Məhkəmə qərarları › İş №2(021)-815/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-815/2024

23.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-815/2024 23.01.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-cü il təvəllüdlü X3 adlı 2 övladları doğulmuşdur. Maraqlı şəxslə ayrı yaşayırlar. Maraqlı şəxslə ailəni bərpa etmək fikrində deyildir. Hal-hazırda onların bir yerdə yaşamaqları da mümkünsüzdür. Belə ki, övladı xx.xx.2014-cü il təvəllüdlü X7 onun yanındadır və mediasiyada razılaşdılar ki, heç bir mülki mübahisələri yoxdur. Onlar razılaşdılar, barışıq sazişi bağladılar ki, böyük övladı onun yanında olacaq kiçiyi isə anası ilə qalır. Övladları ilə ünsiyətdə olmaqlarına heç bir maneə yoxdur. Hər iki tərəflə barışıq sazişi bağlanmışdır. Hazırda maraqlı şəxs valideyinləri ilə yuxarıda göstərdiyi ünvanda yaşayır. Hesab edir ki, onlar bir yerdə yaşaya bilməzlər. Onların nikahları formal xarakter daşıyır. Sözləri tutmur, evdə bir-birləri ilə yola gedə bilmirlər. Ona görə də fikri qətidir, nikahları pozulmalıdır və bu barədə mediasiyaya müraciət etdikdə mediasiyanın verdiyi xx.xx.2023-cü il tarixdə ******* saylı barışıq sazişinə uyğun olaraq barışıq sazişində göstərilən halların təsdiq edilməsi zərurəti yaranmışdır. O da məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxsi dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979cu il tarixdə anadan olmuşdur. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1994-cü il tarixdə anadan olmuşdur. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hacallı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 222 nömrəli arayışdan görünür ki, Ərizəçi hal-hazırda Bərdə rayonu, Hacallı kəndində yaşayır və qeydiyyatdadır. Bərdə rayon Hacallı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 845419 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Gülmalıyev, arvada isə Rzayeva soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 06 nömrə ilə qeydə alınmışdır. Bərdə Regional ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İV 241667 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 325 nömrə ilə qeydə alınmışdır. Bərdə rayon Hacallı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 293389 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 13 nömrə ilə qeydə alınmışdır. Mediasiya prosesinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, MŞG1/MT007/2023-03917 nömrəli protokoldan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəflər Ərizəçi, anası isə Maraqlı şəxsdır. İş materiallarında olan 18 nömrəli ödəniş qəbzindən görünür ki, Ərizəçi 100 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Birinci tərəf Ərizəçi, İkinci tərəf Maraqlı şəxs və mediator X5 arasında bağlanmış Mediasiya Şurasının xx.xx.2023-cü il tarixli MŞG1/MT007/2023-03917 nömrəli Barışıq Sazişindən görünür ki, birinci tərəf bildirdi ki, ikinci tərəf ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar və nikahları xx.xx.2013-cü il tarixdə Bərdə rayon Hacallı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Tərəflər uzun müddət bir yerdə yaşamış və normal münasibətləri olmuşdur. Sonradan tərəflər arasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf ikinci tərəfdən ayrılmış və 26 iyul 2014-cü il təvəllüdlü X7 ilə birlikdə ayrı yaşayırlar. Birinci tərəf Mediasiya müraciət edərək ikinci tərəf ilə aralarında bağlanmış rəsmi nikahın pozulmasını və birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 onun himayəsində saxlanılması tələbi ilə təklif vermişdir. İkinci tərəf mediasiya prosesinə dəvət olunmuş və birinci tərəfin verdiyi təkliflə tanış olaraq tam razılaşdığını bildirmişdir. Aparılmış söhbət zamanı ikinci tərəf bildirdi ki, birinci tərəf ilə aralarında xx.xx.2013-cü il tarixdə Bərdə rayon Hacallı kənd İƏD üzrə Nümayəndəliyinin akt qeydləri kitabında 06 nömrə ilə rəsmi nikahın pozulmasına tam razıdır, birgə nikahlarından olan xx.xx.2014-cü il təvəllüdlü X4 birinci tərəfin himayəsində saxlanılmasına heç bir etirazı olmadığını bildirdi. İkinci tərəf mediasiya prosesi zamanı birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 adlı övladı ilə ünsiyyətdə olması, xx.xx.2018-cü il təvəllüdlü X1 onun himayəsində saxlanılması, gəlin köçdüyü zaman apardığı cehiz əşyalarının və hədiyyə edilmiş qızıl-zinət əşyalarının ona qaytarılması tələbi ilə təklif verdi, birinci tərəf ikinci tərəfin təklifi ilə razılaşdığını bildirdi. Mediasiya prosesi zamanı Birinci tərəf 13 noyabr 2018-ci il təvəllüdlü X3 ilə hər həftənin 5-cü günü ünsiyyətdə olması təklifini verdi və ikinci tərəf birinci tərəfin təklifi ilə razılaşdı. Mediasiya prosesi zamanı ikinci tərəf iyul 2014-cü il təvəllüdlü X7 adlı övladı ilə həftənin 6-cı və bazar günləri ünsiyyətdə olması təklifini verdi və birinci tərəf ikinci tərəfin təklifi ilə razılaşdı. Tərəflərə barışıq sazişinin şərtləri izah olundu və qarşılıqlı olaraq aşağıdakı şərtlərlə barışıq sazişinə razılaşdılar. Tərəflər 27 sentyabr 2013-cü il tarixdə Bərdə rayon Hacallı kənd İ.Ə.D. üzrə nümayəndəliyinin akt qeydlər kitabında № 6-li rəsmi nikahın pozulmasına tam razı olduqlarını bildirərək qarşılıqlı razılığa gəldilər. Tərəflərin birgə nikahlarından olan 26 iyul 2014-cü il təvəllüdlü X4 birinci tərəfin himayəsində və 13 noyabr 2018-ci il təvəllüdlü X1 ikinci tərəfin himayəsində saxlanılmasına tərəflərin etirazı olmadığını bildirərək qarşılıqlı razılığa gəldilər. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X1 birinci tərəflə həftənin 5-ci günü saat 09:00-dan, 6-cı günü saat 10:00-dək gecəni qalmaq şərti ilə ünsiyyətdə olmasına ikinci tərəfin etirazı olmadı və xx.xx.2014-cü il təvəllüdlü X4 ikinci tərəflə həftənin 6-cı günü saat 10:00-dan bazar günü 15:00-dək gecəni qalmaq şərti ilə ünsiyyətdə olmasına birinci tərəfin etirazı olmadığını bildirərək qarşılıqlı razılığa gəldilər. Birinci tərəf ikinci tərəfin verdiyi təklifə əsasən gəlin köçdüyü zaman apardığı cehiz və qızıl zinət əşyalarını ikinci tərəf könüllü olaraq verəcəyini bildirərək qarşılıqlı razılığa gəldilər. Tərəflər arasında digər mübahisə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə mürаciət edərək, aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xаhiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra Konvensiya) 7 saylı Protokolunun 5-ci maddəsinə görə ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəlləsinin 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəlləsinin 19.2-ci maddəsinə əsasən, ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM) 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə əsasən, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs və Ərizəçi arasında Bərdə rayon Hacallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 06 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 ərizəçi (atası) Ərizəçi himayəsində, xx.xx.2018-ci il təvəllüdlü X3 isə maraqlı şəxs (anası) Maraqlı şəxs himayəsində və yanında saxlanılmalı, xx.xx.2014-cü il təvəllüdlü X4 maraqlı şəxs (anası) Maraqlı şəxs ilə hər həftənin 6-cı (şənbə) günü saat 10:00-dan gecəni qalmaq şərti ilə bazar günü saat 15:00-dək, xx.xx.2018-ci il təvəllüdlü X1 isə ərizəçi (atası) Ərizəçi ilə hər həftənin 5-ci (cümə) günü saat 09:00-dan gecəni qalmaq şərti ilə 6-cı (şənbə) günü saat 10:00-dək ünsiyyətdə olması təmin edilməli, Ərizəçi Maraqlı şəxs gəlin köçdüyü zaman apardığı cehiz əşyaları və ona hədiyyə edilmiş qızıl-zinət əşyalarını maraqlı şəxsin özünə geri qaytarmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizə təmin edildiyindən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən məhkəməyə ərizə verilərkən ödənilməli olan 100 manat dövlət rüsumu ərizəçidən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmçinin, ödənilmiş 100 manat mediasiya xərci maraqlı şəxsdən tələb edilmədiyindən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi arasında Bərdə rayon Hacallı kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2013-cü il tarixdə 06 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7 ərizəçi (atası) Ərizəçi himayəsində, xx.xx.2018-ci il təvəllüdlü X3 isə maraqlı şəxs (anası) Maraqlı şəxs himayəsində və yanında saxlanılsın. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 maraqlı şəxs (anası) Maraqlı şəxs ilə hər həftənin 6-cı (şənbə) günü saat 10:00-dan gecəni qalmaq şərti ilə bazar günü saat 15:00-dək, xx.xx.2018-ci il təvəllüdlü X1 isə ərizəçi (atası) Ərizəçi ilə hər həftənin 5-ci (cümə) günü saat 09:00-dan gecəni qalmaq şərti ilə 6-cı (şənbə) günü saat 10:00-dək ünsiyyətdə olması təmin edilsin. Maraqlı şəxs gəlin köçdüyü zaman apardığı cehiz əşyaları və ona hədiyyə edilmiş qızılzinət əşyaları Ərizəçi tərəfindən könüllü şəkildə maraqlı şəxsin özünə geri qaytarılsın. Ərizəçi məhkəməyə ərizə verilərkən ödənilməli olan 100 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Ödənilmiş 100 manat mediasiya xərci ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar