Məhkəmə qərarları › İş №2(021)-82/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-82/2023

23.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-82/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə , İddiaçı Ülfət Əmirli kəndli Fermer MMC –nin direktoru İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ torpaq sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması, vurulmuş zərərin dəyərinin ödənilməsi və özbaşına ev tikmiş şəxsin evdən çəkilmiş xərcin ona ödənilmədən çıxarılması “ tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Ülfət Əmirli kəndli Fermer MMC–nin direktoru İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ torpaq sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması, vurulmuş zərərin dəyərinin ödənilməsi və özbaşına ev tikmiş şəxsin evdən çəkilmiş xərcin ona ödənilmədən çıxarılması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Ülfət Əmirli kəndli Fermer MMC məhkəmə iclasında ərizə təqdim edərək, işin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Ərizəni nəzərə alan məhkəmə hesab edir ki, iddiaçı Ülfət Əmirli kəndli Fermer MMC –nin direktoru İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ torpaq sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması, vurulmuş zərərin dəyərinin ödənilməsi və özbaşına ev tikmiş şəxsin evdən çəkilmiş xərcin ona ödənilmədən çıxarılması“ tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Ülfət Əmirli kəndli Fermer MMC-nin direktoru İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ torpaq sahəsindən qanunsuz istifadə edən şəxslərin çıxarılması, vurulmuş zərərin dəyərinin ödənilməsi və özbaşına ev tikmiş şəxsin evdən çəkilmiş xərcin ona ödənilmədən çıxarılması “ tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 30 ( otuz) manat geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar