Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-891/2021 01.07.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdehlər Cavabdeh1 Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan 0,004 hektar torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsində tikilmiş tikilinin üzərindəki qanunsuz əlavə tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu Mustafaağalı kəndində doğulub, orada böyümüşdür. Ona görə də Bərdə rayonu Mustafaağalı Bələdiyyəsinin mülkiyyətində olan yararsız torpaq sahələrindən alıb sahibkarlıqla məşğul olmaq məqsədilə zəruri tikintilər tikməyi qərara almışdır. Bu məqsədlə ərizə ilə Həsənqaya Bələdiyyəsinə müraciət etmiş və Bərdə regional “ASAN xidmət” mərkəzinin xüsusi notarisusnun 17.11.2017-ci il tarixli 4Ə-1903 nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bərdə rayonu Mustafaağalı Bələdiyyəsindən 0,004 ha torpaq sahəsi almışdır. Həmin müqavilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçmiş və torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 28.02.2018-ci il tarixli, RX ******* nömrəli çıxarış verilmişdir. Beləliklə də Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 0,004 ha torpaq sahəsi onun tam xüsusi mülkiyyəti olmuşdur. Ona görə də həmin torpaq sahəsində sahibkarlıq məqsədi ilə tikili inşa etdirməyə başlamış və müəyyən hündürlükdə tikilini inşa etdirmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun torpaq sahəsinin qonşuluğunda 0,0012 ha torpaq sahəsi olmasına baxmayaraq, həm öz torpaq sahəsindən, həm də ona məxsus torpaq sahəsindən istifadə etməyə başlamışlar. Belə ki, cavabdehlər onun inşa etdiyi tikilinin üzərində əlavə tikinti işi aparıb, binanın üstünü örtərək, oradan ət mağazası kimi istifadə edirlər. Ona məxsus mülkiyyəti olan torpaq sahəsindən istifadə etməyə buraxmırlar. Dəfələrlə cavabdehlərdən onun mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını və həmçinin əlavə tikilini sökmələrini tələb etməsinə baxmayaraq heç bir nəticə alınmamışdır. Cavabdehlər torpaq sahəsindən çıxmaqdan və əlavə tikintini sökməkdən imtina etmişlər. Bununla da cavabdehlər onun mülkiyyət hüququnu pozmuşlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuş və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalı və əlavə tikinti sökülməlidir. Bərdə Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin rəyindən müəyyən olunur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən Bərdə rayonu Mustafaağalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,004 ha torpaq sahəsinin 28,0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və göstərmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndində yol kənarında qəssabxanası olmuş, kəndə yol çəkilərkən qəssabxanası sökülmüşdür. Həmin səbəbdən iddiaçının qonşuluğunda olan boş yer istifadə etməsi üçün ona verilmişdir. Anasına həmin yer Bərdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmişdir. Lakin torpağa görə anasına heç bir sənəd verilməmişdir. Hazırda iddiaçı həmin yerə sənəd düzəltdirərək mülkiyyətinə keçirmişdir və onlardan həmin yerdən çıxmalarını tələb edir. Qeyd olunan mübahisəyə 2016-cı ildə Bərdə Rayon Məhkəməsində baxılmış və iddiaçının tələbi rədd edilmişdir. Eyni tərəflər arasında, eyni mübahisəyə təkrar baxılması qanunvericiliyin tələblərinə zidd olduğundan hazırkı iddianın rədd olunmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və göstərmişdir ki, Bərdə rayonu Mustafaağalı kəndində yol kənarında qəssabxanaları olmuş, kəndə yol çəkilərkən qəssabxana sökülmüşdür. Həmin səbəbdən iddiaçının qonşuluğunda olan boş yer istifadə etməsi üçün onlara verilmişdir. İddiaçının tələb etdiyi yer Bərdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ona verilmişdir. Lakin torpağa görə ona heç bir sənəd verilməmişdir. Hazırda iddiaçı həmin yerə sənəd düzəltdirərək mülkiyyətinə keçirmişdir və onlardan həmin yerdən çıxmalarını tələb edir. Qeyd olunan mübahisəyə 2016-cı ildə Bərdə Rayon Məhkəməsində baxılmış və iddiaçının tələbi rədd edilmişdir. Eyni tərəflər arasında, eyni mübahisəyə təkrar baxılması qanunvericiliyin tələblərinə zidd olduğundan hazırkı iddianın rədd olunmasını barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssisi X4 göstərmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışa əsasən Bərdə rayonu Mustafaağalı kəndində yerləşən İddiaçı mülkiyyətində olan 0,004 ha torpaq sahəsinin 28,0 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Cavabdehlərin istifadə etdikləri zəbt olunmuş ərazi tikili mövcudur. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Mustafaağalı kəndində yerləşən 0,004 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 2(021)-4574/2016 saylı 07 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, X2 Bərdə rayon Mustafaağalı bələdiyyəsinin 03.12.2001-ci il tarixli 12 saylı qərarına əsasən onun istifadəsinə və sahibliyinə verilmiş 40 kv.m ölçüdə torpaq sahəsindən Cavabdeh1 çıxarılmasına dair tələbi əsassız olduğundan rədd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçı iddia ərizəsində cavabdehlərin onun mülkiyyətində olan 0,004 ha torpaq sahəsindən çıxarılmalarını tələb etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,004 hektar torpaq sahəsinin 28,0 kv.m hissəsi cavabdehlər tərəfindən zəbt edilərək istifadə olunur. Bu hal Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssis rəyi ilə də öz təsdiqini tapmışdır. Cavabdehlər məhkəmə iclasında verdikləri izahatlarında hazırkı mübahisəyə 2016-cı ildə Bərdə Rayon Məhkəməsində baxıldığını və iddiaçının tələbinin rədd edildiyini bildirərək eyni tərəflər arasında, eyni mübahisəyə təkrar baxılması qanunvericiliyin tələblərinə zidd olduğundan hazırkı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4574/2016 saylı 07 oktyabr 2016-cı il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı X5 məhkəməyə iddia ərizəsi ilə mürarciət edərək Bərdə rayonu Mustafaağalı bələdiyyəsinin 03.12.2001-ci il tarixli, 12 saylı qərarına əsasən onun istifadəsinə və sahibliyinə verilmiş 40 kv.m ölçüdə torpaq sahəsindən Cavabdeh1 çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Göründüyü ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-4574/2016 saylı 07 oktyabr 2016-cı il tarixli qətnaməsində iddiaçı hazırkı iddia üzrə iddiaçı deyil, başqa şəxs- X5 olmuşdur. Bundan başqa hazırkı iddia üzrə iddiaçı mübahisəli torpaq üzərində mülkiyyət hüququ əldə etmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyesyrində qeydə alınmışdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Həmin Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X6rşı» məhkəmə işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 30 noyabr 2004cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilkdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli maneələr üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edə bilər. «X7rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda qeyd olunan milli və beynəlxalaq qanunvericilik normalarının tələblərinə uyğun olaraq hesab edir ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərindəki pozulmuş hüquqları bərpa edilməli, onun iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş torpaq sahəsi mülkiyyətçiyə qaytarılmalı və torpaq sahəsi üzərində inşa edilmiş tikili cavabdehlərin hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən müəyyən edilir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 95 manat təşkil edir. Həmin məbləğdə pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaldada alınaraq ƏMDX-nın yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsi H/H AZ50AİİB ********************, VÖEN **********, X12 filialı m/h AZ37NABZ ********************, VÖEN **********, FAD 200372, S.W.İ.F.T BİK AİİBAZ2X hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaqdan çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan 0,004 hektar torpağ sahəsinin 28,0 kv.m hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsınlar. İddiaçı mülkiyyətində olan 0,004 hektar torpaq sahəsinin zəbt edilmiş 28,0 kv.m hissəsində inşa edilmiş tikili cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına sökülsün. Ekspertiza tədqiqatının dəyəri 95(doxsan beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaldada alınaraq ƏMDX-nın yanında DƏDRX-nın 7 saylı Bərdə Ərazi İdarəsi H/H AZ50AİİB ********************, VÖEN **********, X12 filialı m/h AZ37NABZ ********************, VÖEN **********, FAD 200372, S.W.İ.F.T BİK AİİBAZ2X hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-891/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-891/2021
01.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver