Məhkəmə qərarları › İş №2(021)-724/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-724/2024

01.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-724/2024 01.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair mülki işə 01 fevral 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri X1 21 noyabr 2023-cü il tarixdə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X5 02 yanvar 1970-ci ildə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. 01 iyun 2005-ci il tarixdə qeydiyyat orqanlarında nikahlarını rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar və ailə həyatı qurandan sonra mərhum X5 ilə bərabər Bərdə şəhəri Səttarxan küçəsi ev 29-da yaşamışlar. Mərhum əri X5 21 noyabr 2023-cü il tarixdə ölmüş və ölümünün səbəbi Bərdə şəhəri E.Əsədov küçəsində yerləşən təndirxanada qəflətən ürəktutması olmuşdur. Faiq Qasımov öldükdən sonra Bərdə rayonu “Şəhidlər qəbiristanlığı”nın cənub hissəsində dəfn edilmişdir. Həmin fakt Bərdə şəhəri “İmamzadə məscidi” dini icmasının xx.xx.2023-cü il tarixli və «Bərdə Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin TTTYŞ-nin xx.xx.2023-cü il tarixli, 8299 nömrəli arayışları ilə təsdiq olunmuşdur. Həmin faktı şahidlər də təsdiq edə bilərlər. Lakin yas ərəfəsində və bundan sonrakı günlərdə əri Faiq Qasımovun ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almağı lüzum bilməmişdir. Hazırda mərhum əri Faiq Qasımovun ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdır. Belə ki, mərhum əri Faiq Qasımovun mülkiyyətində müəyyən əmlaklar vardır. Əri öləndən sonra miras əmlakını faktiki qəbul etməsinə baxmayaraq onun barəsində ölüm haqqında şəhadətnamə olmadığından gələcəkdə miras qalan əmlaka Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməyəcək. Ərinin mülkiyyəti olan əmlaklar haqqında Qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyir. Bu səbəbdən də vərəsəliyin və miras əmlakın təyin edilməsi ilə bağlı bəzi problemlər yaranmışdır. Bu problemləri aradan qaldırmaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxsndə isə ərinin ölümü barədə şəhadətnamə verilməsindən imtina edilmiş və Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5\8-15- 695\2023 nömrəli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Mərhum vətəndaşın ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ölümün qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil, ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzürlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı ildə Beyləqan rayonu Kəbirli kəndində anadan olmuşdur və Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatdadır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1970-ci ildə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur və Ağdam rayonu Şıxbabalı kəndində qeydiyyatdadır. Ağdam rayon Şıxbabalı kənd sovetliyi tərəfindən verilmiş 05 yanvar 1970-ci il tarixli, АЗ ******* nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1970-ci ildə Ağdam rayonu Şıxbabalı kəndində anadan olmuşdur. “Ata” qrafasında atası kimi X3, “ana” qrafasında anası kimi X2 qeyd edilmişdir. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı ərazi nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2005-ci il tarixli AZ-İ 155166 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə Ərizəçi 01 iyun 2005-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. Nikah bağlandıqdan sonra arvada Şəfiyeva soyadı verilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X8 16 dekabr 2023-cü il tarixli 8299 nömrəli arayışından görünür ki, 21 noyabr 2023-cü il tarixdə Bərdə şəhəri E.Əsədov küçəsinə TTTYS çağrışı olmuşdur. xx.xx.1970-ci il təvəllüdlü X1 diaqnozu: Həkimə qədərki ölüm (təndirxanada). Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli 5918 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə şəhəri Səttərxan küçəsi ev 29-da yaşayır. Bərdə şəhəri “İmamzadə məscidi, dini icması tərəfindən verilmiş 12 saylı arayışdan görünür ki, Ağdam rayonu Şıxbabalı kənd sakini, məcburi köçkün kimi Bərdə şəhəri Səttarxan küçəsi 29 nömrəli evdə yaşayan mərhum X5 21 noyabr 2023-cü il tarixdə vəfat etmiş, Bərdə “Şəhidlər qəbristanlığı”nın cənub hissəsində dəfn edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” Bərdə Rayon Prokurorluğunun 20 dekabr 2023-cü il tarixli qərarından görünür ki, X1 21 noyabr 2023-cü il tarixdə təndirxanada ölməsi fakti üzrə başlanılmış cinayət işinə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan 15 dekabr 2023-cü il tarixli 3-16-5/8-15- 695/2023 saylı məktubdan görünür ki, Ərizəçi həyat yoldaşına ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq Ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. 21 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.3-cü maddələrinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X1 21 noyabr 2023-cü il tarixdə ölməsi faktı ərizəçinin izahatı və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması isə ərizəçiyə mərhum ərinin ölümü haqqında şəhadətnamənin alınması və sosial məsələlərin həlli ilə əlaqədar olaraq lazımdır. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbini mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233, 305-307 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilisin. Ərizəçi əri X1 21 noyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar