Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-622/2022 16.08.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, İddiaçı, iddiaçının vəkili X17, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, 4Ə-328 saylı 31 avqust 2005-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 onlara məxsus olan Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1,04 ha torpaq sahəsinin onun hissəsinə düşən paydan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bərdə rayon X15 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvlərinə yaşadıqları ünvan 1 ünvanında 1.04 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-0089 KOD-61023038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı da verilmişdir. Ailə başçısı kimi torpaq sahəsi mərhumə anası X13 verilmişdir. Anası -28 yanvar 2014-cü il tarixdə vəfat etmişdir. İslahat gedərkən onlara torpaq sahəsi verildiyi andan onlar torpaq sahələrini yararlı vəziyyətə salaraq istifadə etmişlər. 1999-cu il tarixdə ailə həyatı qurmaq üçün Astara rayon sakini ilə qoşulub qaçmışdır. Qoşulub qaçdıqdan bir xeyli müddət ailəsi ilə heç bir zaman görüşməmiş və Bərdə rayonuna gəlib getməmişdir. Bir müddət sonra Bərdə rayonuna gəldikdən sonra isə ona məlum olmuşdur ki, Bərdə rayon X18 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş ünvan 1ində yerləşən 1.04 ha torpaq sahəsi alqı-satqı müqaviləsi ilə ünvan 1 sakini X19 imza edilərək satıldığını və torpaq sahəsinin onun tərəfindən istifadə edildiyini görmüşdür. Bu məsələni aydınlaşdırarkən isə ona məlum olmuşdur ki, anası, bacı və qardaşları onun da adından istifadə edərək 31 avqust 2005-ci il Bərdə rayon 1 saylı Dövlət Notariat ofisi tərəfindən Torpaq Alqı-satqı müqaviləsi bağlandığını bildirdilər. Halbuki onun həmin alqı-satqı müqaviləsindən xəbəri olmamışdır. Ən sonda imza edənlər siyahısında onun adı qeyd edilsədə, qeyd olunmuş müqavilədə imza etməmişdir. Onun imzasını bilən, imzasını çəkə bilən hər hansısa bir şəxs saxta yolla alqı-satqı müqaviləsi almışdır. Torpaq sahəsi X1, Elman Abbasov vəfat etdiyi üçün Bərdə rayon Uğurbəyli kəndində yerləşən 1.04 ha pay torpaq sahəsini Cavabdeh1 istifadə edir. Cavabdeh1 onların torpaq sahələrindən onun hissəsinə düşən torpaq sahəsindən çıxmasını bildirsə də, Cavabdeh1 alqı-satqı müqaviləsi ilə torpaq sahəsinin onun istifadədə olduğunu bildirmişdir. Onun xəbəri olmadan və onun imza etmədiyi halda torpaq sahəsi qanunsuz yolda hər hansısa bir şəxsə satılmışdır. Alqı-satqı müqaviləsində olan imza onun deyil və onun həmin müqavilədən heç bir xəbəri olmamışdır. Onun isə bu hadisədən yeni xəbəri olmuşdur. Qanunsuz olan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün Notariat ofisinə müraciət etmiş, lakin müraciəti əsassız qalmışdır. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmamışdır. Bərdə Rayon Məhkəməsinin 2(021)-622/2022 saylı 28 mart 2022-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair mülki iş üzrə məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/782 saylı 21 iyun 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-328 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “4.İddiaçı” yazılarının qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiklərini bir daha təsdiq edərək, 4Ə- 328 saylı 31 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 onlara məxsus olan ünvan 1ində yerləşən 1,04 ha torpaq sahəsinin onun hissəsinə düşən paydan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh2, X6, İddiaçı, X10 və Cavabdeh3 tanımamış, sonunculara məxsus olmuş 1,04 ha torpaq sahəsini 09 fevral 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X14 almışdır. Elman Abbasov ilə digər cavabdehlər arasında alqı-satqı müqaviləsi bağlanarkən İddiaçı alqı-satqıda iştirak edib-etmədiyini bilmir. Əgər sonuncu alqı-satqıda iştirak etməmişdirsə 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli alqı-satqı müqaviləsinin İddiaçı aid hissədə etibarsız hesab edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmənin 01 mart 2022-ci il tarixli iclasında dindirilmiş Cavabdeh2 göstərmişdir ki, JN-0089 KOD-61023038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,04 ha pay torpaq sahəsinin öz payına düşən hissəsini X2. Özü notariat kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmişdir. Məhkəmənin 28 mart 2022-ci il tarixli iclasında dindirilmiş Cavabdeh4 göstərmişdir ki, JN-0089 KOD-61023038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,04 ha pay torpaq sahəsinin öz payına düşən hissəsini X2. Özü notariat kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmişdir. Məhkəmənin 28 mart 2022-ci il tarixli iclasında dindirilmiş cavabdeh X7 göstərmişdir ki, JN-0089 KOD-61023038 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,04 ha pay torpaq sahəsinin öz payına düşən hissəsini X2. Özü notariat kontoruna gedərək alqı-satqı müqaviləsinə imza etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Tamaşa Atakişiyeva məhkəməyə məhkub göndərərək məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0089 KOD 61023038 saylı dövlət aktından müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 09 saylı 22 iyun 1998-ci il tarixli qərarına əsasən ünvan 1 sakinləri X13, Cavabdeh2, X5, İddiaçı, X11 və Cavabdeh3 kənd təsərrüfatı məhsulları istehsalı məqəsdilə 1.04 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqısatqı müqaviləsi surətindən müəyyən olunur ki, X20, Cavabdeh2, X7, İddiaçı, X16 və Cavabdeh3 mülkiyyətlərində olan, ünvan 1ində yerləşən 1,04 ha torpaq sahələrini X19 ******* manata (köhnə pulla) satmışlar. İş materiallarında olan AN-İ ******* saylı 09 fevral 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi surətindən müəyyən olunur ki, X22 mülkiyyətində olan ünvan 1ində yerləşən 6,32 ha torpaq sahəsini Cavabdeh1 5300 manata satmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 6,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X20 28 yanvar 2014-cü ildə ölmüşdür. İş materiallarında olan Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 mart 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X22 09 oktyabr 2017-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinə əsasən X20, Cavabdeh2, X7, İddiaçı, X16 və Cavabdeh3 mülkiyyətlərində olan, ünvan 1ində yerləşən 1,04 ha torpaq sahələrini X19 ******* manata (köhnə pulla) satmışlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 4/782 saylı 21 iyun 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, 4Ə-328 nömrəli notariat işinin 2-ci vərəqəsində olan 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsinin arxa tərəfində “İmzalar” hissəsində “4.İddiaçı” yazılarının qarşısındakı imza İddiaçı tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur. 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi iddiaçıya münasibətdə saxtalaşdırılmış və onun soyadı qeyd edilməklə onun yerinə imzalanmışdır. Ona görə də məhkəmə hesab edir ki, 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi İddiaçı münasibətdə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2.-ci maddəsi əsasında əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsi əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 570.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Bu Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 648.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Bu Məcəllənin 648.2-ci maddəsinə görə satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Məhkəmə hesab edir ki, 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi X12, Cavabdeh2, X4, X8 və Cavabdeh3 könüllü razılıqları əsasında, qanunamüvafiq qaydada bağlandığından, həmçinin sonuncular bağlanmış alqı-satqı müqaviləsini mübahisələndirmədiyindən 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi onlara münasibətdə etibarsız hesab edilə bilməz. İddianın torpaqdan çıxarılma tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan torpaq sahəsi Cavabdeh1 mülkiyyətində olduğundan və torpağın sonuncunun mülkiyyətinə verilməsinə dair Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Cavabdeh1 ilə X22 arasında bağlanmış 09 fevral 2014-cü il tarixli alqı-satqı müqaviləsi hazırda qüvvədə olduğundan, iddianın təmin ediləcəyi halda Cavabdeh1 torpaq sahəsi üzərində mülkiyyət hüquqları pozulacağından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 21 iyun 2022-ci il tarixli 4/782 nömrəli bildirişdən müəyyən edilir ki, məhkəmə-xətşünaslıq və sənədlərin texniki ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 110(bir yüz on) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X5 və üçüncü şəxs Bərdə regional “ASAN xidmət” mərkəzi Notariat kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaqdan çıxarılma tələbinə dair iddiası qismən təmin edilsin. 4Ə-328 reyestr nömrəli 31 avqust 2005-ci il tarixli Torpaq alqı-satqı müqaviləsi İddiaçı 1/6 hissədə payına münasibətdə etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 müştərək qaydada 100(bir yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 110(bir yüz on) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X9, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-622/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-622/2022
16.08.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver