Məhkəmə qərarları › İş №2(021)-506/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-506/2025

07.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-506/2025 07.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas kаtibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun vəkili X1, Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh iştirakları ilə, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış öhdəliyin ½ hissəsinin ödənilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakların yarı dəyərinin verilməsi” tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə аçıq məhkəmə baxış iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, məhkəmədən birgə nikah dövründə əldə edilmiş kredit məbləğinin birgə nikah dövründə ailənin tələbatına sərf edildiyini, məhkəmə qaydasında müəyyən edərək onun tərəfindən götürülmüş 9000 ( doqquz min) manat kredit məbləğinin öhdəlikləri üzrə ödəmənin yarısının 4500 manatın cavabdehin üzərinə qoyulmasına, habelə birgə nikah dövründə əldə edilmiş Toyota RAV-4 markalı avtomobilin ½ hissəsinin dəyərinin 3000 (üç min) manatın alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1982-ci il tarixində anadan olmuşdur. Hazırki cavabdehlə xx.xx.2011-ci il tarixində nikaha daxil olmuşdur. Bu nikahdan iki övladı dünyaya gəlmişdir. Birinci övladı xx.xx.2011-ci il tarixində dünyaya gəlmişdir. Digər övladı isə xx.xx.2013-cü il tarixində dünyaya gəlmişdir. Hazırki iddianın əsası birgə nikah dövründə əldə edilmiş kredit borcudur ki, o ər-arvad olduqları zaman "xxxx" ASC-yə müraciət edərək 9000 (doqquz min) AZN götürmüşdür. xx.xx.2024-cü il tarixə ümumi borc qalığı 7784.09 manat təşkil edir. Bu borclar birgə nikah dövründə əldə edilmişdir. Pulu ailənin tələbatının, habelə birgə idarə etdiyi və cavabdehin adında olan **-CE-*** Toyota RAV-4 markalı maşının diferinin düzəldilməsinə sərf etmişdir. Kediti götürəndən sonra ailə olaraq bütün sərfiyyatlarını bağlamışdır. Bundan başqa birgə nikah dövründə **-CE-*** saylı Toyota RAV-4 markalı avtomobili əldə etmişdir. Həmin avtomobil cavabdehin adınadır. Birgə nikah dövründə əldə etdikləri həmin əmlakın ½ hissəsi mənim ½ hissəsi isə cavabdehindir. Avtomobilin ümumi dəyəri 6000 manat olmuşdur. Həmin avtomobilin dəyərinin yarısı olan 3000 manatını cavabdehdən istəyir. Daha sonra iddia tələbinə dəqiqləşmə verərək cavabdehlə avtomobilin dəyəri hissəsində razılaşdığını və avtomobilin dəyəri olan 8500 manat məbləğində pulun 4250 manat hissəsinin alınaraq ona verilməsi hissəsini dəqiqləşdirmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək üzrə birgə nikah dövründə əldə edilmiş əmlakların dəyəri olan 10950 manat pulun yarı dəyəri 5475 manat pulun və ödədiyi 75 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qarşılıqlı iddia məhkəmənin icraatına qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı Səyar oğlu məhkəmədə ona qarşı əmlak tələbinə dair iddia qaldırmışdır. Həmin mülki iş məhkəmənin icraatındadır. İddiaçı ilə 2010-cu il tarixdə qeyri-rəsmi evlənərək nikahları xx.xx.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövr ərzində xx.xx.2011-ci il təvəllüdlü X4 ilə birgə nikah dövründə 30 avqust 2013-cü il təvəllüdlü X5 adlı 2 (iki) övladı anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, son zamanlarda ailə münasibətləri pozulmuşdur. Hazırda ayrı yaşayırlar. İddiaçı ilə 2010-cu ildə el adəti ilə toy edib ailə qurmuşlar. Toy zamanı ona cehizlik əşyaları alınmışdır. Cehiz əşyalarını İddiaçı evindən götürməmişdir. Həmçinin cavabdehlə birgə nikah dövründə olan zaman kondisioner, soyuducu və **-CE-*** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 minik markalı avtomobil almışlar. Cavabdehlə birgə nikah dövründə əldə edilmiş əmlakın bölünüb dəyərinin yarı hissəsinin ona verilməsini istəsə də ona verilməmiş, bildirir ki, kondisioner-1700 AZN soyuducu -750 AZN, **-CE-*** dövlət qeydiyyat nişanlı Toyota RAV-4 minik markalı avtomobil -8500 AZN olmaqla almışlar. Qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə İddiaçı ilkin iddia ərizəsinə uyğun məzmunda izahat verərək, eləcə də dəqiqləşmə barədə ərizə təqdim edərək bildirdi ki, iddiası üzrə avtomobil üçün müəyyən etdiyi 6000 (altı min) manatın cavabdehin qarşılıqlı iddiada qeyd etdiyi 8500 (səkkiz min beş yüz) manat olaraq qiymətləndirilməsini və məhkəmədən ilkin iddiasının təmin olunmasını, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı vəkili X3 məhkəmədən ilkin iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ilk və qarşılıqlı iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələblərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Yevlax rayonu Yəldili kəndində anadan olmuşdur. Yevlax rayonu Yəldili kəndində yaşayır. xx.xx.2024-cü il tarixli Bərdə 1 saylı mediasiya təşkilatının arayışından görünür ki, arayış İddiaçı Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun 21.8-ci maddəsinə əsasən arayış verilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ASC XALQ bankından (Tovuz) filialından DKM/028N05A03125624 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 9000 (doqquz min manat) AZN məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixinə ümumi borc qalığı 7784.09 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Nəqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, istehsal tarixi 1997-il olan **-CE-*** dövlət qeydiyyat nişanlı, Toyota markalı, RAV-4 minik modelli, qara rəngli avtomobilin mülkiyyətçisi Cavabdehdır. xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 36 ay müddətinə 9000 (doqquz) min AZN məbləğində 12 % ödəmək şərti ilə kredit verilmişdir. Seriya AZE ******** nömrəli şəsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. Bərdə rayonu Nazırlı kəndində yaşayır. 09.012.205-ci il tarixli mədaxil qəbzdən görünür ki, Cavabdeh iddia ərizəsinin verilməsi üçün 75 AZN məbləğində dövlət rüsumu ödəmişdir. ƏN-Vİ 234681 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh Toyota RAV-4 minik markalı avtomobilin idarəedilməsini İddiaçı etibarnamə əsasında vermişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM) 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra AM) 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 12 ” mart 2024-cü il № 1/2024 saylı qərarın 3.2-ci bəndinə əsasən göstərilir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin qərarın 6.35-ci bəndinə əsasən Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan 14 birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.36.Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İş materiallarına və tərəflərin izahatına əsasən İddiaçı əldə etmiş olduğu kreditin ailə ehtiyaclarına sərf olunduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi Toyota RaV-4 markalı avtomobilin yarı dəyəri olan 4250 manat cavabdehdən onun xeyrinə tutulması hissəsində təmin edilməlidir. Avtomobilin ümumi dəyərinin 8500 manat olaraq müəyyən olunması hər iki tərəfin mövqeyindən irəli gələn işin mübahisələndirilməyən halıdır. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, tərəflərin məhkəmə iclasında vermiş olduqları izahata əsasən müəyyən edilmişdir ki, qarşılıqlı iddia tələbinə əsasən tələb edilən kondisioner və soyuducu hal-hazırda Cavabdeh istifadəsindədir. Həmin əşyalara dair İddiaçı hər hansı iddia və tələbi mövcud deyildir. Bu halda həmin əşyaların dəyərinin tələb edilməsi absurddur. Qarşılıqlı iddia tələbində göstərilmiş avtomaşının dəyərinin geri tələb edilməsi hissəsi təmin edilə bilməz. O səbəbdən ki, iş materiallarına əsasən avtomaşın hal-hazırda Cavabdeh mülkiyyətindədir. Tərəflərin məhkəmə iclasında vermiş olduqları izahatlara əsasən İddiaçı verilmiş etibarnamə notariat qaydasında Cavabdeh tərəfindən ləğv edilmişdir. Avtomaşının hal-hazırda istifadəsi avtomaşın nasaz olduğundan həyata keçirilmir. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli 1/2024 saylı qərarının 6.1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi həm nikah dövründə, həm də nikah pozulduqdan sonra aparıla bilər. Həmin qərarın 6.2-ci bəndinə əsasən nikah davam etdiyi müddətdə bölünmənin predmeti daha əvvəl ər-arvadın bölüşdürmədiyi ümumi əmlak ola bilər. Çünki tərəflər hansısa predmetləri öz aralarında bölüşdürdükləri andan həmin əmlak üzərində birgə mülkiyyət halı aradan qalxmış olur. Bu baxımdan nikah dövründə üzərində ümumi mülkiyyət olan əmlak bölüşdürülür, bununla da həmin predmetlərə münasibətdə birgəlik aradan qalxır. Nikah dövründə bölüşdürülməmiş və nikahın davam etdiyi müddətdə əldə edilən digər əmlaka ümumi qaydada qanuni rejim tətbiq olunur. Bu səbəbdən, Ailə Məcəlləsinin 36.8-ci maddəsində göstərilmişdir ki, ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Həmin qərarın 6.3-cü bəndinə əsasən nikah pozulduqdan sonra bir qayda olaraq, qanuni rejimə daxil olan aktivlər və passivlər nəzərə alınmaqla, bütün əmlakın bölgüsü aparılır. Bununla belə, ər-arvad hansısa predmetləri bölgüyə daxil etmədən mövcud hüquqi rejimdə saxlaya bilər, yaxud konkret əmlak dəyər(lər)i üzərində paylarını müəyyən etməklə paylı mülkiyyətçi vəziyyətinə keçə bilərlər. Bunun üçün hər iki tərəfin (ərinarvadın) razılığı tələb olunur. Onlardan birinin razılığı olmadıqda ümumi əmlaka daxil olan hər bir aktiv (passiv) bölünmənin predmeti olur Qərarın 6.18-ci bəndinə əsasən məhkəmə bölünməli əmlakın dairəsini aydınlaşdırır və ər-arvadın hər birinin mübahisəli əmlak üzərindəki payını təsbit edir. Pay ərin və ya arvadın ümumi əmlak üzərində hansı həcmdə hüquq və öhdəliklərə sahib olduqlarını müəyyən edir və bölgü həmin pay nisbətinə uyğun aparılır. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab olunur. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların payına uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 37.1 və 37.3-cü maddələri). 6.19.Paylar müəyyən edildikdən sonra ümumi əmlakda yer alan ayrı-ayrı predmetlər pay nisbətlərinə uyğun şəkildə ər-arvad arasında bölüşdürülməlidir. Yəni əmlaka daxil olan hər predmet ərin və ya arvadın payına təxsis edilməklə, onların hər birinin fərdi mülkiyyətinə veriləcək şəkildə paylaşdırılır. Bu, Ailə Məcəlləsinin 36.4-cü maddəsinin məhkəmə tərəfindən ər-arvadın ümumi əmlakı bölünərkən onların tələbi ilə hər birinə çatacaq əmlakın müəyyən edilməsi tələbindən irəli gəlir. Həmin qərarın 6.39-cu bəndinə əsasən ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumları və mediasiya xərcləri ilkin iddia tələbinə əsasən qarşı tərəfdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumları və mediasiya xərcləri tərəflərin özlərinə aid edilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Toyota RAV-4 minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı, 1997-ci il buraxılışlı avtomobilin dəyərinə nisbətdə 4250 (dörd min iki yüz əlli) manat pul qarşılıqlı iddia üzrə iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh alınaraq ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı xeyrinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumları və mediasiya xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar