Məhkəmə qərarları › İş №2(021)-904/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-904/2024

20.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-904/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X10 Qasım oğlunun sədrliyi, Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Vəkil1, Maraqlı şəxs və nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs (bundan sonra maraqlı şəxs və ya Maraqlı şəxs) qаrşı “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə mürаciət edərək barışıq sazişləri təsdiq edilməklə, xx.xx.2019-cu ildə anadan olmuş X4 hər həftənin bazar günləri 09:00-dan 20:00-dək atası Ərizəçi ilə görüşüb ünsiyyətdə olmaq hüququnun təmin edilməsi və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat məbləğində alimentin Ərizəçi tutularaq Maraqlı şəxs xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 12.11 2019-cu ildə X6 anadan olmuş, nikahları məhkəmə qaydasında pozulmuşdur. Hazırda azyaşlı Surə anası Maraqlı şəxs himayəsində qalmışdır. Aralarında olan münasibətin həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş və orada xx.xx.2019-cu ildə anadan olmuş X6 ilə onun hər həftənin bazar günləri 09:00-dan 20.00-dək görüşüb ünsiyyətdə olması və xx.xx.2019-cu ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat alimentin ondan tutularaq Maraqlı şəxs xeyrinə tutulması barədə qarşılıqlı razılığa gəlmişlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil1 Ərizəçi göstərdiklərini təsdiq edərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs göstərdi ki, ərizəçi ilə rəsmi nikahda olmuş, aralarında olan narazılıqlara görə ayrılmışlar. Ayrılarkən birgə nikahlarından olan övladları X6 onun himayəsində qalmışdır. Ərizəçi ona təzyiq və şiddət göstərir, işləyib övladını saxlamağa qoymur. Ərizəçi 8 aydır ki, aliment borcunu ödəmir. Ərizəçi övladı ilə görüşərkən övladına nalayiq ifadələr öyrədir. Hər dəfə uşağı aparmağa gələndə o ərizəçi tərəfindən şiddətə məruz qalır. Ərizəçinin uşağı ilə görüşməsinə etiraz etmir. Lakin bunun barışıq sazişi ilə deyil, məhkəmə qətnaməsi əsasında olmasını istəyir. Ərizənin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi (vəkili) Vəkil2 Maraqlı şəxs göstərdiklərini təsdiq edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Belə ki, işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Ağdam rayonu Tağıbəyli kəndində anadan olmuşdur, Ağdam rayonu Tağıbəyli kəndində qeydiyyatdadır. Şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X5 xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuşdur, Bərdə şəhəri Babək küçəsi ev 53-də qeydiyyatdadır. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının İkinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi Ağdam rayon İkinci Dördyol qəsəbəsi 53 nömrəli evdə yaşayır. Ağdam Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 noyabr 2018-ci il tarixli AZ-İ 284610 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında olan nikah ləğv edilmişdir. Nikah ləğv olunduqdan sonra kişiyə Hüseynov, qadına Cəfərova soyadı verilmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2019-cu il tarixli AZ- İV 375738 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə rəsmi nikahlarından 12 noyabr 2019-cu ildə Surə adlı uşaqları anadan olmuşdur. 12 noyabr 2019-cu il təvəllüdlü X4 atası Ərizəçi, anası Maraqlı şəxsdır. X2 iştirakı ilə tərtib edilən 23 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01699 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf Ərizəçi, birinci tərəf-Maraqlı şəxs ilə birgə nikahlarından olan 12 noyabr 2019-cu il təvəllüdlü X1 üçün, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 200 manat aliment ödəməyi razılığını bildirməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. X2 iştirakı ilə tərtib edilən 23 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01559 saylı Barışıq Sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf-Ərizəçi ilə birgə nikahlarından olan 12 noyabr 2019-cu il təvəllüdlü X6 ilə hər həftənin bazar günləri 09:00dan 20:00-dək ünsiyyətdə olmasına razılığını bildirməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Barışıq sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ailə mübahisəsi ilə bağlı Mediasiya Şurasına müraciət etmiş və X2 iştirakı ilə, 23 noyabr 2023-cü il tarixdə tərtib edilən Barışıq Sazişləri bağlanmışdır. Barışıq sazişi tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu halda Maraqlı şəxs tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında Maraqlı şəxs barışıq sazişi ilə razı olmadığını, ərizəçinin ona təsir və şiddət göstərdiyini, uşağın tərbiyəsinə mənfi təsir göstərdiyini qeyd etmiş və barışıq sazişinin ləğv edilməsini məhkəmədən təkidlə xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki-Prоsessuаl Məcəlləsinin (bundаn sоnrа Аzərbаycаn Respublikаsının MPM və ya MPM) 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin 4-ci bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra AM): 49.2-ci maddəsinə əsasən, hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3-cü maddəsinə əsasən, uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50-ci maddəsinə görə, uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər. 58.2-ci maddəsinə görə, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 61.1-ci, 61.2-ci və 61.3-cü maddələrinə görə, uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. MPM-nin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-ci maddəsinə görə, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası kimi ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya vasitəsilə həll oluna bilər. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişləri maraqlı şəxsin iradə ifadəsinə zidd olduğundan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01699 və MŞG/MT032/2023-01559 reyestr nömrəli barışıq sazişlərinin təsdiq edilməsindən imtina edilməlidir. MPM-in: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə görə, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə görə, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Qətetdi: Ərizəçi, Maraqlı şəxs olmaqla, “Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış 23 noyabr 2023-cü il tarixli MŞG/MT032/2023-01699 və MŞG/MT032/2023-01559 reyestr nömrəli barışıq sazişlərinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar