Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-920/2025 09.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 03 noyabr 1958-ci il təvəllüdlü qardaşı X2 xx.xx.1993-cü ildə ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il təvəllüdlü X6 onun doğma qardaşıdır. Qardaşı uzun müddət onunla birlikdə Bərdə şəhər Babək küçəsi ev 22 ünvanında yaşasa da, bir müddətdən sonra, yəni 1992-ci ildə Rusiya Federasiyasına getmişdir. Getdiyi müddətdən bir neçə ay keçdikdən sonra qardaşı yenidən onların yanına gəlmiş, lakin daha sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Həmin vaxtdan sonra qardaşı ilə bir daha əlaqələri olmamışdır. Qardaşının getməsindən 32 il keçib və bu zamana qədər qardaşı onlarla əlaqə saxlamamış, sağ olması barədə heç bir məlumat verməmişdir. Qardaşından xəbərlərinin olmamasından 32 il keçdiyi üçün fikirləşir ki, qardaşı Rusiya Federasiyasında vəfat etmişdir. O, Bərdə şəhər Babək küçəsi ev 22 ünvanında yerləşən qardaşına məxsus olan fərdi yaşayış evini rəsmi olaraq adına keçirtmək istəyir, lakin qardaşının vəfat etməsi ilə bağlı heç bir sənəd olmadığı üçün rəsmi olaraq adına sənədləşdirə bilmir. Bərdə rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1134/2024 saylı qətnaməsi ilə qardaşının xx.xx.1993-cü il tarixdən itkin düşməsi faktı müəyyən edilsə də lakin qardaşının ölmüş elan edilməsi faktı müəyyən edilməmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Ərizəçinin izahatını dinləyən, iş üzrə təqdim edilmiş sübutlara qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işə əlavə edilmiş Seriya AZE № ********* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il tarixdə Bərdə rayonunda anadan olmaqla, Bərdə rayon ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5127 nömrəli arayışından görünür ki, Ərizəçi Bərdə rayon ünvan 3 ünvanında yaşayır. Mülki işə əlavə edilmiş İV-ЖГ №364754 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Ata qradasında ata adı X3, ana qrafasında ana adı X1 qeyd olunmuşdur. Mülki işə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(021)- 1134/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü, X6 xx.xx.1993-cü ildən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə RİHB-nin Bərdə şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 17 nömrəli Arayışda qeyd olunmuşdur ki, Ərizəçi hansı ünvanda qeydiyyatda olması və yaşaması, hansı ünvanda yaşayış yeri və daşınmaz əmlaka malik olması, ailə üzvləri haqqında heç bir məlumat yoxdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, xx.xx.1958-ci ildə Bərdə rayonunda anadan olmuş X2 Azərbaycan Respublikasının vətandaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müaraciəti qeydə alınmamış, X7 xidməti tərəfindən Ərizəçi Azərbaycan Respublikasının vətandaşlığının itirilməsi ilə bağlı hər hansı bir icraat aparılmamış və onun Azərbaycan Respublikasının vətandaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. Ərizəçi digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Həmçinin araşdırma zamanı xx.xx.1958-ci il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən hər hansı bir sənədlə təmin edilmədiyi müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətandaşlıq vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/4-13-2582/2025 saylı cavabdan görünür ki, “Vətandaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Ərizəçi barəsində digər vətəndaşlıq vəziyyəti aktının qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavabdan görünür ki, xx.xx.1958ci təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki işə əlavə edilmiş Bərdə rayon Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/6-11-200/25 saylı cavabdan görünür ki, “Elektron notariat” İnformasiya sistemində X2 adına vərəsəlik işin açılması barədə məlumat aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş Bərdə rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi qardaşı X2 1992-cı il tarixdə Rusiya Federasiyasına getməsi, lakin geri qayıtmaması haqqında müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, X2 tezliklə yaxın qohumları ilə əlaqəsinin bərpa olunması üçün Bərdə RPŞ-də xx.xx.2021ci il tarixdə 300714 nömrəli yaxın qohumları ilə əlaqəni itirmiş şəxsin axtarılmasına dair iş açılmasına baxmayaraq əlaqənin bərpa edilməsi mümkün olmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Dxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsin tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, №3-13-12/2- 81005/2025 nömrəli Arayışda qeyd olunmuşdur ki, yaxın qohumları ilə əlaqəni itirdiyinə görə Ərizəçi 21,08.2021-ci il tarixdən Bərdə Rayon Polis Şöbəsi tərəfindən axtarışdadır, onun cinayət məsuliyyətinə cəlb olunması və yaxud məhkumluğu barədə DİN-in Baş Əməliyyat və Statistik informasiya İdarəsinə məiumat daxil olmamışdır. Bərdə Rayon Polis Şöbəsi tərəfindən xx.xx.1979-cü il tarixdə Ərizəçi verilmiş X-JQ seriyalı 724658 nömrəli keçmiş SSRİ pasportu ilə xx.xx.1992-ci il tarixdən Bərdə şəhəri ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 24/5-1414 saylı cavabdan görünür ki, xx.xx.1958-ci təvəllüdlü X6 barəsində AR DTX-yə məlumat daxil olmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-40/2-14/19/999/2024 saylı cavabdan görünür ki, XKX-də 03 noyabr 1958-ci il təvəllüdlü X2 hər hansı xarici ölkədə olması, onun xarici ölkələrdə itkin düşməsi ilə bağlı axtarış işi açılmamış, hər hansı transmilli eləcə də, ölkədaxili cinayətlər törətməsi və xarici ölkələrdə ölümü ilə bağlı məlumatlar qeydə alınmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-20-15/2-4-17207/2024 saylı cavabdan görünür ki, X2 Azərbaycan Respublikasının hüdudlarını tərk edib etməməsi və tərk etdiyi halda hərəkət istiqamətinin müəyyən edilməsi məqsədilə Məhkəmə tərəfindən Dövlət Sərhət Xidmətinə müvaafiq sorğunun göndərilməsini tövsiyə olunmuşdur. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3134/23614/2024 saylı cavabdan görünür ki, DİN-in müvafiq uçotları üzrə yoxlanılarkən X2 şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportunun olması barədə məlumat əldə edilməmiş, hazırda qohumları ilə əlaqəsini itirmiş şəxs qismində Bərdə Rayon Polis Şöbəsi tərəfindən axtarışa elan olunması müəyyən edilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətandaşlıq vəziyyəti Aktlarının Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cu il tarixli, 3-16-5/4-13- 2039/2024 saylı cavabdan görünür ki, “Vətandaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində axtarış aparılarkən Ərizəçi nikahı, övladları və ölümü haqqında hər hansı məlumat aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, 3-20-15/2-4-9394/2025 saylı cavabdan görünür ki, X2 Azərbaycan Respublikasının hüdudlarını tərk edib etməməsi və tərk etdiyi halda hərəkət istiqamətinin müəyyən edilməsi məqsədilə Məhkəmə tərəfindən Dövlət Sərhət Xidmətinə müvaafiq sorğunun göndərilməsini tövsiyə olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi mərhum qardaşının ölmüş elan edilməsi üçün müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, Cəfərov Elxan onun kiçik qardaşıdır. O, 1983-cü ildə Rusiyaya gedib. Onun getməsini istəməsələr də sonuncu onları dinləməmiş və getmişdir. O, 1986-cı ildə qayıdaraq ata evindən imtina etməsi müqabilində Elşaddan 12000 manat pulu alaraq yenidən Rusiyaya qayıtmışdir. Bacısı oğlu 1992-ci ildə Moskvada rəhmətə getmiş, bununla bağlı Elxan yas mərasiminə iştirak etmək üçün yenidən gəlib qayıtmışdır. 1994-cü ildə digər bacısı oğlu da rəhmətə getdikdə qardaşı Elşadın həyat yoldaşı ilə telefon əlaqəsi saxlamışdır. Ondan sonra heç bir əlaqələri olmayıb. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, qardaşı Elxan 1985-ci ildə Rusiya Federasiyasına getmişdir. O, 1986-cı ildə Rusiya Federasiyasında xəstəlikdən xəstəxanada yatıb. Həmin vaxt onun yanına getmişdirlər. Qardaşı narkotik aludəçisi idi. 1992-ci ildə bacısı oğlu rəhmətə gedəndə Bərdə rayonuna gəlmişdir. Həmin vaxtda da 5-6 gün Elşadın evində qalmışdır. Elxan 1994-cü ildə oğlu şəhid olduqda zəng edib baş sağlığı verib. Bundan sonra onunla əlaqə yarada bilməyiblər. Məhkəmə iclasında şahid qismində iştirak edən X12 bildirdi ki, Ərizəçi qonşusudur. Elşadın qardaşını xatırlayır. O, bir dəfə qardaşıgilə gəlmişdir, lakin tarixi xatırlamır. Onun pis vərdişləri var idi, evli olmayıb. Elxan Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 bildirdi ki, Ərizəçi qonşusudur. Elşadın 1 qardaşı və beş bacısı var. Elxan Rusiya Federasiyasına getmişdir. Onun öz qardaşı Rusiyada Moskva şəhərində yaşamışdır, qardaşının yanına getdikdə Elxanı orada görmüşdür, onun pis vərdişləri var idi. Ondan sonra Elxanla əlaqə yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, xx.xx.1958-ci il təvəllüdlü, X6 1992-ci ildə Rusiya Federasiyasına getmiş və hal-hazıra kimi ondan xəbər yoxdur. Bərdə Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(021)-1134/2024 saylı qətnaməsi ilə xx.xx.1958ci il təvəllüdlü, X6 xx.xx.1993-cü ildən xəbərsiz itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü madəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4 cü madəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi qismən təmin edilməli, qardaşı xx.xx.1958-ci il təvəllüdlü X6 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi qardaşı X2 xx.xx.1993-cü ildə ölmüş elan edilməsini tələb etsə də, ərizə bu hissədə təmin oluna bilməz. Belə ki, xx.xx.1958-ci il təvəllüdlü X2 ölüm tarixinə dair dəqiq məlumat olmadığından, onun ölüm tarixi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 316-ci maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 03 noyabr 1958-ci il təvəllüdlü X6 ölmüş elan edilsin. X2 ölüm günü qətnamə qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Qətnamənin icrası Maraqlı şəxsnə həvalə edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №2(021)-920/2025
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-920/2025
09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver