ci il təvəllüdlü X8 və 21 sentyabr 2018-ci il təvəllüdlü X9 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılması haqqında qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi İddiaçı ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X1 iştirakı ilə, 29 noyabr 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişinə əsasən tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda maraqlı şəxs Cavabdeh tərəfindən icra edilməmişdir. Bu səbəbdən də ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı ərizə ilə məhkəməyə mürаciət edərək mediasiya prosesi nəticəsində bağlanılmış 29 noyabr 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. İkinci tərəf- Cavabdeh, birinci tərəf-İddiaçı ilə aralarında 20 noyabr 2013-cü il tarixində, Bərdə rayon Şirvanlı kənd İƏD üzrə İcra nümayəndəliyinin akt qeydləri kitabında 69 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına razı olması, birgə nikahlarından olan 18 dekabr 2013-cü il təvəllüdlü X7, 07 mart 2015-ci il təvəllüdlü X8 və 21 sentyabr 2018-ci il təvəllüdlü X9 adlı övladlarının birinci tərəfin himayəsində saxlanılmasına razı olması barədə İddiaçı və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 noyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar