Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-483/2025 03.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Məmmədovfa Aypara Adil qızının katibliyi, Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1984-cü ildə Bərdə şəhərində anadan olmuş X13 xx.xx.1985-ci ildə Bərdə şəhərində ümumi xəstəlikdən ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ərizəçilər tərəfindən onunla əsaslandırılmışdır ki, Ərizəçi1 ilə X29 nikahlarını Maraqlı şəxsndə (keçmiş VVAQ) xx.xx.1976-cı ildə 126 nömrə ilə qeydə alınmaqla ailə qurmuşlar. Həyat yoldaşı X29 xx.xx.2009-cu ildə vəfat etmişdir. Ərizəçi1 ilə X18 nikahlarından xx.xx.1984-cü ildə Bərdə şəhərində əkiz qızları X23 ilə X24 anadan olmuşlar. Onların hər birinin adına Maraqlı şəxsndə xx.xx.1985-ci ildə doğum haqqında şəhadətnamə verilmişdir. X9 6 aylığında yəni xx.xx.1985-ci il tarixdə Bərdə şəhərində yaşadıqları evdə iki tərəfli bronxit xəstəliyindən vəfat etmişdir və Bərdə şəhərində İmamzadə adlanan qəbirstanlığında dəfn edilmişdir. X1 ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Belə ki, Maraqlı şəxs tərəfindən səhvən vəfat etmiş qızı kimi X14 ölməsi qeydiyyatı aparılmışdır. Qızı Günay hazırda sağdır övladları ilə birlikdə Bakı şəhərində yaşayır. Hazırki soyadı Talıbovadır. X13 xx.xx.1985-ci ildə ölməsi faktının müəyyən olunması əmlakının qızının adına rəsmiləşdirilməsi üçün lazımdır. Ölüm aktının təsdiq edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etsələr də, orada məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi1 məhkəməyə ərizə ünvanlayaraq, səhhətində narahatçılıq olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştiakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 izahat verərək bildridi ki, Ərizəçi2 onun qaynı qızıdır. Ərizəçi1 iki əkiz övladı olmuşdur. 1985-ci il yay aylarında əkizlərdə biri Quliyeva Günel rəhmətə getmişdir. Bronxit sətəlcəm olduğundan vəfat etdiyi zaman 6-7 aylarında olardı. İmamzadə qəbirstanlığında onu dəfn etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahat verərək bildridi ki, ərizəçi onun əmisi qızıdır. Ərizəçi1 iki əkiz övladı olmuşdur.1985-ci il yay aylarında əkizlərdə biri Quliyeva Günel rəhmətə getmişdir. Bronxit sətəlcəm olduğundan vəfat etdiyi zaman 6-7 aylarında olardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 şahidlərin izahatına uyğun eyni məzmunlu izahat verdi. İş materiallarında olan: 2(055)-363/2014 saylı Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin çıxarışından görünür ki, vətəndaş Ərizəçi2 ilə X7 arasında xx.xx.2011-ci il tarixdə Saatlı Rayon Qeydiyyat şöbəsində bağlanmış 06 saylı nikah qeydinin pozulması qət edilmişdir. 2(055)-363/2014 saylı Saatlı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X2 xx.xx.2007-ci ildə anadan olmuş X11 və xx.xx.2012-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşağa 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində alimentin cavabdeh X2 alınaraq iddiaçı Ərizəçi2 verildiyi gündən tutularaq iddiaçı Ərizəçi2 xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Azərbaycan Respblikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli Ərizəçi1 ünvanlanmış məktubundan görünür ki, qeydiyyat şöbəsindən ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Seriya AZE 08093552 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 xx.xx.1960-cı ildə anadan olmuşdur. Seriya AZE 03227235 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Seriya AZE 08563910 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. AZ-İİ 732432 nömrəli doğum haqqında şəhadətnmənin surətindən görünür ki, X11 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. AZ-İİ 914109 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. X3, anası X20r. xx.xx.2024-cü il tarixl arayışdan görünür ki, X23 xx.xx.1984-cü ildə anadan olmuşdur, atası X29, anası Ərizəçi1dır. xx.xx.2024-cü il tarixli X24 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. X10, X6r. xx.xx.2024-cü il tarixli mədaxil qəbzdən görünür ki, Ərizəçi1 iddia ərizəsinin verilməsi üçün 100 AZN X28 ödəmişdir. Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,Ərizəçi1 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Bərdə şəhəri E.Əsədov küçəsi ev 5/23-də yaşayır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1984-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixli 545 saylı arayıından görünür ki, Ərizəçi1 E.Əsədov 5 küçə 23 ünvanında qeydiyyatda olmaqla, müvəqqəti Ü.Hacıbəyov 5 A ünvanında müvəqqəti yaşayır. xx.xx.2024-cü il taixli 546 saylı arayışdan görünür ki, Ərizəçi2 ünvan 2 ünvanında yaşayır. Nikah haqqında şəhadətnamənin çıxarışından görünür ki, X29 ilə X5 arasında nikah akt qeydi bağlanmışdır. Arayışdan görünür ki, X18 ölüm səbəbi ürək damar çatışmamazlığı olmuşdur. Bu barədə xx.xx.2003-cü il tarixdə 14 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan fotoşəkillərə əsasən X13 dəfn edilməsi əks olunmuşdur. Azərbaycan Respublikası Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5177 saylı arayışından görünür ki, Ərizəçi1 ünvan 3 ünvanında yaşayır və onun şifahi sorğusuna cavab olaraq bildirilmişdir ki, qızı xx.xx.1984-cü il tarixdə anandan olmuş X14 vəfatı və harada dəfn olunması ilə bağlı Bərdə şəhər İcra Nümayəndəliyində heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X13 xx.xx.1985-ci ildə Bərdə şəhərində ölməsi faktı ərizəçinin və şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə müəyyən olunduğundan ərizə təmin edilməli, X13 xx.xx.1985-ci ildə ölmə faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum atasının ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi:
1. Ərizə təmin edilsin.
2. X13 xx.xx.1985-ci ildə Bərdə şəhərində ölməsi faktı müəyyən edilsin.
3. Ərizəçi1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
4. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilərlər.
Hakim: Ziya Abdullayev