Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-831/2025 13.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1 dekabr 1962-ci il tarixdə anadan olmuş mərhum qardaşı X1 11 iyun 2021-ci il tarixdə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum qardaşı X2 01 dekabr 1962-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. X5 az ömür sürmüş uzun müddət xəstəlikdən əzab çəkmiş və 11 iyun 2001-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. X4 heç vaxt ailə həyatı qurmamış və onun arvad və uşaqları yoxdur. X4 Bərdə şəhəri qəbiristanlığında dəfn edilmişdir və qəbiri həmin qəbiristanlıqdadır. Həmin faktı şahidlər də təsdiq edə bilərlər. Yas ərəfəsində və bundan sonrakı illərdə qardaşının ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almağa lüzum bilməmişdir. Hazırda mərhum X4un ölümü ilə bağlı heç bir qeyd yoxdur. Bu səbəbdən də bəzi problemlər yaranmışdı. Belə ki, Mehman İsmayılovun ölümü qeydə alınmadığı üçün valideynlərdən miras qalan əmlaklara vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Bu problemi aradan qaldırmaq üçün mərhum qardaşı X1 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamə verilməsi məqsədi ilə Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndə X4un ölümü barədə şəhadətnamə verilməsindən imtina edilərək, xx.xx.2024-cü il tarixli 3-16-5\8-15-515\2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Mərhum vətəndaşın (qardaşınızın) ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Sizin ərizənizin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyiniz məsləhət görülür. Mən göstərilən səbəbdən mərhum qardaşım Mehman İsmayılovun ölüm faktının qeyd edilməsini və ölüm haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmir və məcbur olub məhkəməyə müraciət edir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən xüsusi icraat qaydasında mərhum zardaşı Mehman İsmayılovun ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır.O, Bərdə şəhər İcra nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən ünvan 1 ünvanında yaşayır. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”tələbinə dair mülki iş baxılmamış saxlanılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 9-cu hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilən qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qərarın 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, ölüm faktı barədə tibb müəssisəsinin müvafiq sənədini (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı), “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar ərizəçi tərəfindən iş materialarına əlavə edilməmişdir. Məhkəmə iclası zamanı isə ərizəçi belə bir şəhadətnamə olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinin tələbinə görə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, Ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi”nə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın (qəbz №- **********, büdcə təsnifatının kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-831/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-831/2025
13.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver