Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-833/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum oğlu 17.05.1984-cü ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuş X1 15 yanvar 2022-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində vəfat etməsi faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X5 doğma oğludur. Mərhum oğlu Sənan 17.05.1984-cü ildə Bərdə rayonu Cəyirli kəndində anadan olmuşdur. 15 yanvar 2022-ci il tarixdə saat 19 radələrində Bərdə rayonu Seyid-Yusifli-Xoruzlu avtomobil yolunda elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş, Bərdə rayon Cəyirli kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm faktının təsdiqi mərhuma ölüm haqqında şəhadətnamə alınması üçün üçün lazımdır. Ölüm haqqında Bərdə rayon Qeydiyyatv şöbəsinə müraciət etmiş, mərhum ekspertdə yarılmadığından ekspert 106 deyilən forma arayışı vermədiyindən ona oğlunun vəfat etməsinin təsdiqi barədə məhbəməyə müraciət elmək məsləhət bilinmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbıb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X4, X2 və X6 Ərizəçi oğlu X1 15 yanvar 2022-ci ildə elektrik cərəyanı vurması nəticəsində vəfat etdiyini və Bərdə rayonu Cəyirli kənd qəbristanlığında dəfn edildiyini bildirmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 17 may 1984-cü ildə anadan olmuşdur. İş materiallarında olan Tərtər rayon prokurorluğunun 23 fevral 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, 17 may 1984cü ildə Bərdə rayonu, Cəyirli kəndində anadan olmuş və həmin ünvanda yaşamış X1 15 yanvar 2022-ci il tarixdə, saat 19 radələrində Seyidyusifli-Xoruzlu avtomobil yolunun Xoruzlu kəndi ərazisindən keçən hissəsində 10 kv-luq elektrik cərəyanının vurması faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsi ilə rədd edilmişdir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 87 saylı 31 yanvar 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi oğlu X5 15.01.2022-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində vəfat etmiş və mərhum 16.01.2022-ci il tarixdə Bərdə rayonu Cəyirli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Bərdə rayon X3 Hüquqi Şəxsin 335 saylı 28 fevral 2022-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi övladı 1984-cü il təvəllüdlü, Bərdə rayonu Cəyirli kəndində qeydiyyatda olmuş X5 15.01.2022-ci il tarixdə saat 1830 radələrində yaxınları tərəfindən Acil şöbəsinə ölü vəziyyətdə gətirilmişdir. Yaxınlarının deməsinə görə tok vurma nəticəsində vəfat etmişdir. İş materiallarında olan, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 44-05/15 nömrəli 31 yanvar 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi oğluna ölüm haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi olmadığından ölümün qeydiyyat şöbəsində qeydə alınaraq ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X1 15 yanvar 2022-ci il tarixdə elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X1 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə oğluna ölüm haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilisin. 17 may 1984-cü ildə anadan olmuş X1 15 yanvar 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-833/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-833/2022
20.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver