Məhkəmə qərarları › İş №2(021)-710/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-710/2024

06.03.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-710/2024 06.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X11 qarşı “cavabdehin cehiz əşyaları ilə birlikdə evdən çıxarılması və evə köçmə” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X11 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bərdə rayon Mollalı kəndində yerləşən, xüsusi mülkiyyətində olan, 0,20 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evindən Fərzalıyeva (Muxtarova) Bahar Vəli qızının cehiz əşyaları ilə bərabər çıxarılmasına və onun evə köçürülməyinə dair qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 (Muxtarova) Bahar Vəli qızı ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə yaşayış dövründə 2 övladları olmuş, onlar yetkinlik yaşına çatmışlar. Sonralar ailə münasibətləri pozulduğu üçün xeyli vaxtdır ki, ayrılmışlar. Cavabdeh Fərzalıyev (Muxtarova) Bahar Vəli qızı ailə qurandan onun Bərdə rayon Mollalı kəndində yerləşən, xüsusi mülkiyyətində olan, 0.20 ha. torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır,cehiz əşyaları da onun evindədir. Cavabdeh X9 Farzaliyevlə ailə münasibətləri pozulan vaxtdan Bahar oğlunu və onu evdən qovmuşdur. O, evsiz qalmışdır. Nə edəcəyini bilmir. O, şəhid anasıdır, minbir əziyyətlə tikdiyi evinə gedə bilmir. Bu isə onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən, fərdi yaşayış evindən sahiblik və istifadə hüququnun kobud pozulmasıdır. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh X17 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsada heç bir səbəb olmadan məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Onun məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Seriya AZE №0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Laçın rayon Çıraxlı kəndində anadan olmuşdur. Bərdə rayon Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mollaı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Mollalı kəndində yaşayır. Əhalinin Sosial Müdafiəsi Mərkəzi Vəsiqəsinin surətindən görünür ki, İddiaçı “şəhid ailəsi” statusuna malikdir. İş materiallarında olan Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1980-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində anadan olmuşdur. Bərdə rayon Mollalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Çixarişdan görünür ki, X16 ilə X24 arasında 31 may 2001-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Fərzalıyeva soyadı verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-019A KOD 61016018 saylı Şahədatnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayon Mollalı kənd sakinləri X3, X4, X6, X7, X18, X14, X20, X19, X12 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 saylı qərarı ilə Bərdə rayon Mollalı kənd sakinləri X3, X4, X6, X7, X18, X14, X20, X19, X12 mülkiyyətinə 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Cavabdeh X17 İddiaçı oğlu X16 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Cavabdeh həmin mübahisəli evinə gəlin köçmüş və hazırda da həmin evdə yaşayır. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, iddia tələbi 2 hissədən ibarət olmaqla bir-biri ilə qarşılıqlı əlaqədə olan tələblərdi. İddia tələbinin cavabdehin cehiz əşyaları ilə birlikdə evdən çıxarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin cavabdeh Əliyeva (Fərzalıyeva) Bahar Vəli qızı da torpaq sahəsinin mülkiyyətçisidir. Odur ki, iddia təmin olunacağı təqdirdə cavabdeh Əliyeva (Fərzalıyeva) Bahar Vəli qızının mülkiyyət hüququ pozulmuş olar. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə qeydiyyata alınmamışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh X17 2001-cı ildə ailə quraraq həmin mənzilə gəlin köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi sözü gedən mənzil reystrdə qeydiyata alınmayıb və bu səbəbdən iddiaçının cavabdeh X17 ilə Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanılması qeyri-mümkün olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı olan mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinə uyğun, bu tarixə qədər yaranmış hüquq münasibətləri ilə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalıdır. Xüsusilə o hal nəzərə alınmalıdır ki, iddiaçının müqavilə bağlamaqla evə istifadə hüququ əldə etməsi hazırkı vaxta qədər mümkün deyildir. Belə ki, tərəflər arasında özbaşına tikilyə dair hüquq tanınmadığından müqavilənin bağlanması və notarial təsdiq edilməsi qeyri-mümkün olur. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə iddia tələbinin evə köçmə hissəsi ilə bağlı mövqeyini bildirərək qeyd edir ki iddia bu hissədə əsaslıdır. Belə ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, lakin İddiaçı torpaq sahəsinin mülkiyyətçisidir. Ona görə də iddia tələbi həmin hissədə təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə məhkəmə qeyd edir ki, 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Yuxarıdada qeyd edildiyi kimi məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı X5 cavabdeh X15 qarşı “evdən çıxarma və evə köçmə” tələbinə dair iddia tələbi qismən təmin olunmalı, iddiaçı X2 rayon yol kənarında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən 100 manat məbləğində rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər X11 qarşı “cavabdehin cehiz əşyaları ilə birlikdə evdən çıxarılması və evə köçmə” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı Bərdə rayonu Mollalı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar