Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-553/2022 03.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi qızının ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək qardaşı X2 15 dekabr 2006-cı il tarixdə, ünvan 1ində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qızı ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X4 05 aprel 1981-ci il tarixdə Tərtər rayonunda anadan olmuşdur, qardaşı 15 dekabr 2006-cı il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir və ünvan 1 ərazisində yerləşən qəbristanlıqa dəfn olunmuşdur. Başları qarışdığından mərhum qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Halhazırda bir çox sənədlərin hazırlanmasında qardaşının ölüm kağızını ondan tələb edirlər. O, mərhum qardaşı X3 ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir, lakin orada ölümdən uzun müddət keçdiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilərək, məhkəməyə müraciət etmək bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X7 izahatında göstərdi ki, Ərizəçi Sakif qızının qayınıdır, Könülün qardaşı Fərahim vəfat edib, onu Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn ediblər. Məhkəmənin hazırlıq iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, ərzəçi Ərizəçi ilə həmkəndli olmaqla qonşudurlar, Könülün qardaşı Fərahim xəstəlikdən vəfat edib, onun yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 17260117 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əliyev Babək Ramiz oğlu 09 iyun 1982-ci Bərdə rayonunda doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AZE 16902445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Əliyev Əsgər Mübariz oğlu 15 yanvar 1988-ci ildə ünvan 1ində doğulmuş, ünvan 1i ünvanda qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx 1983-cü ildə doğulmuşdur. İş materiallarında olan ünvan 1 Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 1057 nömrəli, 06 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, X1 rayonu, Kətəlparaq kəndində yaşamış, 15 dekabr 2006-cı il tarixdə Kətəlparaq kəndində vəfat etmiş, kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan ünvan 1 Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 1056 nömrəli, 06 dekabr 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Kətəlparaq kəndində qeydiyyatdadır və yaşayır. İş materiallarında olan qəbrin fotoşəkillərindən müəyyən olunur ki, X4 05 dekabr 2006-cı ildə vəfat etmişdir. İş materiallarında olan ünvan 1 Ərazi Dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 285 nömrəli, 09 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, mərhum X4 həqiqətən Ərizəçi qardaşıdır. İş materiallarında olan 17 dekabr 20021-ci il tarixli, 796-05/15 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etmiş, ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi qızının qardaşı X2 05 dekabr 2006-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. Ərizəçi 05 aprel 1981-ci il tarixdə doğulmuş qardaşı X2 05 dekabr 2006-cı il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-553/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-553/2022
03.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver