Məhkəmə qərarları › İş №2(021)-651/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-651/2025

05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-651/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə qızı X28 qəvənən 10 iyun 1980-ci il tarixdə vəfat edərək Bərdə şəhəri İmamzadə adlı qəbristanlıqda dəfn olunması və X9 10 yanvar 2013-cü il tarixdə vəfat edərək Rusiya Federasiyasının Markov şəhərində dəfn olunması faltının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı X12 17 dekabr 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həmçinin qaynanası X21 da 1917-ci il tarixdə anadan olmuşdur. X13 10 iyun 1980-ci il tarixdə qəflətən vəfat etmiş və Bərdə şəhərində İmamzadə ərazisində yerləşən qəbristanlıqda dəfn olunmuşdur. X21 da 10 yanvar 2013-cü il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Rusiya Federasiyasının Markov şəhərində dəfn olunmuşdur. Onlar baş qarışdığından mərhumə qızı və qaynanasına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda o, 29 may 1984-cü ildə 40 nömrəli orderlə X10 məxsus S.Vurğun küçəsində yerləşən “Pambıqçı kooperativ evi” məhəlləsi, ev 44, mənzil 5 ünvanında 2-ci mərtəbədə yerləşən 47 kv.m, 4 otaqlı evi adına sənədləşdirmək istəyir. Lakin ondan qızının və qanynanasının ölüm haqqında şəhadətnaməsini tələb etdikləri və ölüm kağızları olmadığı üçün o, sənədlərini hazırlaya bilmir. O, mərhumə qızı X8 və mərhumə qaynanası X14 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir, orda isə mərhumə qızı Leman Sadıxovanının və mərhumə qaynansı Roza Sadıqovanının ölümünü təsdiq edən sənədin olmamasını əsas gətirərək ölüm haqqında şəhadətnamə verməkdən imtina edirlər və məhkəməyə müraciət etməyini bildirirlər. Daha sonra Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, göstərmişdir ki, o, ərizə ilə müraciət edən zaman ərizənin xahiş etdi hissəsində “Mərhumə qızı X12 10 iyun 1980-ci il tarixdə vəfat edərək Bərdə şəhər İmamzadə adlı qəbristanlıqda dəfn olunması və X21 da 10 yanvar 2013-cü il tarixdə vəfat edərək X7 şəhərində dəfn olunması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılması” olaraq qeyd etmişdir. Hazırda isə ərizəsinə dəqiqləşdirmə verərək ərizənin xahiş etdi hissəsində “Mərhumə qızı X3 10 iyun 1980-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi” olaraq qeyd etmək istəyir. Odur ki, ərizəyə dəqiqləşdirmə verərək ərizənin xahiş etdi hissəsində “Mərhumə qızı X4 10 iyun 1980-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi”nə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, bildirdi ki, qızı X3 10 iyun 1980-ci il tarixdə tarixdə vəfat etmişdir. Onu Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn etmişlər, ona ölüm haqqında şəhadətnamə ala bilməmişlər, ölüm haqqında şəhadətnamənin olmaması isə evlə bağlı sənədləşmədə problem yaradır. Ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş Vİ-JQ 377506 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X12 17 dekabr 1978-ci il tarixdə doğulmuşdur. Ata qrafasnda ata adı X16, ana qrafasında ana adı X2 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon MTK “Pambıqçı” tərəfindən verilmiş 20 may 2024-cü il tarixli 269 nömrəli arayışından görünür ki, Ərizəçi Yqub qızı həqiqətən Ü.Hacıbəyov küçəsi mənzil 33, ev 44-də yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə şəhəri “İmamzadə” məscidi dini icması tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 19 nömrəli arayışdan görünür ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində ev 44-də yaşamış mərhum X5 qız övladı olmuş mərhumə X11 1978-ci il 10 iyun tarixində vəfat etmiş, Bərdə İmzmadə qəbristanlığının şimal hissəsində olan ailəəqrəbalarının yanında dəfn edilib. İş materiallarına əlavə edilmiş AZE seriyalı 16186125 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X18 xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 33, m 44-də yaşayır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 13198640 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X19 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bərdə şəhəri, S.Vurğun küçəsi ev 44, m 5-də yaşayır. İş materiallarına əlavə edilmiş 29 may 1984-cü il tarixli 40 nömrəli Orderdən görünür ki, X10 6 nəfər ailə üzvü - Ərizəçi, X19, X18, X13, X15 ilə birlikdə Bərdə rayon X24 icraiyyə komitəsinin 29 may 1984-cü il tarixli 15 nömrəli qərarına əsasən ünvan 1 ünvanında ev verilmişdir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum övladının ölüm haqqında şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı ölüm faktını qeydə almaqdan imtina etmişdir. İş materiallarında olan “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X40 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X27 23 dekabr 2024-cü il tarixli 18-1-28/2-2376/2024 nömrəli məktubundan görünür ki, 1978-ci il təvəllüdlü X4 ölümü ilə bağlı Bərdə RMX-da hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X18 bildirmişdir ki, Ərizəçi anasıdır, Sadıxova Leman bacısıdır, onunla ekiz olmuşdur. Anası tərəfdən qohum olub ölən uşaqların hamısı Bərdə şəhəri İmamzadə qəbristanlığında dəfn edilmişdir, bacısı Leman da onların, qohumlarının yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X19 bildirmişdir ki, Ərizəçi onun anasıdır, bilir ki, bacısı olub, lakin Lemanı xatırlamır. O bacısının Bərdə şəhərində İmamzadə qəbrstanlığında dəfn olunduğunu bilir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirmişdir ki, Ərizəçi həyat yoldaşı onun dayısı oğludur, onların qızı Leman 1980-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X22 bildirmişdir ki, Ərizəçi onun xalasıdır, xalasının qızı Leman 10 iyun 1980-ci ildə vəfat edib, onu Bərdə şəhərində İmamzadə qəbrstanlığında, digər qohumlarının yanında dəfn ediblər, dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X25 bildirmişdir ki, Ərizəçi onun xalasıdır, xalasının qızı Leman vəfat edib, o, ekiz olub, dəfn və yas mərasimində o, da iştirak etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum qızı–X4 10 iyun 1980-ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlər və digər sübutlarla təsdiq edildiyindən ərizəsi təmin edilməli, X4 10 iyun 1980-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 17 dekabr 1978-ci il təvəllüdlü X4 10 iyun 1980-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar