Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-646/2024 30.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 iclas katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi X1 iştirakı lə, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktının müəyyən edilməsi " barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktının müəyyən edilməsi " barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi X3 məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişləri göndərilmiş, lakin məhkəmə iclasına maraqlı şəxsin nümayəndəsi gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materialları ilə müəyyən olundu ki, mülki işdə ərizəçi qismində Ərizəçi qeyd olunsa da, ərizə X3 tərəfindən imzalanmış, iş materiallarına X2 məhkəməyə Ərizəçi adından ərizə ilə müraciət etməsi, onun adından məhkəmədə çıxış etməsi üçün etibarnamə əlavə olunmamış, təqdim olunmuş etibarnamədə həmin səlahiyyətlər göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 74.2-ci maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. MPM-nin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bu Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktının müəyyən edilməsi " barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasi Mulki Prossesual Məcəlləsinin 267-269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı "ölümün qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 manat vəsait (xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzi nəzərə alınmaqla) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Bərdə rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-646/2024
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-646/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver