Məhkəmə qərarları › İş №2(021)-794/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-794/2024

22.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-794/2024 22.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə ailə həyatı qurmuş, nikahları xx.xx.2015-ci il tarixdə rəsmən qeydiyyata alınmış, birgə nikah dövründən xx.xx.2016-cı il təvəllüdlü X8 adlı 1(bir) övladları doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban yaşasalar da, sonradan ailə münasibətləri pozulmuş və ayrılmışlar. Belə ki, həyat yoldaşı Maraqlı şəxs onu bir həyat yoldaşı kimi saymamış, ona hörmət etməmiş, evdə əsassız söz-söhbətlər salmış, birgə yaşayışlarını mümkünsüz etmişdir. Hal-hazırda 1(bir) azyaşlı övladı anasının himayəsində qalmışdır. Onların nikahları formal xarakter daşıyır. Nikahlarının pozulmasında israrlıdır. Bunun üçün də o, ilkin prossedur kimi Mediasiya şurasına müraciət etdi və Mediasiya təşkilatından onların işlərinə baxılması üçün X2 təyin edilmişdir. İlkin mediasiya prosesində cavabdeh onunla ortaq fikrə gələrək aralarında bağlanmış xx.xx.2015-ci il tarixli nikahın pozulmasına, xx.xx.2015-ci il təvəllüdlü X4 ikinci tərəfin yanında saxlanılmasına heç bir etirazının olmadığını və birinci tərəf olaraq hər ay 220 manat məbləğində ödəməyə maddi imkanı olmadığından, ikinci tərəflə hər ay 130 manat sabit pul məbləğində aliment ödəməyə razılığa gəlinmişdir. Bununla bağlı 23 Dekabr 2023-cü il tarixdə Mediasiya təşkilatında öz aralarında Barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təsdiq olunmasını istəyir. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984cü il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə anadan olmuşdur. Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6081 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə şəhər, Bakıxanov küçəsi 25 nömrəli evdə yaşayır. Bərdə rayon Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İİ 081342 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 arasında xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Şəmilov, arvada isə Şəmilova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 51 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZ-İİİ 818851 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə X6r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 325 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, Ərizəçi 100 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X11 arasında bağlanmış Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞG1/MT007/2023-04119 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2015-ci il tarixdə Bərdə rayon Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 51 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və övladı ikinci tərəf ilə birlikdə yaşayırlar. Birinci tərəf Mediasiya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulması tələbi ilə təklif vermişdir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, Birinci tərəf ilə aralarında xx.xx.2015-ci il tarixdə Bərdə rayon Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 51 nömrə ilə rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X4 himayəsində saxlanılmasına və övladının saxlanılması üçün məbləğində aliment tələbi ilə təklif vermiş və birinci tərəf ikinci tərəfin təklifi ilə qismən razılaşdığını bildirdi. Tərəflər 03 dekabr 2015-ci il tarixdə Bərdə rayon, Şirvanlı kənd İ.Ə.D. üzrə icra nümayəndəliyinin akt qeydləri kitabında 51№ ilə qeydiyyata alınmış rəsmi nikahlarının pozulmasına tam razı olduqlarını bildirdilər və qarşılıqlı olaraq razılaşdılar. Birinci tərəf tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 ikinci tərəfin himayəsində saxlanılmasına etirazı olmadığını bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar. Birinci tərəf birgə nikahlarından olan 07 avqust 2016-cı il təvəllüdlü X1 üçün xx.xx.2024cü il tarixdən başlayaraq hər ay 130 manat sabit pul məbləğində alimenti ikinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirdi və tərəflər qarşılıqlı olaraq razılaşdılar. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarda daha sonra göstərilmişdir ki, Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs və Ərizəçi arasında Bərdə rayon Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə 51 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 maraqlı şəxs (anası) Maraqlı şəxs himayəsində və yanında saxlanılmalı, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində aliment Ərizəçi tutularaq maraqlı şəxs X3 xeyrinə ödənilməli, alimentin tutulmasına xx.xx.2024-cü il tarixdən etibarən başlanmalı, qətnamə alimentlə bağlı hissədə dərhal icra edilməlidir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 112.1.3-cü mаddəsinə əsаsən, аliment аlınmаsı hаqqındаkı iddiаlаrdа iddiаnın qiymətinin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməli оlduğu hаldа, maraqlı şəxdən 100 manat dövlət rüsumu аlınаrаq dövlət büdcəsinə keçirilməlidir. Ərizə təmin edildiyindən, lakin iş üzrə dövlət rüsumu ödənilmədiyindən, ərizəçi isə dövlət rüsumundan azad edilməli olan şəxslər kateqoriyasına daxil olan şəxs olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilməli olan 100 manat dövlət rüsumu ərizəçidən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ödənilmiş 100 manat mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi arasında Bərdə rayon Şirvanlı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2015-ci il tarixdə 51 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X8 maraqlı şəxs (anası) Maraqlı şəxs himayəsində və yanında saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 130 manat sabit pul məbləğində aliment Ərizəçi tutularaq Maraqlı şəxs xeyrinə ödənilsin. Alimentin tutulmasına xx.xx.2024-cü il tarixdən başlansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilməli olan 100 manat dövlət rüsumu Ərizəçi tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar