Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-637/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X3 27 sentyabr 2004-cü il tarixdə vəfat edərək Bərdə rayonu Kətəlparaq kənd qəbristanlığında dəfn edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunlaəsaslandırmışdır ki, atası X8 ilə anası X2 birgə nikah dövründə anadan olmuş qardaşı X10 27 sentyabr 2004-cü il tarixdə qəflətən vəfat etmiş və Bərdə rayonu Kətəlparaq kənd qəbristanlığında dəfn olunmuşdur. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında ondan qardaşının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. O, mərhum qardaşı X4 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orada isə mərhum qardaşı X10 ölümünü təsdiq edənsənədin olmamasını əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildiriblər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş AZE seriyalı 15537952 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 22 iyun 1965-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 17470976 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 10 iyul 1965-ci ildə Bərdə rayonu Kətəlparaq kəndində doğulmuşdur, Bərdə rayonu Kətəlparaq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 24 noyabr 2024-cü il tarixli ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 8 fevral 1968-ci il tarixdə doğulmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydyyat Şöbəsi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 064824 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X13 3 may 1971-ci il tarixdə doğulmuşdur. Ata qrafasında ata adı X11, ana qrafasında ana adı X1 qeyd olunmuşdur İş materiallarına əlavə edilmiş Bərdə rayon Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 746 nömrəli arayışından görünür ki, mərhum X14 27 sentyabr 2004-cü il tarixdə Bərdə rayonu Kətəlparaq kənd qəbristanlığında dəfn olunub. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X26 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X19 9 yanvar 2025-ci il tarixli 18-1-28/2-41/2025 nömrəli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü X6 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat (xəstəlik tarixi, tibbi şəhadətnamə) aşkar olunmamışdır. İş materiallarında olan qəbrin fotoşəkilindən görünür ki, 1968-ci ildə doğulmuş X14 27 sentyabr 2004-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. 17 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X9 bildirmişdir ki, Ərizəçi və mərhum X10 qohumudur, X10 2004-cü il tarixdə vəfat etmişdir, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Onu Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn etmişlər. 17 dekabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X5 bildirmişdir ki, Ərizəçi və mərhum X10 həmkəndlisidir. X10 2004-cü il tarixdə vəfat etmişdir, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Onu Bərdə rayonu, Kətəlparaq kənd qəbristanlığında dəfn etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan normaların tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qardaşı X3 27 sentyabr 2004-cü il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X3 27 sentyabr 2004-cü il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə təmin edilsin. 8 fevral 1968-ci il təvəllüdlü X3 27 sentyabr 2004-cü il tarixdə Bərdə rayonu, Kətəlparaq kəndində vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-637/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-637/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver