Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-847/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək oğlu 05 avqust *986-cı il təvəllüdlü X* *7 noyabr *986-cı il tarixdə ünvan 1i ünvanında vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 08 aprel *984-ccü ildə ünvan 1 sakini mərhum X9 ilə rəsmi nikaha ailə qurmuşdur. Rəsmi nikahlarından 6 övladları-*3 aprel *985-ci il təvəllüdlü X5, 05 avqust *986-cı il təvəllüdlü X*0, 22 iyul *987-ci il təvəllüdlü X4, 07 oktyabr *988-ci il təvəllüdlü X**, 2* noyabr*99*-ci il təvəllüdlü X7, *5 noyabr 2000-ci il təvəllüdlü X*2 anadan olmuşdurlar. Mərhum əri X8 3* dekabr 2008-ci ildə avto qəza nəticəsində vəfat etmişdir. Mərhum övladı 05 avqust *986-cı il təvəllüdlü X*0 təxminən *7 noyabr *986-cı ildə ünvan 1inddə “kəskin işləmə-kusma” xəstəliyindən vəfat etmişdir. Həmin müddəti savadsız olduqları üçün bilməyərəkdən ölüm haqqında sənədləşmə aparılmamışdır. O, mərhum övladı X* ölüm şəhadətnaməsinin alınması üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir, lakin ona ölüm haqqında şəhadətnamənin verilməsinə dair imtina veriblər. Mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi gələcəkdə hər hansı bir sənədləşmənin aparılması üçün ona vacib olan sənəddir. Odur ki, mərhum övladının ölüm faktının müəyyən edilməsi üçn məhkəməyə ərizə vermək qərarına gəlmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, X20 qohumudur. Nübarın övladı Fəxri Məmmədov *986-cı ildə vəfat edib, onu Şatırlı kənd qəbristanlığında dəfn ediblər. Lakin ölümünü qeydə aldırmayıblar. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxx *966-cı ildə Tərtər rayonunda doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan AZE 04980369 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 *3 yanvar *953-cü ildə Bərdə rayonunda doğulmuşdur, ünvan 1ində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon, Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5** nömrəli, *3 dekabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi ünvan 1ində yaşayır. İş materiallarında olan AZ-İ 347382 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 30 dekabr 2008-ci ildə ölmüşdür. İş materiallarında olan İİİ-JQ 353603 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə X2* 02 avqust *984-cü ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarında olan AZ-İ 657*57 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 ilə X6 *6 iyul 2008-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 635537 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*5 ilə X3 06 dekabr 20*0-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 377780 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X22 ilə, X*3 07 oktyabr *988-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 48*244 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*4 ilə X7 23 may 2009-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvad İsgəndərova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 dekabr 2022-ci il tarixli, 73*-05/*5 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X* *7 noyabr *986-cı ildə ölməsi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ölüm faktının müəyyən olunması ərizəçinin lazımi sənədləri başqa qaydada ala bilməməsi üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 05 avqust *986-cı ildə doğulmuş X* *7 noyabr *986-cı ildə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-847/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-847/2023
07.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver