Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-838/2023 21.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 *0 oktyabr 2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X5 08 yanvar *939-cu ildə Ağdərə rayonu, Sirxavənd kəndində anadan olmuşdur. Ağdərə rayonu işğal olunandan sonra məcburi köçkün kimi Bərdə rayonu, Mirzalıbəyli kəndində yaşamışdır. Mərhum atası X5 *0 oktyabr 2022-ci il tarixdə xəstəlikdən ölmüş və Bərdə rayonu, Cəyirli kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin fakt Ağdam rayon İHB-nin Sırxavənd kənd İƏD üzrə nümayəndəliyinin 0*.*2.2022-ci il tarixli 2*2 nömrəli arayışı ilə təsdiq olunmuşdur. Lakin yas ərəfəsində və bundan sonrakı günlərdə atası Saday Babayevin ölüm faktını qeydiyyat şöbəsində qeyd etdirməmiş və onun barəsində ölüm haqqında şəhadətnamə almamışdırlar. Bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X* ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.*972-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*6 saylı 09.*2.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Ağdam rayon Sırxavənd kəndindən məcburi köçkündür və hal-hazırda Bərdə rayon Mirzalıbəyli kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarına əlavə edilmiş Seriya AA № *43785 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş Seriya AZE № 03498445 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X5 08.0*.*939-cu il tarixdə Ağdam rayon Sırxavənd kəndində anadan olmuşdur. Ağdam rayon Sırxavənd kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 2*2 saylı 0*.*2.2022-ci il tarixli Arayışda qeyd olunur ki, Babayev Saday Allahqulu oğlu 08.0*.*939-cu ildə Ağdam rayonu Sirxavənd kandiindində anadan olmuşdur. Bərdə rayonunun Mirzalıbəyli kəndində məcburi köçkün kimi məskunlaşmışdır və uzun sürən xəstəlikdən sonra *0.*0.2022-ci ildə vəfat etmişdir. Bərdə rayonunun Cəyirli kənd qəbristanlığında dəfn olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyi tərəfindən verilmiş 27 saylı 0*.02.2023-cü il tarixıli arayışdan görünür ki, Ağdam rayon Sırxavənd kənd məcburi köçkünü olmuş mərhum X** vəfat edənə kimi Bərdə rayonu Mirzalıbəyli kəndində müvəqqəti məskunlaşmış və aşağıdakı ailə üzvləri ilə birgə yaşamışdır. Ərizəçi-oğlu, X3-gəlini , X8nəvəsi, X4-nəvəsi . İş materiallarına əlavə edilmiş qəbir daşının əks olunmuş foto-şəklindən görünür ki, X2 ölüm tarixi *0.*0.2022-ci il kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.*2.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi mərhum atasının ölüm haqqında şəhadətnaməsini almaq üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi atası X2 *0 oktyabr 2022ci il tarixdə vəfat etməsi faktının müəyyən olunması işdə olan sənədlərlə təsdiq edildiyindən ərizəsi təmin edilməli, X2 *0 oktyabr 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən olunmalıdır. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 *0 oktyabr 2022-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-838/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-838/2023
21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver