Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-548/2022 09.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 01 aprel 2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qızı X4 02 noyabr 1991-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Divanlı kəndində yaşamışdır. X14 01 aprel 2009-cu il tarixində saat 21 radələrində Yevlax-Ağdam yolunun Bərdə rayonu Divanlı kəndindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür və Bərdə rayonu, Divanlı kənd qəbiristanlığnda dəfn edilmişdir. Mərhum qızı Ayşən Abdüullayevanın yol-nəqliyyat hadisəsəi nəticəsində ölməsi faktı ilə əlaqədər Bərdə rayonu Polis Şöbəsində cinayət işi istintaq edilmiş və Bərdə Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli hökmü ilə sürücü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinib 4(dörd) il 6(altı) ay müdətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Lakin mərhum X14nın yol-nəqliyyat hadisəsi nəticəsində ölməsi faktı ilə əlaqədar məhkəmə tibbi ekspertizası zamanı yalnız xarici müayinə aparılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eksperitza və Pataloji Anatomiya” Elmi Təcrübi və Tədris Birliyinin hazırda qüvvədə olan təlimatlarına əsasən, insanın ölümünün səbəbi meyitin yalnız xarici müayinəsi zamanı ölümün səbəbinin təyininə və “Ölüm Haqqında tibbi şəhadətnamənin” veriməsi məhkəmə qaydasında həll olunur. Ona görə də qızının ölüm faktını qeyd etdirə bilməmişlər, hazırda onun ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də vərəsəliyin və miras əmlakın təyin edilməsi ilə bağlı bəzi problemlər yaranmışdı. Bu problemi aradan qaldırmaq üçüN Bərdə rayonu Qeydiyyat Şöbəsinə də müraciət edib. Bərdə rayonu Qeydiyyat Şöbəsində isə qızının ölümü barədə şəhadətnamə verilməsindən imtina edilmiş və Qeydiyyat şöbəsinin 15 dekabr 2021-ci il tarixli 794-05/15 nömrəli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X1 X8”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi bbarədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölümün qeydə alınaraq ölüm haqqında şəhadətnamə veriməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməkləri məsləhət görülüşdür. O, göstərilən səbəbdən mərhum qızı Ayşən Abdulayevanın ölüm faktının qeyd edilməsini və ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmir və məcbur olub məhkəməyə müraciət edir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən xususi icraat qaydasında X14nın ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X9 izahatında ki, Ərizəçi qızı baacısıdır, bacısının qızı X5 02 noyabr 1991-ci ildə anadan olub, 01 aprel 2009-cu ildə saat 21 radələrinə Yevlax-Ağdam yolunun Bərdə rayonu, Divanlı kəndindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən hadisə yerində ölmüşdür, onu Bərdə rayonu Divanlı kənd qəbristanlığında dəfn ediblər. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X6 izahatında ki, ərzəçi Ərizəçi ilə qonşuluqda yaşayır, Ərizəçi qızı Ayşən 2009-cu ildə yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür, onu Bərdə rayonu, Divanlı kənd qəbristanlığında dəfn ediblər, dəfn və yas mərasimlərində o, da iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxx 1959-cu ildə Tərtər rayonunda doğulmuşdur, Bərdə rayonu, Divanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ağayeva Səadət Abbas qızı 29 mart 1962-ci ildə doğulmuşdur. İş materiallarında olan AZE ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 30 iyun 1990-cı ildə Bərdə rayonu, Divanlı kəndində doğulmuş, Bərdə rayonu, Divanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 06421429 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 02 noyabr 1991-ci ildə Bərdə şəhərində doğulmuşdur. İş materiallarında olan 07 fevral 2021-ci il tarixli, XVİJQ 261915 nömrəli arayışdan müəyyən olunur ki, X4 02 noyabr 1991-ci ildə doğulmuşdur, atası X7, anası X3r. İş materillarında olan Bərdə rayonu, Güloğlular kənd Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 2011 nömrəli, 17 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Divanlı kəndində yaşayır. İş materillarında olan qəbrin fotoşəkillərindən müəyyən olunur ki, X4 02 noyabr 1991-ci ildə doğulmuş, 02 aprel 2009-cu ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayonu, Güloğlular kənd Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 2011 nömrəli, 17 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X4 02 aprel 2009-cu il tarixdə Divanlı kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 1(021)-32/2011 nömrəli, 22 aprel 2011-ci il tarixli hökmün surətindən müəyyən olunur ki, X4 01 aprel 2009-cu il tarixdə avto nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi qızı X2 01 aprel 2009-cu ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 02 noyabr 1991-ci il tarixdə doğulmuş qızı X2 01 aprel 2009-cu il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-548/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-548/2022
09.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver