Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-913/2025 01.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə bacısı X1 30 mart 1969-cu il tarixdə vəfat edərək Bərdə rayon Qaradəmirçi kənd qəbristanlığında dəfn olunması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İşə baxılması üçün məhkəmə iclasları 14 yanvar 2025-ci il, 11 fevral 2025-ci il, 11 mart 2025-ci il və 1 aprel 2025-ci il tarixlərə təyin edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və iclasda iştirak edə bilməmələri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan təqdirdə məhkəmə ərizəçinin iddia tələbinə olan marağının itdiyi qənaətinə gəlir. Məhkəmə işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, barışıq sazişinin məhz hansı şərtlərinin icra edilmədiyi ərizədə göstərilmədiyindən, bu barədə iş materiallarında hər hansı bir sübut təqdim edilmədiyindən ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddələrinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılır. Beləliklə, Ərizəçi tərəfindən məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə qaytarılsın (qəbz №- **********, büdcə təsnifatının kodu ********). Qərardaddan qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №2(021)-913/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-913/2025
01.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver