Məhkəmə qərarları › İş №2(021)-691/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-691/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-691/2022 06.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, Ərizəçi, maraqlı şəxslər X11 və X12 iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1nun 01 aprel 2001-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 08 iyun 1981-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X5, anası isə X6r. X1 uzun sürən xəstəlikdən sonra 01 aprel 2001-ci il tarixdə vəfat etmiş və Bərdə rayon Böyük Göyüşlü kənd ərazisində yerləşən qəbristanlığında dəfn olunmuşdur. Baş qarışdığından mərhum qardaşına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda atası Zahid Vəliyev onlara məxsus olan pay torpaq sahəsini onun adına rəsmi olaraq sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional “ASAN xidmət” mərkəzinə müraciət etdikdə onlardan sənədlər içərisində mərhum qardaşının ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. Lakin qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından onlar ölüm haqqında şəhadətnaməsini təqdim edə bilməmişlər. Mərhum X1na ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, orada isə ölümdən uzun müddət keçdiyindən və ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin olmadığı üçün ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər və məhkəməyə müraciət etməsini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxslər X17 və X18 X3nun 01 aprel 2001-ci ildə vəfat etdiyini və Bərdə rayonu Böyük Göyüşlü kənd qəbristanlığında dəfn edildiyini, lakin həmin vaxt başları qarışdığından mərhum Rəmiş Vəliyevə ölüm haqqında şəhadətnamə almadıqlarını, adlarına olan torpaq sahəsinin sənədləşdirilməsi ilə əlaqədar olaraq aidiyyatı orqana müraciət etdiklərini, lakin mərhum Rəmiş Vəliyevin ölüm haqqında şəhadətnaməsi olmadığından sənədləşmənin aparılmasından imtina edildiyini qeyd edərək ərizənin təmin olunmasına etirazlarının olmadığnı bildirmişlər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X19, X25 və X20 Ərizəçi X1nun 01 aprel 2001-ci ildə vəfat etdiyini və Bərdə rayonu Böyük Göyüşlü kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, maraqlı şəxsləri və şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bərdə rayonu Kolayır kənd sovetinin verdiyi 22 iyun 1976-cı il tarixli İV- ЖГ 315800 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxx 1976-cı ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi X7 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Kolayır kənd sovetinin verdiyi 21 mart 1977-ci il tarixli İV- ЖГ 432461 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 07 fevral 1977-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi X7 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayonu Kolayır kənd sovetliyi tərəfindən verilmiş08 iyun 1981-ci il tarixli Vİİİ- ЖГ 332300 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 06 mart 1981-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X17, ana qrafasında anası kimi X7 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Zaqs bürosu tərəfindən verilmiş 26 fevral 1965-ci il tarixli АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 01 iyul 1952-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Ata qrafasında atası kimi X22, ana qrafasında anası kimi X15 qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 saylı 13 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X3 01 aprel 2001-ci il tarixdə vəfat etmişdir. X3 Bərdə rayonu Böyük Göyüşlü kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 2,4603 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X9, X2, X10, Ərizəçi və X8 adına qeydə alınmışdır. İş materiallarında olan 30 sentyabr 2021-ci il tarixli AZ-İİ 207609 saylı ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 28.08.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 10 fevral 2022-ci il tarixli 197- 05/69 saylı arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikasının vətəndaşı 06 mart 1981-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş X8 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 06 mart 1999-cu ildən 01 aprel 2001-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X8 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, X8 baş daşı üzərində ölüm tarixi 2001-ci il qeyd edilmişdir. İş materiallarında olan, Maraqlı şəxs tərəfindən verilmiş 13-05/09 nömrəli 12 yanvar 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi qardaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X8 01 aprel 2001-ci il tarixdə Bərdə rayonu Böyük Göyüşlü kəndində ölməsi faktı ərizəçinin, maraqlı şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X8 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə qardaşına ölüm haqqında şəhadətnamənin alınması və adlarına olan torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. 06 mart 1981-ci ildə Bərdə rayonu Göyüşlü kəndində anadan olmuş X8 01 aprel 2001-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar